Məhkəmə qərarları › İş №3(110)-220/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-220/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-220/2023 29.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayon Şəhid Məmməd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati msəliyyətə cəlb olunmamış, Şərur rayon Danyeri kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Şərur rayon Danyeri kənd sakini X1 qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 23 avqust 2023-cü il tarixdə saat 08:00-da evdən çıxıb işə getdiyini, həmin günü bütün iş vaxtı Sədərək rayonunda işlədiyini, təxminən 19:30-dan radələrində Danyeri kəndində ərzaq mağazasında “milliön” aparatı vasitəsilə kontur yüklədiyini, mağazadan çıxan zaman həmkəndilisi X3 azyaşlı qızı Süleymanova Şəfanı gördüyünü, mobil telefon nömrəsini kağız parçasına yazıb Şəfanın yaşadığı evin qabağına atdığını, avtomobilinə minib oradan uzaqlaşdığını, avtomobilin güzgüsündən baxan zaman Şəfanın həmin kağız parçasını götürüb oxuduğunu gördüyünü, oradan uzaqlaşıb getdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:00 radələrində yenidən həmni ərzaq mağazasına gedib oradan alış-veriş edib evə qayıtdığını, evə qayıdan zaman Şəfanı evlərinin yanında gördüyünü, xx.xx.2023-cü il tarixdə Süelymanova Şəfanın atasının Azər Süleymanovun ona zəng vurub onu kəndin girişindəki kanalın yanına çağırdığını, oraya getdiyini, oraya çatan zaman Azərlə qardaşı Orxanı gördüyünü, Azərin ona etdiyi hərəkətlərə gör hirslənib nalayiq ifadələr işlətdiyini, həmin şəxslərin onu döyəcəyini düşünüb oradan uzaqlaşdığını, daha sonra Şərur rayon Polis İdarəsinin əməkdaşlarının onu polis idarəsinə dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinə getdiyini, orada barəsində inzibatı xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında psixoloqun iştirakı ilə şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında 23 avqust 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində evlərinin önündə dayandığını, bu zaman bu zaman həmkəndlisi İsmayılın ona yaxınlaşıb əlində olan kağızı ona verdiyini, “bunu götür zəng vurarsan” dediyini, kağızı götürüb içinə baxan zaman telefon nömrəsinin yazılı olduğunu gördüyünü, bu zaman kağızı cırıb atdığını, İsmayılın onun yanında ayrıldığını, xx.xx.2023-cü il tarixdə yenə qapılarının önündə yanında zaman ismayılın ona yaxınlaşıb ona “niyə zəng vurmadın” dediyini, cavabında “atama bildirəcəyəm” dediyini, İsmayılın oradan ayrılıb getdiyini, daha sonra atasının bu barədə Şərur rayon Polis İdarəsinə məlumat verdiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X7 izahatında və verilən suallara cavabında X5 ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 009274 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Şərur rayon Danyeri kənd sakini X1 qarşı xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0351 saylı "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 01 ədəd “Nokia” markalı qara rəngli telefon, 01 qutu “Keno” markalı siqaret, 01 ədəd yaddaş kartı və 01 ədəd alışqan aşkar edilərək götürülmüş, daha sonra isə özünə qaytarılmışdır. İş materiallarında olan 0621 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Şərur rayon Danyeri kənd sakini X1 qarşı xırda xuliqanlıq edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 20:35-dən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 20:35-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar