Məhkəmə qərarları › İş №3(110)-221/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-221/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-221/2023 29.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Fətulla oğlunun iştirakı ilə, xx.xx.1968-ci ildə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Alışar kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs Fətulla oğluna məxsus su nasosunu oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 06 iyul 2023-cü il tarixdə axşam saatlarında evdə spirtli içki qəbul etdikdən sonra həmkəndlisi Zərərçəkmiş şəxs Fətulla oğlunun yaşadığı evə gedərək, evinin divarına suvağı sulamaq üçün ondan su nasosunu almaq istədiyini, lakin Nadiri çağırsa da, ona kimsənin cavab vermədiyini, bu zaman həyətdə olan su nasosunu gördüyünü, su nasosunu götürəndə naqillərinin qopduğunu, su nasosunu götürüb gedən zaman Nadirin onu gördüyünü, ondan nə edirsən deyə soruşduğunu, cavabında “su nasosu mənə lazımdır, onu götürmək üçün gəlmişdim, çağırsam da cavab vermədin, buna görə də, icazəsiz su nasosunu götürdüm” dediyini, Nadirin isə su nasosunun nasaz vəziyyətdə olduğunu bildirdiyini, su nasosunu onun əlindən getdiyini, özünün də evinə tərəf getdiyini, səhəri gün polis əməkdaşlarının onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinə getdiyini, orada izahatının alındığını, xx.xx.2023-cü il tarixdə isə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyini, əməlindən peşman olduğunu bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Fətulla oğlu 06 iyul 2023-cü il tarixdə yaşadığı evə gedən zaman Şəxs onun həyətindən əlində su nasosu ilə çıxarkən gördüyünü, bu zaman Xəlildən nə etdiyini soruşduğunu, Xəlilin su nasosunun ona lazım olduğunu, onu çağırsa da cavab verən olmadığını, buna görə də, su nasosunu icazəsiz götürdüyünü, istifadə etdikdən sonra geri qaytaracağını bildirdiyini, Şəxs sərxoş vəziyyətdə olduğunu gördüyünü, Xəlilə su nasosunun nasaz vəziyyətdə olduğunu bildirdiyini və onun əlindən aldığını, bundan sonra yaşadığı evə getdiyini, Xəlilin də onun yanından uzaqlaşdığını, su nasosunun naqillərinin qoparıldığını, nasosun təmirinə 20 manat pul xərclədiyini, Şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç-bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 696 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “Agidel” markalı 25-lik su nasosunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan üçün orta bazar qiyməti nəzəri hesablama yolu ilə 50 (əlli) manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş aktın surətindən görünür ki, Zərərçəkmiş şəxs Fətulla oğluna vurulmuş ziyan qarşılığında Şəxs 20 (iyirmi) manat pul alınaraq Zərərçəkmiş şəxs Fətulla oğluna təhvil verilmişdir . İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs oğlunun barəsində toplanmış 250 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin polis sahə inspektoru, X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002788 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs Fətulla oğluna məxsus su nasosunu oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs Fətulla oğlunun izahatından, eyni zamanda məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Şəxs ona dəymiş ziyanı ödəmişdir, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; - 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs Fətulla oğlu ilə barışdığından və vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 39, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar