Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-221/2025 21.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Şərur RPİ-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs Bayram qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; 21.011.1989-cu ildə Şərur rayonu, Aşağı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Şərur rayon Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsindən xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Bayram qızı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinə müraciət edərək həyat yoldaşı Şəxs tərəfindən fiziki zor tətbiq olunmaqla döyüldüyünü bildirmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsinin İstintaq və təhqiqat bölməsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 21 avqust 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şərur RPİ-nin polis sahə rəisi X4 verdiyi izahatında 04 avqust 2025-ci il tarixində X2 tərəfindən DİN-in 102 Xidmətinə daxil olmuş məlumat əsasında Şərur RPİ-nin İstintaq və Təhqiqat bölməsi tərəfindən müvafiq araşdırma aparıldığını, ekspertiza təyin edildiyini və Şəxs qeyd edilən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək materialların Şərur RPİ-nin İTŞ-yə göndərildiyini, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 21 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Şərur Rayon Məhkəməsinə göndərildiyini qeyd etmiş, Şəxs barəsində əvvəllər Azərbaycan Respublikası İXM-in 535.1-ci və 510-cu maddələrinin tələbləri pozulduğuna görə inzibati xəta haqqında protokol tərtib edildiyini, lakin onun həmin inzibati xətaları törətməsinə görə tətbiq olunmuş inzibati tənbeh tədbirlərindən nəticə çıxarmadığını, buna görə də şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında və verilmiş suallara cavabında, Zərərçəkmiş şəxs ilə 2009-cu ildən evli olduğunu, birgə nikahlarından iki övladlarının olduğunu, 03 avqust 2025-ci il tarixdə evə sərxoş vəziyyətdə gəldiyini, sabah yuxudan oyanan zaman həyat yoldaşı Bülqeyisin dilinin altında deyindiyini gördüyünü, buna görə də əsəbləşərək onu yerə yıxdığını və döyməyə başladığını, başına zərbələr endirdiyini, bundan sonra oğlu Bayramın gələrək anasını onun əlindən almağa çalışdığını, oğlunun 102 xidmətinə zəng etdiyini gördükdən sonra hərəkətlərini dayandırdığını, törətdiyi əmələ görə peşman olduğunu və zərərçəkmiş şəxsdən üzr istədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bayram qızı verdiyi izahatında evliliklərinin ilk vaxtlarından Şəxs ilə tez-tez mübahisə etdiklərini, buna səbəb olan amilin onun spirtli içki aludəçisi olmasını, onun tez-tez spritli içki qəbul edərək ona qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratdığını, işləmədiyini, 03 avqust 2025-ci il tarixdə gecə vaxtı evə sərxoş halda gəldiyini, həmin gecə səhərədək ona qarşı nalayiq ifadələr işlətdiyini, mübahisənin böyüməməsi üçün ona qarşılıq vermədiyini, xx.xx.2025-ci il tarixdə səhər 09:00 radələrində həyəti süpürərkən, həmin vaxt qayınanasının işdə, uşaqların isə küçədə olduğunu, Rəşadın oyanıb onun yanına gələrək ona evi tərk etməsini bildirdiyini, onun da bu sözlərə qarşılıq verdiyini, buna görə də Şəxs onu yerə yıxaraq, başına zərbələr endirərək döyməyə başladığını, böyük oğlu Bayramın onların yanına gələrək onu Rəşadın əlindən almağa çalışdığını, lakin gücü çatmadığına görə DİN-in 102 Xidmətinə zəng edərək şikayət etdiyini bildirdi. Şəxsin cəzalandırılmasını istədiyini, şəxsin barəsində həbs növündə inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında tez-tez atasının evə sərxoş halda gəldiyini, hadisə günü səhər mağazaya getmək üçün evdən çıxdığını, evə qayıtdıqda atasının anasını döyməsini gördüyünü, anasını atasının əlindən almağa çalışdığını lakin gücü çatmadığından buna nail ola bilmədiyini, bu səbəbdən DİNin 102 Xidmətinə zəng edərək şikayət etdiyini, bundan sonra atasının anasından əl çəkib getdiyini dedi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatlarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 413 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bayram qızının məhkəmə tibbi müayinəsi zamanı onun bədən səhti üzərində müəyyən edilmiş xəsarətlərin müddəti qərarda göstərilən tarixə uyğun gəlir, xəsarətin dərəcəsi isə müəyyən edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur Rayon Polis İdarəsinin İTŞ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli ”İnzibati qaydada tutma haqqında” 6768 saylı protokoldan görünür ki, Şəxs Şərur RPİ əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və fiziki şəxsləri yoxlama haqqında” 1500 saylı protokoldan görünür ki, Şərur RPİ əməkdaşları tərəfindən Şəxs üzərində şəxsi axtarış aparılmışdır. Məhkəmə Şəxs inzibati məsuliyyətə səbəb olan əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı normaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların məcmusu Şəxs inzibati məsuliyyətə səbəb olan əməlinə hüquqi qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Döymə nəticəsində bədən xəsarətləri əmələ gələ bilər, ancaq döymə nəticəsində obyektiv aşkar edilə bilən xəsarətlər qalmaya da bilər. Əgər çoxsaylı zərbələr nəticəsində sağlamlığa zərər vurma (ağır, az ağır və ya yüngül) baş verirsə, onda bu hərəkətlərə döymə kimi baxılmır, müvafiq dərəcəli sağlamlığa zərər vurmanın yetirilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati xətanı sərxoş halda olarkən törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə uyğun olaraq məsuliyyətini ağırlaşdıran hal kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını isə məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən imperativ tələblərinə istinad edərək və işin faktiki hallarını, o cümlədən, törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada həbs edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyil. Ona görə də, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-221/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-221/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver