Məhkəmə qərarları › İş №3(110)-222/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-222/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-222/2023 29.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Alışar kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs məxsus ot preslərini yandırdığına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci mаddəsi ilə 30 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs vermiş olduğu izahatında 06 iyul 2023-cü il tarixdə günorta saatlarında onun Alışar kəndi ərazisində yerləşən mağazadan 1 ədəd 0.5 litrlik araq aldığını, həmin arağın bir hissəsini günorta saatlarında yaşadığı evdə qəbul etdiyini, axşam saatlarına qədər yaşadığı evin həyətyanı sahəsində işlədiyini, axşam saatlarında həmin arağın bir hissəsini də qəbul etdiyini, sonra həmkəndlisi X3 yaşadığı evə getdiyini, oradan qayıdandan sonra günorta aldığı arağın qalan hissəsini də içdiyini, sonra Alışar kənd ərazisində yerləşən meydançaya getmək qərarına gəldiyini, evdən çıxıb meydançaya gedərkən siqaret yandırıb çəkməyə başladığını, narahat olduğu üçün meydançaya getməyib geri qayıtmağa qərar verdiyini, geri qayıdarkən siqaret yandırıb çəkməyə başladığını, lakin narahat olduğu üçün siqareti bitirmədən yanından keçdiyi evin həyətyanı sahəsinə atdığını, evə getdikdən sonra yaşadığı məhlədə yanğın olduğunu gördüyünü, yanğın olan yerə getdikdən sonra qonşusu Zərərçəkmiş şəxs məxsus ot tayasının yandığını gördüyünü, bundan sonra oun yaşadığı evə tərəf getməyə bağladığını, yanğının söndürüldüyünü, vurulmuş ziyana görə Zərərçəkmiş şəxs ekspertizanın rəyinə əsasən müəyyən olunmuş 524 manat, əlavə xərclərə görə isə prosesdən kənar 240 manat olmaqla, ümumilikdə 764 manat ödədiyini, ehtiyyatsız davranaraq etdiyi əməlinə görə peşman olduğunu, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vermiş olduğu izahatında 06 iyul 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində Şərur rayon Alışar kəndində yaşayan qaynı X1gildən çıxaraq öz evinə piyada olaraq yola düşdüyünü, təxminən 5 dəqiqə sonra evinin yaxınlığına çatan zaman yanğın olduğunu gördüyünü, yanğına yaxınlaşan zaman həyətyanı sahəsində ona məxsus ot tayasının yandığını gördüyünü, dərhal evə çataraq ailə üzvlərini oyatdığını və tayanın yandığını bildirdiyini, ailə üzvlərinin oyanaraq həyətyanı sahəyə çıxdıqlarını, qısa müddət ərzində kənd camaatının onların həyətinə toplaşaraq yanğını söndürməyə başladıqlarını, onun isə dərhal 101-ə zəng vuraraq məlumat verdiyini, qısa müddət ərzində yanğının söndürüldüyünü, daha sonra evinin həyətyanı sahəsində olan təndir damının içərisinə yığdığı 80 ədəd presin yandığını gördüyünü, təndir damının taxtalarının yandığını, sonradan həmin yanğını həmkəndlisi Şəxs siqareti çəkərək onun həyətinə atması nəticəsində yarandığının müəyyən edildiyini, ona vurulmuş ziyana görə Şəxs ekspertizanın rəyinə əsasən müəyyən olunmuş 524 manat, əlavə xərclərə görə isə prosesdən kənar 240 manat olmaqla, ümumilikdə 764 manat ödədiyini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş: - 07 iyul 2023-cü il tarixli aktdan görünür ki, 07 iyul 2023-cü il tarixdə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs məxsus ot komas yığılmış təndir damında yanğın baş vermiş və Şərur rayon DYMH-nin İİİ YSN-nin əməkdaşları tərəfindən yanğın söndürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 667 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş materiallar əsasında aparılmış tədqiqatlarla belə nəticəyə gəlmək olar ki, yanğının mənbəyi samanlığın girişinin sol uzaq küncünə yığılmış saman qarışıq ot kiplərinin üzərində yerləşmiş və həmin hissədə samanlığın çardağına yayılmışdır. Yanğın samanlığın daxilində həmin sahədə lokal olaraq inkişaf etdiyindən, digər sahələrə (yardımçı tikiliyə və tövləyə) yayılmadan qarşısı alınmışdır. Yanğının baş verməsinə səbəb (yanğının mənbəyinə) kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən çardağın altında yığılmış yanan materiallarının (ot-saman, taxta materiallar və s) alışması olmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 668 nömrəli rəyində qeyd olunmuşdur ki, Şərur rayon Alışar kəndində yerləşən ot koması yığım yerinin damında baş vermiş yanğın hadisəsi nəticəsində oraya dəymiş maddi ziyanın məbləği bu günki bazar qiymətlərinə uyğun olaraq təqribən 364 (üç yüz altmış dörd) manat məbləğində təşkil etdiyi müəyyən edilir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 695 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərarda göstərilən təxminən hündürlüyü 46 sm, eni 49 sm, uzunluğu 100-110 sm olan ümumilikdə 80 bağlam otun 2023-cü ilin iyul ayında orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 160 (80 bağlam x 2 manat) manat müəyyən edilir; - Aktdan görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi zərərə görə Şəxs 524 (beş yüz iyirmi dörd) manat pul alınaraq Zərərçəkmiş şəxs verilmişdir; - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şərur rayon Alışar kənd sakini Şəxs barəsində toplanmış 248 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Şərur Rayon Polis İdarəsi İTŞ-yə göndərilmişdir; - Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002792 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs məxsus ot preslərini yandırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməsinə baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yoxdur. Ona görə ki, iş materialında olan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs məxsus ot preslərini qəsdən yandırması öz təsdiqini tapmamışdır. Eyni zamanda həm Şərur Rayon Polis İdarəsində, həm də məhkəmə iclasında Şəxs verdiyi izahatında “siqaret yandırıb çəkməyə başladığını, lakin narahat olduğu üçün siqareti bitirmədən yanından keçdiyi evin həyətyanı sahəsinə atdığını” bildirsədə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs məxsus ot preslərini qəsdən yandırmasını etiraf etməmiş, eyni zamanda da bu hal istintaq orqanı tərəfindən də sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə yalnız özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə inzibati xəta tərkibinin yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində özgə əmlakını ehtiyatsızlıqdan məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Bu isə onu deməyə əsas verir ki, hazırki vəziyyətdə Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar