Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-224/2025 25.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Nağıyev Habil Adil oğlunun katibliyi, Şərur Rayon İcra və X3, Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1984-cü il tarixdə Keşişkənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Həmzəli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonunun Qaradağlı kəndində yaşayan, fəhlə işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 255622/18 nömrəli məkubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu icra sənədlərinin icrasından yayındığına görə aliment tələbi ilə bağlı icra sənədi üzrə 5724 manat, pul tələbi ilə bağlı icra sənədi üzrə 360 manat borc yaranmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Sumqayıt Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-4546/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 108 manat sabit pul məbləğində alimentin ödənilməsi göstərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-623/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şərur rayon Həmzəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs 300 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu olmaqla, cəmi 330 (üç yüz otuz) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi göstərilmişdir. Faktla bağlı Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, verdiyi izahatında hər 2 icra sənədi ilə bağlı məlumatlı olduğunu, maddi imkanı yaxşı olmadığı üçün borclarını ödəyə bilmədiyini, 2020-ci ildə aliment borcundan ödəniş etdiyi üçün barəsində cinayət işi üzrə icraata xitam verildiyini, borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında Sumqayıt Rayon Məhkəməsi və Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədlərinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə dəfələrlə xəbərdarlıqlar edildiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə icra sənədlərinin icrasından boyun qaçırdığını, tələbkarların isə icra sənədinin icrasını tələb etdiklərini, Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixdli qərardadı ilə şəxsin ölkədən çıxışına məhduldiyyət qoyulduğunu, 2020-ci ildə borcundan təxminən 7400 manat ödəniş etdiyi üçün barəsində cinayət işi üzrə icraata xitam verildiyini, həmin vaxtdan heç bir ödəniş etmədiyini, şəxsin barəsində axtarış elan olunduğunu, xx.xx.2025-ci il tarixdə şəxsin tutularaq Şərur Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyini, onun barəsində protokol tərtib edildiyini bildirib şəxsin barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Sumqayıt Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-4546/2015 saylı xx.xx.2015ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 108 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2017-ci il tarixdə də icra vərəqəsi çıxarılaraq icra olunması üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. İş materiallarından görünür ki, Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərdə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimatdan görünür ki, Şəxs tərəfindən Sumqayıt Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-4546/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədini icra edilmədiyindən onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinə təqdimat verilmişdir. xx.xx.2020-ci il tarixli “Cinayət işi üzrə icraaata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində Şərur Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında başlanılmış cinayət işi üzrə icraata o, zərərçəkmiş şəxsdə dəymiş maddi ziyanı tam ödədiyindən xitam verilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs tərəfindən Sumqayıt Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-4546/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədini icra edilmədiyindən onun barəsində axtarış elan edilmişdir. Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-623/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Həmzəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs 300 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu olmaqla, cəmi 330 (üç yüz otuz) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2024-cü il tarixdə də icra vərəqəsi çıxarılaraq icra olunması üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. İş materiallarından görünür ki, Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. “Axtarışda olan borclu fiziki şəxsin və cavabdehin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Şərur rayon polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, həmin tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4, onun MSY-nə təhvil verilməsi isə Şərur Rayon Polis İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin.
3. İnzibati həbsin əvvəli 25 avqust 2025-ci il tarixdən hesablansın.
4. Şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 təhvil verilməsi Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis idarəsinə həvalə edilsin.
5. Qərar dərhal icra edilsin.
6. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Abil Orucəliyev