Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-225/2024 30.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Şərur rayon Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naxçıvan MR DİN X18 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə «X15 Prado» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, Zərərçəkmiş şəxs sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər dəymişdir. Naxçıvan MR DİN X18 İdarəsinin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında işsiz olduğunu və özünün mülkiyyətində olan “X15 Prado” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində həmkəndlisinin rəhmətə getdiyini, onların da Şərur rayon Kərimbəyli kəndindən çıxaraq Naxçıvan şəhərinə getmək üçün yola düşdüklərini, Naxçıvan şəhərində yerləşən İran məscidindən mərhumu götürərək Şərur rayon Kərimbəyli kəndində yerləşən qəbiristanlıqda dəfn etmək üçün Şərur rayon Kərimbəyli kəndi istiqamətində yola düşdükləeini, yolda hərəkətdə olan zaman avtomobili birinci hərəkət zolağında 80 km/saat sürətlə idarə etdiyini, onun Naxçıvan şəhərindən Şərur rayonuna hadisənin baş verdiyi ana qədər demək olar ki, birinci hərəkət zolağında hərəkət etdiyini, təxminən yolda hərəkətdə olan zaman 40-a yaxın avtomobilin olduğunu, avtomobillərin hərəkətinin bir-birinin ardınca düzülmüş şəklində olduğunu, hərəkətdə olan zaman artıq Şərur rayon Zeyvə kəndinə çatdıqlarını, bu vaxt birinci hərəkət zolağında öndə yük avtomobillərinin hərəkətdə olduğunu, həmin yük avtomobillərini ötmək üçün kolon şəklində ikinci hərəkət zolağına keçdiklərini, ikinci hərəkət zolağına keçən zaman avtomobillər arasında hərəkət intevsivliyinin pozulduğunu və aradakı məsafənin azalmağa başladığını, bu vaxt onun idarə etdiyi avctomobilin önündə gümüşü rəngdə “Mercedes” markalı avtomobilin hərəkətdə olduğunu, öndə olan avtomobillərdən birinin tormoz verdiyini və onun arxasınca bir neçə avtomobilin tormoz verməyə başladığını, avtomobillərin tormoz verib dayandığını gördüyü anda onun da dərhal idarə etdiyi avtomobillə öndəki avtomobili vurmamaq üçün tormoz verdiyini, lakin ara məsafəsi az olduğundan həmin önündü dayanan avtomobili arxa sol hissəsindən vurduğunu, avtomobildə ondan əlavə 4 nəfər sərnişinin olduğunu və hadisədən sonra avtomobildə olan X10 və X1 müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını və aldıqları xəsarətlərlə əlaqədar təcili tibbi yardım avtomobili ilə Şərur rayon xəstəxanasına getdiklərini, hadisə nəticəsində onun və avtomobildə olan digər iki sərnişinin heç bir xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş MR DİN X19 İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramdahal-hazırda Bakı şəhərində olduğundan xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, inzibati xəta törətmiş Şəxsn qarşı heç bir tələbi və şikayəti olmadığını, məhkəmə iclasını onun iştirakı olmadan keçirib qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, 183 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sərxoşluq dərəcəsi aşkar ediməlmişdir; - Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli, 43 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər-sağ anında yara, sağ gözünün alt nahiyəsində qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələri istisna olunmur, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. - Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Naxçıvan MR DİN DYPİ QİTBS tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlı olan “BC” kateqoriyalı AE 878019 nömrəli sürücülük vəsiqəsi verilmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 39 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü X2 və X8 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğundan Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün qərar X18 İdarəsinə göndərilmiş, sərnişin Zərərçəkmiş şəxs tibbi ekspert rəyinə əsasən hadisə zamanı yüngül bədən xəsarəti aldığından sürücü X9 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri yarandığı üçün R. Seyidov və V. Cəfərov həmin maddə ilə məsuliyyətə cəlb edilməsi üçün qərar X19 İdarəsinə göndərilməsi qərara alınmışdır. - Naxçıvan MR DİN X18 İdarəsinin inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə «X15 Prado» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Ona görədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə «X15 Prado» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması iş üzrə araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, bununlada Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə tərəfindən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-225/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-225/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver