Məhkəmə qərarları › İş №3(110)-225/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-225/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-225/2025 03.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: nun sədrliyi, Məhkəmə iclas katibi: katibliyi, Protokol tərtib etmiş orqanın ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə səlahiyyətli nümayəndələri: Dövlət Nəzarəti Xidmətinin 14 saylı X4 baş məsləhətçimüfəttişi X2, ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X4 rəis müavini X7, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1974-cü il tarixdə Şərur rayonunun Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (Fin: xxxxxxx), evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yaşayış yeri üzrə Şərur rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı Naxçıvan regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X4 xx.xx.2025-ci il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 12 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 12 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 11 avqust 2025-ci il tarixdə Şəxs Şərur rayon Aşağı Yayçı kəndi ərazisində Arpaçay çayının 102-103-cü kilometrliyində su mühafizə zonasının tələblərini pozaraq iaşə obyekti işlətmişdir. Faktla bağlı 12 avqust 2025-ci il tarixdə ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X4 baş məsləhətçi-müfəttişi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında həmin ərazinin boş sahə olduğunu, Aşağı Yaycı kəndində yerləşdiyini, yaşadığı həyətin aşağısı olduğunu, çayın üstündə körpü saldıqlarını, ağaçın altına, çayın qırağına stol qoyduqlarını, 2024-cü ildə düzəldib, bu il fəaliyyətə başladıqlarını, həmin ərazinin şəxsi mülkiyyətində olmadığını, sənədi düzəltməkdə çətinlik çəkdiyini, bələdiyyəyə, icra hakimiyyətinin müavininə müraciət etdiklərini, lakin onlar həmin işin onlarlıq olmadığını, su xidmətinə müraciət etməli olduqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X4 rəis müavini X10 verdiyi izahatında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı törədərək Şərur rayon Aşağı Yaycı kəndi Arpaçay çayının 102-103-cü kilometrliyində su mühafizə zonasının tələblərini pozaraq iaşə obyekti işlətdiyini və bu halın fotoşəkillərlə və digər materiallarla təsdiq olunduğunu, Su məcəlləsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X4 baş məsləhətçi-müfəttişi X6 ittihamın mahiyyətinə uyğun oxşar məzmunlu izahat verərək, X7 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 12 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 11 avqust 2025-ci il tarixdə Şəxs Şərur rayon Aşağı Yayçı kəndi ərazisində Arpaçay çayının 102-103-cü kilometrliyində su mühafizə zonasının tələblərini pozaraq iaşə obyekti işlətmişdir. 12 avqust 2025-ci il tarixli, aktdan görsənir ki, aparılmış nəzarət tədbirləri çərçivəsində Şərur rayonun Aşağı Yaycı kəndindən keçən hissəsində kənd sakini Şəxs tərəfindən çayın hər iki sahilində lazımi icazə olmadan iaşə obyekti salındığı aşkar olunmuşdur. Müvafiq foto şəkillər akta əlavə edilmişdir. 12 avqust 2025-ci il tarixli digər aktdan görsənir ki, Şəxs Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və o, inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün Regional Bölməyə dəvət edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs X1 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar