Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-226/2025 29.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş ADSEA yanında Suların İstifadəsinə və X2 Xidmətinin 14 saylı X1 nümayəndələri – Nümayəndə1 və Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şərur rayon Aşağı Yaycı kəndində doğulmuş, ailəli, 1 uşaq atası, “NUR QİDA MMC”-də əmək müqaviləsi əsasında işləyir, Şərur rayon Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla qeydiyyatda olan və yaşayan (Fin:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə ADSEA yanında Suların İstifadəsinə və X2 Xidmətinin 14 saylı Naxçıvan regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: ADSEA yanında Suların İstifadəsinə və X2 Xidmətinin 14 saylı X1 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 12 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 12 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 11 avqust 2025-ci il tarixdə Şəxs Şərur rayon Aşağı Yaycı kəndi Arpaçay çayının 102-103-cü kilometrliyində su mühafizə zonasının tələblərini pozaraq iaşə obyekti işlətmişdir və bu hal fotoşəkillərlə və digər materiallarla təsdiq olunur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, həmin ərazidə iaşə obyektini mövsümi olaraq işlətdiyini, həmin ərazinin onun evinin qarşısı olduğunu və çayın mühafizə zonasına daxil olduğundan xəbəri olmadığını bildirdi.Məhkəmənin ilk iclasından sonra həmin kabinanı sökdüyünü və bunu təsdiq edən fotoşəkli məhkəməyə təqdim etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş ADSEA yanında Suların İstifadəsinə və X2 Xidmətinin 14 saylı X1 rəis müavini Nümayəndə1 verdiyi izahatında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı törədərək Şərur rayon Aşağı Yaycı kəndi Arpaçay çayının 102-103-cü kilometrliyində su mühafizə zonasının tələblərini pozaraq iaşə obyekti işlətdiyini və bu halın fotoşəkillərlə və digər materiallarla təsdiq olunduğunu, Su məcəlləsinin tələblərinin pozulduğunu qeyd etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şəxs barəsində ADSEA yanında Suların İstifadəsinə və X2 Xidmətinin 14 saylı Naxçıvan regional Bölməsi əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə tövsif edilmişdir. 12 avqust 2025-ci il tarixli, aktdan görsənir ki, aparılmış nəzarət tədbirləri çərçivəsində Şərur rayonun Aşağı Yaycı kəndindən keçən hissəsində kənd sakini Şəxs tərəfindən çayın sahilində lazımi icazə olmadan dəmir konstruksiyalı kabinanın salındığı aşkar olunmuşdur. Müvafiq foto şəkillər akta əlavə edilmişdir. 12 avqust 2025-ci il tarixli digər aktdan görsənir ki, Şəxs Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və o, inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün Regional Bölməyə dəvət edilmişdir. Mobil telefon vasitəsi ilə çəkilmiş fotodan dəmir konstruksiyalı kabinanın olduğu müşahidə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələri Nümayəndə1 və Nümayəndə2 izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Şərur rayonu Aşağı Yaycı kəndi ərazisində Arpaçay çayının mühafizə zonasında iaşə obyekti işlətməklə su obyektlərinin mühafizəsi qaydalarını pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXMnin 264.0.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə olmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-226/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-226/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver