Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-227/2023 05.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş, xx.xx.1979-cu il tarixdə Şərur rayonu Danyeri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, Şərur Rayon Su və Melarasiya İdarəsində elektrik montyoru işləyən, Şərur rayonu danyeri kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Danyeri kəndinin küçədə ictimaiyyət arasında uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində evdə yatdığı zaman küçədə səs eşitdiyini, küçəyə çıxan zaman qonşuları Zərnişanın atı onların hasarının yanından açaraq bir az yuxarı evinin yaxınlığına bağladığını, atın kimə məxsus olduğunu bilmədiyindən Zərnişandan atının sahibini soruşduğunu, Zərnişan da atın qonşusu Məmmədov Sahilin olduğunu dediyini, həmin vaxt sahilin azyaşlı oğluna atı gəlib aparmasını dediyini, uşağının isə onu təhqir edərək gəlib apacağını dediyini, aralarında mübahisə yarandığını, ona “küçük sən mənimlə dava etmək istəyirsən” deyə soruşduğunu, bu zaman Sahilin arvadı Türkanənin küçəyə çıxdığını, onun Türkanənin gəldiyini görərək evə getdiyini, həyətə girən zaman Türkanəyə onun əri ilə söhbət edəcəyini dediyini bildirdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində küçədə səs-küy eşitdiyini, küçəyə çıxmaq istəyərkən arvadının ona küçəyə çıxmamasını dediyini, onun da həyətdən çıxmadığını, küçədə səs-küy azaldıqdan bir az sonra qonşularının gəlinin onlara gəldiyini, ondan küçədə nə baş verdiyini soruşduğu, Şəxs at üstündə qonşuları Sahilin arvadı Türkanəni və oğlu təhqir edərək döymək istədiyini, davanın səbəbi isə onların atı Faiqin hasarının yaxınlığına bağlaması olduğunu, Faiqin ümumiyyətlə söyüşkən olduğunu, onu da əvvəllər təhqir etdiyini, lakin kəndçi olduğu üçün şikayətçi olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə qonşusu Məmmədov Sahilə atını onun evinin arxasına bağlamasını dediyini, təxminən saat 08:30 radələrində səs-küy eşidərək küçəyə çıxdığını, bu zaman Şəxs atı onun hasarının yanına bağladıqları üçün Sahilin arvadı və oğlu ilə dava etdiynin şahidi olduğunu, Faiqə və Zərnişana atı ora bağlanmasını onun istədiyini dediyini, lakin bu sözlərinin Faiqi sakitləşdirmədiyini, Türkanə ilə oğlu Nihadı təhqir edərək üstünə yürüdüyünü, Türkanənin də qorxaraq qaçıb həyətlərinə getdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə Sahilin atı küçəyə bağladığını, təxminən saat 08:30 radələrində küçədə səs-küy eşitdiyini, oğlu Nihadı yuxudan oyadaraq atı küçədən açaraq həyətə gətirməsini istədiyini, Nihad küçəyə çıxarkən Şəxs Nihadı təhqir edərək üstünə yürüdüynü, bu zaman onun da küçəyə çıxaraq Faiqə onun uşağına əl vura bilməyəcəyini dediyini, lakin Faiq öz hərəkətlərinə davam edərək hər ikisini təhqir edərək onları döymək istədiyni, onun da qorxaraq həyətə getdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında X3 ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilməli və həbsetmənin əvvəli qərarın çıxarıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-227/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-227/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver