Məhkəmə qərarları › İş №3(110)-228/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-228/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-228/2024 19.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, Şərur rayon Çərçiboğan kəndində xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə xəsarət yetirmişdir, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, təxminən 21 il əvvəl Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, bu evlilikdən 3 övladlarının dünyaya gəldiyini, hal-hazırda Zərərçəkmiş şəxs ilə birlikdə Şərur rayon Çərçiboğan kəndində yaşadığını, müntəzəm olaraq ailədaxili münaqişələri olduğunu, təxminən 1 ay əvvəl onlarla birlikdə yaşayan övladı Lamiyə Məmmədovanın yaşadığı evdən getdiyini, onun hal-hazırda Naxçıvan şəhərində yaşadığını düşündüyünü, o evdən getdiyi üçün 14 iyul 2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olduğunu, həmin vaxt sərxoş vəziyyətdə olduğunu, lakin ona xəsarət yetirmədiyini, bir müddət aralarında mübahisə olduqdan sonra yataq otağına gedib yatdığını qeyd edərək, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, təxminən 21 il əvvəl Şərur rayon Çərçiboğan kənd sakini Şəxs ilə ailə həyatı qurduğunu, bu evlilikdən bizim 3 övladlarının dünyaya gəldiyini, müntəzəm olaraq ailədaxili münaqişələrinin olduğunu, 14 iyul 2024-cü il tarixdə saat 18:00 radələrində Şəxs sərxoş vəziyyətdə yaşadıqları evə gəldiyini, o spirtli içki qəbul etdiyi üçün onunla aralarında mübahisə olduğunu, mübahisə vaxtı Şəxs onun üz nahiyəsindən sillə ilə, sol qol nahiyəsindən yumruqla vurduğunu, eyni zamanda başından da küt alətlə xəsarət yetirdiyini, lakin başımdan nə ilə vurduğunu bilmədiyini, sonra evdən çıxıb qohumugilə getdiyini, Amil Məmmədovu bağışlamadığını, onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 29 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilən xəsarət – sol bazusunda qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar aparılan araşdırma üzrə əməldə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şərur rayon Çərçiboğan kəndində xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə xəsarət yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Şərur rayon Çərçiboğan kəndində xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə xəsarət yetirmişdir, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar