Məhkəmə qərarları › İş №3(110)-229/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-229/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-229/2024 20.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayon Şəhriyar kədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, Şərur rayon Şəhriyar qeydiyyatda olan və Məmmədsabir kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 29 iyul 2024-cü il tarixdə Şərur rayon Mahmudkənd ərazisində Zərərçəkmiş şəxs məxsus bostandan qarpız oğurlanması müəyyən olunmuşdur, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Şəxs və X2 ona birlikdə ziyan vurduqlarını, dəymiş ziyanın həmin şəxslər tərəfindən ona ödənildiyini onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, bunula bağlı məhkəməyə ərizə təqdim etdiyini qeyd edərək ərizəsinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs artıq zərərçəkmiş şəxslə barışdıqlarını, ona dəymiş ziyanı ödədiklərini qeyd edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 866 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qarpızların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2.76 (iki manat yetmiş altı qəpik) manat müəyyən edilir. O cümlədən, çəkisi 4,10 kiloqram olan 01 ədəd qarpız – 1.23 manat (4.10kq x 0.30 manat); çəkisi 5.10 kiloqram olan 01 ədəd qarpız – 1.53 manat (5.10 kq x 0.30 manat). - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırılan 451 saylı Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 29 iyul 2024-cü il tarixdə Şərur rayon Mahmudkənd ərazisində Zərərçəkmiş şəxs məxsus bostandan qarpız oğurlanması müəyyən olunmuşdur; Məhkəmə zərəçəkmiş şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39-cu maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verili.; - 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertizası xərclərinə dair bildirişdən görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 40 (qırx) manat təşkil edir. Ona görə də, iş üzrə məhkəmə xərci - aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 40 (qırx) manat məbləğində pul Şəxs və X1 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 55.1.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir; - 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir; - 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair iş üzrə icraata xitam verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul Şəxs və X1 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar