Məhkəmə qərarları › İş №3(110)-229/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-229/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-229/2025 26.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: ğlunun sədrliyi, Məhkəmə iclas katibi: nun katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi orqanın səlahiyyətli X2, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1997-ci ildə Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Oğlanqala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin 26 avqust 2025-ci il tarixli, 3-13-43-12/2-11317/2025 №li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 26 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 25 avqust 2025-ci il tarixdə, saat 01:10 radələrində Şəxs Şərur rayonunun Oğlanqala kəndində sərxoş halda polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Faktla bağlı 24 avqust 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında 2025-ci il tarixdə 24 avqustdan 25 avqusta keçən gecə kəndlərinin mağazasından pivə alıb aparıb evdə içdiyini, bir müdddət sonra kəndin mərkəzinə çıxdığını, orada polis avtomobilini görüb yaxınlaşdığını, nə olduğunu soruşduğunu, onların da onun hadisə yerindən uzaqlaşmasını istədiklərini, həmin işin onluq olmadığını, oda içkili olduğundan problemin nə olduğunu soruşduğunu, polislərin getməyini istədiklərini, aralarında mübahisə olduğunu, içkili olduğundan tabesizlik göstərdiyini, oradan onu uzaqlaşdırdıqlarını, bir müddət təxminən yarım saat sonra yenidən həmin evin həyətinə yenidən qayıtdığını, tabesizlik etdiyi üçün polis əməkdaşlarının onu polis idarəsinə gətirib saxladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan MR Şərur RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X5 izahatında 24 avqust 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsində əməliyyat istintaq qrupunda X6 ilə xidmətdə olan zaman Azərbaycan Respublikasının DİN-in “102” zəng mərkəzinə zəng gəldiyini, Şərur rayon Oğlanqala kənd sakini X1 həmkəndlisi X7 azyaşlı qızına seksual hərəkətlər etməsini məlumat verdiyini, əməliyyat istintaq qrupunun hadisə yerinə getdiyini, Şərur rayon Oğlanqala kənd sakini X1 evlərinin qarşısında araşdırma zamanı Oğlanqala kənd sakini Şəxs yanlarına gələrək araşdırmanın aparılmasına maneəçilik törətdiyini, işlərinə maneəçilik törətməməsi və həmin yerdən uzaqlaşmasını dəfələrlə izah etdiklərini, onu sakitləşdirərək nizam-intizama dəvət etdiklərini, qanuni tələblərə tabe olmayaraq qəsdən öz hərəkətlərinə davam etdiyini, bu səbəbdən də onu Şərur Rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan MR Şərur RPİ İTŞ-nin polis sahə rəisi X6 izahatında 24 avqust 2025-ci il tarixdə Şərur rayonu Polis İdarəsində əməliyyat istintaq qrupunda X5 ilə xidmətdə olan zaman Azərbaycan Respublikasının DİNin “102” zəng mərkəzinə zəng gəldiyini, Şərur rayon Oğlanqala kənd sakini X1 həmkəndlisi X7 azyaşlı qızına seksual hərəkətlər etməsini məlumat verdiyini, əməliyyat istintaq qrupunun hadisə yerinə getdiyini, Şərur rayon Oğlanqala kənd sakini X1 evlərinin qarşısında araşdırma zamanı Oğlanqala kənd sakini Şəxs yanlarına gələrək araşdırmanın aparılmasına maneəçilik törətdiyini, işlərinə maneəçilik töprətməməsi və həmin yerdən uzaqlaşmasını dəfələrlə izah etdiklərini, onu sakitləşdirərək nizam-intizama dəvət etdiklərini, qanuni tələblərə tabe olmayaraq qəsdən öz hərəkətlərinə davam etdiyini, bu səbəbdən də onu Şərur Rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 məhkəmədə verdiyi izahatında 25 avqust 2025-ci il tarixdə gecə saat 01:10 radələrində Şəxs Şərur rayonunun Oğlanqala kəndində sərxoş halda polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığını, polisin işini pozduğunu buna görə də barəsində protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 26 avqust 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 avqust 2025-ci il tarixdə, saat 01:10 radələrində Şərur rayonunun Oğlanqala kəndində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 26 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 avqust 2025-ci il tarixdə, saat 01:10-da inzibati qaydada tutulmuş, 26 avqust 2025-ci il tarixdə saat 14:00-da azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” 25 avqust 2025-ci il tarixli 0340 nömrəli protokoldan görünür ki, Şəxs üzərindən bir ədəd göy rəngli “Oppo” markalı mobil telefon aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın törədilməsi zamanı Şəxs sərxoş olmasını təsdiq edən hər hansı bir tibbi sənədin iş materiallarında olmaması səbəbindən bu halı onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almamışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar