Məhkəmə qərarları › İş №3(110)-23/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-23/2020

08.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-23/2020 08.06.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Təqdimat verən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Şərur rayon Vərməziyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə təqdimat edərək, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X2 izahatında göstərdi ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-08/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7960 (yeddi min doqquz yüz altmış) manat borc və və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şərur rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə tərəfimdən edilmiş xəbərdarlıqlar heç bir nəticə verməmiş, borclu dəfələrlə Şərur rayon İcra və Probasiya şöbəsinə iltizam verərək, borcunu ödəmədiyi təqdirdə məsuliyyət daşıyacağını bildirmiş, lakin indiyə qədər borcunu tam şəkildə ödəməmişdir. Buna görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-08/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan, 7960 (yeddi min doqquz yüz altmış) manat borc və və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, xxxx” ASC-nin hesabına ödənilməsi qət edildiyini, həmin qərardan gec məlumatı olduğunu, buna görə də şikayət verə bilmədiyini, halhazırda həmin icra sənədi üzrə borcdan 900 manat ödədiyini, borcunu hissə-hissə ödəyəcəyini qeyd edərək, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə icra məmurunu X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-08/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7960 (yeddi min doqquz yüz altmış) manat borc və və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs izahatından və iş materiallarından müəyyən olundu ki, borclu Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-08/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcun ödənişini qərəzli şəkildə həyata keçirməyərək, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialında olan inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə təqdimat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Cəlilov X5 Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-08/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar