Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-23/2022 01.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs 21 mart 2022-ci il tarixdə saat 15:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək, onu döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, 21 mart 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini, hər ikisi ona məxsus avtomobilə əyləşərək, Şərur rayon Ələkli kəndinə getdiklərini, həmin ərazidə olan boş sahəyə çatdıqdan sonra aralarında olan mübahisənin daha da qızışmağa başladığını, əsəblərini cilovlaya bilmədiyini və ona bir yumruq zərbəsi vurduğunu, zərbənin gücündən Atifin yerə yıxıldığını, bir müddət sonra qardaşının gələrək onu evə apardığını, Atifdən xəbərinin olmadığını, polis əməkdaşlarının onu Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, izahatını aldıqdan sonra evinə qayıtdığını, Atiflə barışmadığı üçün daha sonra 31.03.2022-ci il tarixdə polis əməkdaşlarının onu yenidən Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, Polis idarəsinə getdikdən sonra Zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu öyrəndiyini, barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs vermiş olduğu izahatda, 21 mart 2022-ci il tarixdə saat 15:30 rasələrində həmkəndlisi Şəxs onunla mübahisə edərək, onu öz avtomobilinə əyləşdirib Şərur rayon Ələkli kənd ərazisinə apardığını, həmin əraziyə çatdıqdan sonra orada mübahisə etdiklərini, Şəxs onun üz nahiyyəsindən bir yumruq zərbəsi vurduğunu və yerə yıxıldığını, bir müddət keçdikdən sonra Vüsalın qardaşı Vüqar İsmayılovun gəlib Vüsalı oradan uzaqlaşdırdığını, özünün isə yaşadığı Çərçiboğan kəndinə getdiyini, ilk öncə şikayət etmədiyini, daha sonra Vüsal ondan kiçik olduğu üçün onu vurduğundan, eyni zamanda ondan üzür belə istəmədiyindən bunu özünə bağışlaya bilmədiyini, 31.03.2022-ci il tarixdə Şərur rayon Polis idarəsinə şikayət etdiyini, Vüsalın törətdiyi əməlindən səmimi peşman olduğunu, ondan üzr istədiyini, hal - hazırda onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını qeyd edərək bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında 2018-ci ildən bəri DİO-da xidmət etdiyini, 21 mart 2022-ci il tarixində saat təxminən 16:00 radələrində Çərçiboğan kəndində xidmət aparan zaman Şərur rayon Polis İdarəsindən ona Şərur rayon Mərkəzi Xəstəxanasından 102 xidmətinə Çərçiboğan kəndində hadisə olması barədə məlumat daxil olduğunu bildirdiklərini, məlumat əsasında araşdırma apardıqdan sonra Şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etməsi və Şəxs Zərərçəkmiş şəxs döyməsini müəyyən etdiyini, Şəxs Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini və izahatı alındıqdan sonra buraxdıqlarını, daha sonra 31 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şəxs şikayətçi olduğunu, Şəxs təkrar Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini və onu inzibati qaydada tutduqlarını və barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərdiklərini bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsi İTŞ-nin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 01.04.2022-ci il tarixli, 010138 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İTŞ-nin baş polis sahə inspektoru X3 tərəfindən 21 mart 2022-ci il tarixdə Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 31 mart 2022-ci il tarixli, 36 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alnında qançır, küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın dediyi şəraitdə törənməsi inkar olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə olunmuş 0089 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 mart 2022-ci il tarixdə saat 1900-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş 31 mart 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ərizəsində Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; - 53.0 və 53.0.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-23/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-23/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver