Məhkəmə qərarları › İş №3(110)-23/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-23/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-23/2023 02.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Şərur rayonu, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Gümüşlü kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 012318 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-695/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 5905 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun barəsində başlanmış icra işindən xəbərdar olduğunu, icra şöbəsi tərəfindən göndərilmiş məktubları dayısının həyat yoldaşının aldığını, bu barədə ona məlumat verdiyini, özünün Bakı şəhərində yaşadığını, iki dəfə COVİD-19-a yoluxduğunu, haliyədə işsiz olduğunu, alimenti ödəməyə imkanının olmadığını, hazırda 5905 manat aliment borcunun olduğunu, tələbkarla razılaşaraq aliment borcunu hissə-hissə ödəməyə çalışacağını, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-695/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 21 sentyabr 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 16 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay 175 manat sabit pul və 21 sentyabr 2019-cu il tarixdə anadan olmuş X5 üç yaşına çatanadək 16 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsinin qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, lakin həmin şəxsin aliment borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, icra sənədi üzrə 5905 manat aliment borcunun olduğunu, tələbkarın da hər gün zəng edərək aliment borcunun ödənilməsini tələb etdiyini, o da borcludan icra sənədinin icrasını tələb etməsinə baxmayaraq borclunun onun qanuni tələblərini yerinə yetirmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-695/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 21 sentyabr 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 16 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay 175 manat sabit pul və 21 sentyabr 2019-cu il tarixdə anadan olmuş X5 üç yaşına çatanadək 16 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli, 012318 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-695/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 5905 manat aliment borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına daşınar və ya daşınmaz əmlak yoxdur, eyni zamanda əmək haqqı, pensiya, təqaüd və sair gəlirlər almır. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar