Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-232/2024 20.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Şərur rayon Alışar kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur rayon Alışar kəndində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində həmkəndlisi Elnar İmanovun yaşadığı ünvana getdiyini, həmin ünvanda olmağının səbəbinin ona məxsus iri buynuzlu heyvanların Elnar İmanovun otlaq sahəsinə girdiyi və ona ziyan vurduğundan Elnar İmanovun həmin malları öz tövləsində saxlaması olduğunu, onunda ona məxsus olan “Naz Lifan” markalı avtomobili ilə ora gedib malları açıb aparmaq istədiyini, daha sonra yolda gələrkən Elnar İmanovu velosipedlə gələrkən gördüyünü, maşını saxlayıb onu gözlədiyini, Elnargilin evinin yanına çatanda Elnarın onların yanına gəldiyini, onların bir müddət söhbət etdikdən sonra Elnarın arvadı elnarı evə apardığını, ona da malları aç apar dediyini, daha sonra onun dönüb maşına tərəf gedərkən arxadan maşın gəldiyini və onun maşınını vurdğunun eşidib maşına tərəf getdiyini, maşına doğru gedəndə vuran maşının arxaya çakilib və sü qutusunda arxaya dəyişib gözlədiyini və telefonla danışdığını, telefonla danışdığı adama YPX-ni də götür gəl dediyini, hadisə yerinə YPX əməkdaşları gəldikdə ilk öncə onun maşınına vuran adamdan, daha sonra ondan nəqliyyat hadisəsinin necə baş verməsi barədə sorğu-sual etdiklərini, vuran şəxsin YPX əməkdaşlarınaguya onun maşını arxaya sürüb onun maşının vurduğunu dediyini, YPX əməkdaşlarının ondan maşını arxaya sürüb vurduğunu soruşduğunu, onlara tormoz izinə baxın görün mənim maşınımın izdir ya digər maşının dediyini,daha sonra maşını vuranın ona mən haranınsa təhlükəsizliyində işləyirəm gör sənə nə edəcəm dediyini, hadisə yerinə gələn YPX əməkdaşları ilə Cəlal adlı şəxs gəldiyini, onun da ona maşını vurmusan niyə boynuna almırsan dediyini, Cəlal adlı şəxsi maşınını vuran şəxsin çağırdığını, daha sonra YPX-dən bir əməkdaşın gəlib yol nəqliyyat hadisəsinin sxemini çəkdiyini, YPX-dən gəlib sxemi çəkən adam, gəlməzdən əvvəl maşını vuran adam, plisdə işləyən Səməndər müəllim deyə bir nəfərə zəng daha sonra sxemi çəkən əməkdaş gəldiyini, Şöhrətin sxemi çəkməyə görə hadisənin necə baş verdiyini soruşduğunu, onunda bir tormozun izlərinə baxın dediyini, daha sonra sxem çəkildiyini, onun Şöhrətə sxemin bir nüsxəsini mənə verin və ya şəkilini çəkim dediyini, onun sxemi verməyəcəm dediyini, onun sığortaya zəng elədiyini, sığortanın maşını tərpətməyin gəlirik dediyini, YPX əməkdaşlarının avtomobili duracağa aparacaqlarını bildirdiklərini, lakin buna icazə vermədiyini, sığorta işçilərini gözlədiyini, onun hadisənin sxemini istəyəndə yanlarına PPX əməkdaşları gəldiyini, onu maşına mindirib Şərur RPİ-nə gətirdiklərini qeyd edərək, məhkəmədən qərar çıxararkən onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Şərur rayon Alışar kəndi ərazisində yolda ağ rəngli Naz-Lifan markalı avtomobili gördüyünü, sürücünün yolun kənarında bir xanımla mübahisə etdiklərini gördüyünü, öz avotmobilini təhlükəsiz məsafədə saxlayıb gözlədiyini, həmin an sürücünün sürətlə geriyə hərəkət edərək, avtomobildən enərək həmin şəxsə avtomobili hərəkət etdirməməsini, YPX əməkdaşlarını çağırmağı bildirdiyini, buna baxmayaraq digər sürücünün hadisə yerini tərk etdiyini, bir müddət sonra yenidən oraya gəldiyini, avtomobilini onun avtomobilindən qabaqda saxladığını, YPX əməkdaşlarının hadisə yerinə gəldiklərini, sonra hadisənin sxemini çəkdiklərini, həmin şəxsin YPX əməkdaşlarına tabesizlik göstərdiyini, onu nizam-intizama dəvət etdiklərini, lakin həmin şəxsin onlara tabe olmadığını, daha sonra PPX əməkdaşlarının oraya gəldiklərini, həmin şəxsi apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında xx.xx.2024-cü il tarixdə Şərur rayon Alışar kəndində yol nəqliyyat hadisəsinin olması barədə məlumat aldıqlarını, post yoldaşı Dadaşov Tahir ilə birlikdə hadisə yerinə getdiklərini, hadisə yerinə baxış keçirən zaman **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün geriyə hərəkət edən zaman **-BC-*** nömrə nişanlı avtomobili vurduğunun məlum olduğunu, araşdırma zamanı günahın **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs olmasının məlum olduğunu, hadisə yerinin sxemini çəkdikdən sonra sürücülərə avtomobillərin duracağa yerləşdirilməli olduğunu bildirdiklərini, lakin Şəxs oğlnunu onlara tabesizlik göstərdiyini, onun avtomobilini heç kimin duracağa apara bilməyəcəyini dediyini, dəfələrlə ona tabe olmadığı bildirdiklərini, lakin həmin şəxsin onlara tabe olmadığını, PPX əməkdaşlarını dəvət etdiklərini, PPX əməkdaşlarının həmin şəxsi Şərur rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 da şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs polis işçilərinin tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan: - xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə Şərur rayon Alışar kəndində polis işçilərinin tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokola əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 230 manat pul, 01 ədəd qara rəngli alışqan, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 01 ədəd sığorta kağızı, 01 ədəd “Poco” markalı telefon aşkar edilərək götürülmüş, daha sonra isə özünə qaytarılmışdır. - xx.xx.2024-cü il tarixli 0683 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 2255-də inzibati qaydada tutulmuşdur Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 2255-dən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 2255-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-232/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-232/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver