Məhkəmə qərarları › İş №3(110)-234/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-234/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-234/2024 23.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayonu, Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Danyeri kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7760/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 4125 manatı, Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 34926 manatı, Şərur Rayon Məhkəməsinin 2(110)- 877/2016 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 2800 manatı, Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 200 manatı ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7760/2019 saylı xx.xx.2019-cu il tarixli il icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X4 xeyrinə 12 aprel 2007-ci il təvəllüdlü X3, 09 mart 2012-ci il təvəllüdlü X5 və 24 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 375 manat (üç yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edildiyini, Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2021 saylı xx.xx.2021-ci hökmünə əsasən təqsirləndirilən şəxs Şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 34926,0 (otuz dörd min doqquz yüz iyirmi altı) manat pulun Şəxs tutularaq mülki iddiaçı "xxxx" MMC-yə ödənilməsi hökm edildiyini, Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 200 (iki yüz) manat Şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edildiyini, Şərur Rayon Məhkəməsinin 2(110)-877/2016 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X7 cavabdeh Şəxs qarşı iddiası təmin edilmiş, 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun cavabdeh Şəxs alınaraq iddiaçı X7 xeyrinə ödənilməsi qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu barəsində axtarış qərarı çıxarıldığını, onun polis əməkdaşları tərəfindən saxlanılaraq Şərur rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, borcunu hissə ödəyə biləcəyini bildirdiyini, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədləri barədə xəbərdar olduğunu, 34926 manat pulu şirkətin ödəməli olduğunu, işləmədiyi üçün digər borclarını ödəyə bilmədiyini, aliment borcunu və digər borclarını işləyib ödəyəcəyini qeyd edərək, məhkəmədən onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs və X1 izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-7760/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs iddiaçı X4 xeyrinə, 12 aprel 2007-ci il təvəllüdlü X3, 09 mart 2012-ci il təvəllüdlü X5 və 24 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 375 manat (üç yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2021 saylı xx.xx.2021-ci il tarixli iş üzrə mülki iddia qismən təmin edilməklə, təqsirləndirilən şəxs Şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 34926,0 (otuz dörd min doqquz yüz iyirmi altı) manat Şəxs tutularaq mülki iddiaçı "xxxx" MMC-yə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 200 (iki yüz) manat Şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-877/2016 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilməklə, iddiaçı X7 cavabdeh Şəxs qarşı iddiası təmin edilmiş, 2800 (iki min səkkiz yüz) manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7760/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 4125 manatı, Sabunçu Rayon Məhkəməsinin 1(008)- 37/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 34926 manatı, Şərur Rayon Məhkəməsinin 2(110)-877/2016 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 2800 manatı, Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 200 manatı ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, eyni zamanda o, pensiya və sosial ödəniş almır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1975-ci il təvəllüdlü Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, borcunun məbləğini, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 23 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 23 avqust 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar