Məhkəmə qərarları › İş №3(110)-234/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-234/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-234/2025 01.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair X5 tərəfindən verilmiş vəsatətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 barəsində Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidməti tərəfindən Şərur rayon Yuxarı Daşarx kəndində fəaliyyət göstərən briket sexində ekoloji normaların, istehsalat və məişət tullantılarının idarə edilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nın 541-ci maddəsinin tələbini pozduğuna görə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və aparılmış inzibati araşdırma nəticəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nın 541-ci maddəsinin tələbini pozduğuna görə inzibati tənbehvermə haqqında barəsində qərar qəbul edilərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X5 yuxarıda qeyd edilmiş İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Eyni zamanda X5 qeyd olunan qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət də vermişdir. Qeyd edilən şikayət və vəsatət xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsinə daxil olmuşdur. X5 müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza,Ətraf Mühitə və X2 Nəzarət Xidməti tərəfindən aparılan yoxlama zamanı ona hər hansı məlumat verilməmiş,onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş,tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul edilmiş və bu barədə ona hər hansı bir məlumat, qərar və ya bildiriş verilməmişdir. Sözügedən qərardan yalnız Şərur rayon İcra və probasiya şöbəsi tərəfindən bildiriş göndərildikdən sonra məlumatı olmuşdur. Ona görədə şikayət vermək üçün prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza,Ətraf Mühitə və X2 Nəzarət Xidməti xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İnzibati tənbeh vermə barədə qərar qəbul edən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin nümayəndəsi və X4 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, o cümlədən iş materiallarını nəzərdən keçirib hesab edir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza,Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayət verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, qərar xx.xx.2025-ci ildə qəbul olunmuşdur, vəsatət vermiş şəxsin özü tərəfindən təqdim olunmuş poçt zərfindən görsənir ki, sözügedən inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar həmin şəxsə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Həmin vaxtdan sonra isə hər hansı şikayət verilməmişdir. Məhkəmə iclasında verdiyi izahatında isə qərarı aldıqdan sonra hətta müvafiq dövlət qurumuna şikayət etdiyini bildirmişdir. Həmin vaxtdan isə 7 aydan çox müddət keçmişdir. Bununla bağlı məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün heç bir qanuni əsas görmür və vəsatətin rədd olunması nəticəsinə gəlir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” 2019-cu il tarixli iş üzrə qərarında qeyd olunur ki, şəxs məhkəmə iclasına çağırılmasa və dinləmədə onun iştirakı təmin edilməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan müraciətinin nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; - 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; - 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza,Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilməsin.

2. X5 tərəfindən verilmiş vəsatət rədd edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar