Məhkəmə qərarları › İş №3(110)-237/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-237/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-237/2023 16.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Şərur rayon Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayonunda yaşayan Şəxs (FİN: 12CRGLW) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs mülki silahın əldə edilməsi və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahı əldə edərək saxladığına görə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur rayon Polis İdarəsi tərəfindən 14 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs vermiş olduğu izahatında Şərur rayon Siyaqut kəndində özünə məxsus ferması olduğunu, həmin fermanın həyətyanı sahəsində 01 ədəd istifadə olunmayan “VAZ 2105” markalı istifadəyə yararsız avtomobil olduğunu, həmin avtomobili 2016-cı il tarixdə kim olduğunu dəqiq xatırlamadığı bir qohumunun Siyaqut kəndində yerləşən əmisi X1 məxsus “Anadolu” restoranında işçiləri aparıb-gətirmək üçün verdiyini, bir müddət həmin avtomobili istifadə etdikdən sonra tez-tez xarab olduğu üçün istifadə etmədiklərini və həmin avtomobili fermalarının önünə qoyduqlarını, təxminən 1 il bundan əvvəl kəndin icra nümayəndəsinin açıq ərazidə pis görüntü yaratdığı üçün həmin avtomobili fermalarının içərisinə qoymaqlarını istədiyini, onların avtomobili fermanın həyətyanı sahəsinə qoyduqlarını və həmin vaxtdan avtomobilin orada olduğunu bildirdiyini, daha sonra polis əməkdaşlarının onda odlu silah olub-olmamasını soruşduqlarını, polis əməkdaşlarına tir silahının olduğunu bildirdiyini, polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirildiyini, baxış keçirilən zaman tir silahının və 6-7 ədəd güllənin aşkar olunaraq polis əməkdaşları tərəfindən götürüldüyünü, əməlindən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X2 izahatında Şəxs işlətdiyi yanacaq doldurma məntəqəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Şəxs polis əməkdaşları ilə birlikdə yaşadığı evə getdiklərini gördüyünü, bu zaman X4 ilə birllikdə oraya getdiklərini, polis əməkdaşlarının evə baxış keçirdiklərini, onlardan baxış keçirilməsində iştirak etmələrini xahiş etdiklərini, polis əməkdaşlarına etiraz etmədiklərini, baxış keçirilən zaman Şəxs yaşadığı evdən və qarajdan 01 ədəd tir silahının və xeyli sayda patronun aşkar edilərək götürüldüyünü, daha sonra protokol tərtib olunduğunu və onun həmin protokolu oxuduqdan sonra onun üzərinə öz imzasını çəkdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X4 da digər şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, şahidlərin izahatları, eyni zamanda toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Şərur rayon Polis İdarəsi Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də inzibati xəta törətmiş şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs yaşadığı Şərur rayon Siyaqut kəndində yerləşən evinin hamam otağında 01 ədəd tir və həmin tirə məxsus 70 ədəd patron və qarajda xeyli sayda müxtəlif növ patron aşkar edilmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 661 nömrəli ekspert rəyindən görünür ki, 2.1-ci sual üzrə təqdim edilmiş silah Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 5.5 kalibrli, “Torun” markalı “K-101” modelli, “21231” seriya nömrəli, təklüləli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tüfəngidir, odlu silah hesab edilmir. 2.2-ci sual üzrə təqdim olunan “A” qrupu üzrə 12 (on iki) ədəd patrondan 12 (on iki) ədəd patron-12 kalibrli olmaqla, uyğun kalibrə malik yivsiz (hamarlüləli) odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, gilizi zavod üsulu ilə doldurulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Təqdim olunan “A” qrupu üzrə 13 (on üç) ədəd patrondan 01 (bir) ədədi isə zavod üsulu ilə hazırlanmış, yivsiz (hamarlüləli) odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 12 kalibrli, patronunun hissəsidir-gilizidir. Təqdim olunan “B” qrupu üzrə 07 (yeddi) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 36 kalibrli olmaqla, uyğun kalibrli yivsiz (hamarlüləli) odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan aptronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Təqdim edilən 602 (altı yüz iki) ədəd predmet zavod üsulu ilə hazırlanmış, pnevmatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 270 (iki yüz yetmiş) ədədi 5.5 mm kalibrli, 332 (üç yüz otuz iki) ədədi 4.5 mm kalibrli güllələrdir, təyinatı üzrə istifadəyə yararlıdırlar, döyüş sursatı hesab edilmirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur rayon Polis İdarəsində araşdırılan 215 saylı material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002829 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində Şərur rayon Siyaqut kəndində yaşadığı evdən qanunsuz saxlanılan bir ədəd tir silahı və müxtəlif növ sursat aşkar olunmuşdur. Bununlada Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış mülki ov silahı əldə etməklə və saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-43- 12/2-9259/2023 nömrəli məktubundan görünür ki, Şərur rayon Siyaqut kənd sakini Şəxs götürülmüş 01 ədəd tir silahı və 622 ədəd müxtəlif növ patronlar Şərur rayon Polis İdarəsində saxlanılır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; -26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, ondan götürülmüş və Şərur Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan inzibati xətanın bilavasitə premeti olan 01 ədəd tir silahı və 622 ədəd müxtəlif növ patronlar dövlət nəfinə müsadirə edilməklə, inzibati qaydada cərimə edilməlidir . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şərur Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan və törədilmiş inzibati xətanın premeti olan 01 ədəd tir silahı və 622 ədəd müxtəlif növ patronlar müsadirə edilməklə, Şəxs 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası 01 ədəd tir silahı və 622 ədəd müxtəlif növ patronların müsadirə edilməsinə dair hissədə Şərur Rayon Polis İdarəsinə, cəriməyə dair hissədə isə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar