Məhkəmə qərarları › İş №3(110)-237/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-237/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-237/2024 18.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X25 oğlunun katibliyi, Şikayət verən şəxs X10, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X14 və mütəxəssis X3 iştirakları ilə xx.xx.1972-ci ildə Şərur rayon Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Kosacan kəndində qeydiyyatda duran və yaşayan X10 barəsində Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 verdiyi şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X17 şikayətində 2023-cü ilin iyun ayından Şərur rayon Kosacan kənd mərkəzində yerləşən çayxananı işlətdiyini, işlədiyi müddət ərzində çayxananın ətrafında çoxlu ağaclar əkməklə bərabər abadlaşdırma işləri apardığını, 2018-ci ildə Şərur rayon Kosacan kəndində ümumi abadlaşdırma işləri aparılan zaman həmin ərazidən 20-ə yaxın söyüd və tut ağacları kəsildiyini, 16 iyul 2024-cü il tarixdə Kosacan kənd mərkəzinə Naxçıvan MR ETSN əməkdaşları tərəfindən baxış olunduğunu, ondan çayxananın arxa hissəsindən 2 ədəd tut ağaclarının kim tərəfindən kəsildiyini soruşduqlarını, onun əməkdaşlara 2018-ci ildə Kosacan kəndində abadlaşdırma aparılan zaman 20-ə yaxın ağacın kəsildiyini bildirdiyini, həmçinin onun tərəfindən bir neçə ağacın və güllərin əkildiyini və qulluq olunduğunu da göstərdiyini, 09 avqust 2024-cü il tarixdə Naxçıvan MR ETSN xidməti tərəfindən göndərilmiş məktubun ona verildiyini, məktubla tanış olduqda onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2 ədəd tut ağacının kəsilməsinə görə 2000 manat cərimə və yaşıllıqlara dəymiş ziyana görə isə 500 manat pul müəyyən olunaraq ondan tələb olunduğunu, məsələ ilə əlaqədar Naxçıvan MR Ekologiya və X16 qəbulunda olduğunu, onun həmin 2 ədəd tut ağacının tərəfindən deyil, Kosacan kəndində abadlaşdırma işləi aparılan zaman kəsildiyini izah etsə də, buna məhəl qoyulmadığını, Naxçıvan MR ETSN yanında EEƏMTEİNX-nin barəsində olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ona rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edildiyini, buna görə də məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1779395 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən şəxs X17 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında həmin ağacların qeyd etdiyi kimi 2018-ci ildə Şərur rayon Kosacan kəndində ümumi abadlaşdırma işləri aparılan zaman həmin ərazidən 20-ə yaxın söyüd və tut ağacları kəsildiyini, həmin kötüklərin ümimiyyətlə çürüdüyünü, özünün orada heç bir ağac kəsmədiyini, həmin çayçının 2023-cü ilin may ayından başlayaraq fəaliyyətə başladığını, 2024-cü ilin may ayının 31-də isə həmin çayçını X7 notarial qaydada bağladıqları alqı-satqı müqaviləsi əsasında aldığını, aldıqdan sonra onun dam örtüyünü yenilədiyini, əlavə təmir bərpa işləri apardığını, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin əməkdaşlarının 16 iyul 2024-cü il tarixdə onun çay evinə gəldiklərini, orada bəzi çatışmazlıqların olduğunu, onları aradan qaldırmağı ona dediklərini, bu barədə akt tərtib etdiklərini ona dediklərini, həmin aktı imzaladığını, sonradan onun barəsində ağacların kəsilməsinə görə protokol tərtib etdiklərini ona zəng edərək bildirdiklərini, protokolun tərtib olunmasından xəbərinin olmadığını, sonradan isə xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən qanunsuz olaraq onu 2000 (iki min) manat cərimə etdiklərini qeyd edərək məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin nümayəndəsi X21 izahatında 16 iyul 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Şərur rayon Kasacan kəndində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində həmin kənd sakini X17 tərəfindən yaş halda diametri 28.1 - 32 sm və 20.1 - 24 sm olan iki əddəd tut ağacının kəsilərək məhv edildiyi müəyyən edilmiş, onun barəsində X9 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərara uyğun olaraq yaş halda diametri 28.1 - 32 sm və 20.1 - 24 sm olan iki əddəd tut ağacının məhv edilməsi nəticəsində dəymiş ziyanın məbləğinin 500 (beş yüz) manat olması müəyyən olunmuşdur. Ona görə də X10 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən 2000 (iki min) manat məbləğində cərimə olunduğunu qeyd edərək, məhkəmədən şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis Şərur Rayon Regional X24 Mərkəzinin mütəxəssisi X8 izahatında Şərur Rayon Məhkəməsindən daxil olmuş müraciətlə əlaqədar Şərur rayon Kasacan kəndinə getdiyini, həmin kəsilmiş ağacların kötüklərinə baxış keçirdiyini, həmin kötüklərin tut ağacına aid olduğunu, həmin kötüklərin artıq çürüdüyünü müşahidə etdiyini, tut ağacları çox dözümlü ağac olduğundan onların kötüklərinin çürüməsi həmin ağacların yaxın zamaanlarda deyil, bir neçə il əvvəl kəsilməsi qənaətinə gəlməyə əsas verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında 16 iyul 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Şərur rayon Kasacan kəndində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində həmin kənd sakini X17 tərəfindən yaş halda diametri 28.1 - 32 sm və 20.1 - 24 sm olan iki əddəd tut ağacının kəsilərək məhv edildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, onun barəsində X9 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən 2000 (iki min) manat məbləğində cərimə olunduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş: - Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin rəyindən görünür ki, 16 iyul 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Şərur rayon Kasacan kəndində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində həmin kənd sakini X17 tərəfindənağacların kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. İlkin araşdırma zamanı sözügüdən əraziyə baxış keçirilərkən yaş halda diametri 28.1 - 32 sm və 20.1 - 24 sm olan iki əddəd tut ağacının kəsilərək məhv olması aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərara uyğun olaraq yaş halda diametri 28.1 - 32 sm və 20.1 - 24 sm olan iki əddəd tut ağacının məhv edilməsi nəticəsində dəymiş ziyanın məbləğinin 500 (beş yüz) manat olması müəyyən olunmuşdur. - xx.xx.2024-cü il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 rayon Kasacan kəndində 16 iyul 2024-cü il tarixdə meşə fonduna daxil olmayan 2 (iki) ədəd yaş halda diametirləri 32 sm və 22 sm olan tut ağaclarını qanunsuz kəsərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin rəisi X18 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şərur rayon Kosacan kəndində meşə fonduna daxil olmayan ərazidə ağac və kol əkililərini qanunsuz kəsərək inzibati xəta törətmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, X10 mülkiyyətində olan qeyri-yaşayış obyektinin ekoloji ekspertiza rəyi yoxdur və alınması üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmamışdır. Müəsssisədə yaranan çirkab suları Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 295 №li qərarının tələblərinə uyğun olaraq axıdılmır. Müəssisə hal-hazırda fəaliyyət göstəriri, həm də təkrar bərpa işləri aparılarkən və müəssisə rəhbərinin verdiyi şifahi məlumata əsasən iki ədəd tut ağacı dam örtüyünə və divarın satan hissəsinə ziyan verdiyinə görə kəsilib. Tut ağacları yaş halda olmuşdur. Tut ağacının biri 32 sm diametrdə digəri isə 22 sm diametrdə olmuşdur. Fotoşəkillər çəkilərək akta əlavə edilmişdir; - Şərur Rayon Regional X24 Mərkəzinin mütəxəssisi X8 izahatında ərazidə kəsilmiş iki ədəd tut ağacının yeni kəsilməsinə və ya uzun müdət əvvəl kəsilməsinə yerində baxış keçirərkən kəsilən tut ağaclarının uzun müddət bundan əvvəl kəsildiyinin müəyyən olunduğunu, yer səthindən 15-20 sm hündürlükdə qalan gövdə (kötük) hissəsinin artıq çürüməyə meyilli olduğunu, ancaq tut ağacının güclü kök sisteminə malik və uzun ömürlü olduğuna görə onun üçün əlverişli şərait yaranarsa gövdə ətrafından əlavə pöhrə verərək inkişaf etmə ehitamlı ola biləcəyini bildirmişdir. Məhkəmə şikayət verən şəxsin, Xidmətinin nümayəndəsinin və mütəxəsisin izahatlarını iş materiallarına əlavə olunmuş sənədlərlə qarşılıqlı qiymətləndirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidməti X17 tərəfindən Şərur rayon Kosacan kəndində meşə fonduna daxil olmayan ərazidə ağac və kol əkililərini qanunsuz kəsməsi qənaətinə gələrək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən onu 2000 (iki min) manat məbləğində cərimə etmişdir. Məhkəmə iclasında iştirak edən X17 həmin ağacları onun kəsmədiyini bildirmişdir. Eyni zamanda həmin ağacların X17 tərəfindən kəsilməsinə dair iş materialına hər hansı bir sübut əlavə edilməmişdir. Araşdırma zamanı isə müəyyən edilmişdir ki, sözügedən iki ədəd tut ağacları yaxın zamanda deyil bir neçə il əvvəl kəsilmiş, hətta ağacların kötükləri artıq çürümüşdür. Bu isə onu deməyə əsas verir ki, həmin ağaclar X17 tərəfindən kəsilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. -48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; -128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; -134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır; -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilənləri və iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar