Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-24/2023 02.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şərur rayonu, Qaraburc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, müvəqqəti işsiz, Şərur rayonu, Qaraburc kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 2350 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixində saat təxminən 20:00 radələrində həmkəndlisi İxtiyar Əhmədovun ona zəng edərək onu domino oynamağa dəvət etdiyini, onunla razılaşıb Qaraburc kənd mərkəzinə getdiyini həmkəndliləri İxtiyar, Ərəstun, Ramazan və İbrahimlə birlikdə Şərur şəhərində yerləşən “Aqat” restoranına getdiklərini, orada çay içinb domino oynadıqlarını, hesabı uduzanın verəcəyi barədə razılaşdıqlarını, saat təxminən 23:30 radələrində oradan çıxan zaman İxtiyarın hesab bərabər olduğunu bildirdiyini, içdikləri çayın pulunun 6 manat olduğunu, 3 manatını Ərəstunun, 3 manatını isə onun verdiyini, oradan çıxan zaman kağıza baxdıqda oynadıqları domino oyununu onun udduğunu gördüyünü, Ərəstuna onları udduğunu bildirdiyini, Ərəstunun isə udmadıqlarını bildirdiyini, avtomobilə əyləşib yola düşdüklərini, yolda Ərəstunla mübahisə etdiklərini, Kürkənd kəndi ərazisində avtomobildə əlbəyaxa olduqlarını, avtomobildə olan şəxslərin onları aralaşdırdıqlarını, daha sonra Qaraburc kəndində yerləşən evinə getdiyini, 24 yanvar 2023-cü il tarixdə polis əməkdaşlarının onun Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Ərəstunu döymədiyini, sadəcə avtomobildə olarkən əlbəyaxa olduqlarını, onun gözünün avtomobilin hər hansı bir hissəsinə dəyə biləcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində həmkəndlisi Şəxs ona Şərur rayon Qaraburc kəndinin mərkəzində orakən ona “Aqat” restoranına gedib orada domino oynamağı ona təklif etdiyini, onunla razılaşdığını, həmkəndliləri Ramazan, İxtiyar və İbrahimin də onlarla birlikdə getdiklərini, çay içib domino oynadıqdan sonra saat təxminən 23:30 radələrində evə getmək qərarına gəldiklərini, dominoda hesabın bərabər bitdiyini, içdikləri çaylara görə masanın üzərinə 3 manat pul qoyub qalanının siz verin deyərək çölə çıxdığını, bu zaman Meydanın onun yanına gələrək oyunu udduqlarını bildirdiyini, o isə cavabında bərabər olduğunu bildirdiyini, avtomobilə əyləşdikdən sonra mübahisə etməyə başladıqlarını, Kürkənd kəndi ərazisində olan zaman Meydanın əlində saxladığı nə olduğunu bilmədiyi alətlə onun sol gözünü alt hissəsində vurduğunu, 24 yanvar 2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinə gedərək Şəxs şikayətçi olduğunu bildirdiyini, ekspertizadan keçdiyini, Meydanı bağışlamadığını, buna görə də onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X3 izahatında xx.xx.2023-cü il tarixində həmkəndliləri Meydan, İbrahim, İxtiyar və Ərəstunla birlikdə Şərur şəhərində yerləşən “Aqat” restoranəna getdiklərini, orada çay içib domino oynadıqlarını, saat 23:00 radələrində evə getmək qərarına gəldiklərini, İxtiyarın oyunun hesabının bərabər olduğunu bildirdiyini, avtomobilə minib yola düşdüklərini, yolda Ərəstunla Meydanın bir-birlərinə “sən uduzdun” dediklərini, Kürkənd kəndi ərazisində olarkən Meydanla Ərəstunun əlbəyaxa olduqlarını, daha sonra aralaşdırdıqlarını, Meydanın Ərəstunu vurmasını görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilərkən X4 da şahid X1 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı polis leytenentı X5 tərəfindən 24 yanvar 2023-cü il tarixdə Şərur rayon Qaraburc kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli, 67 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözünü ağlı qişasında qansızma, sol gözünü alt nahiyyəsində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 137 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 008970 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 2350 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmişin və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 2350 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-24/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-24/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver