Məhkəmə qərarları › İş №3(110)-240/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-240/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-240/2025 08.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: un sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi orqanın səlahiyyətli kapitanı X3, nümayəndəsi: Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Qanuni nümayəndə: X1 iştirakları ilə xx xxxxxx 2008-ci ildə Şərur rayonunun Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs QİZİNİN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 08 sentyabr 2025-ci il tarixli, 3-13-43-12/2-11939/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 sentyabr 2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayonunun Çomaxtur kəndində qonşusu Zərərçəkmiş şəxs2 döymüşdür. Faktla bağlı Şərur Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 05 sentyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 08 sentyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, X6 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, elə həmin gün baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi izahatında özlərinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə qonşu olduqlarını, Zərərçəkmiş şəxs2gilə gedən su arxının onların həyətindən keçdiyini, hadisə baş verən gün, yəni 25 avqust 2025-ci il tarixdə həyətlərindən keçən su arxının (durbasının) tutulduğunu, Zərərçəkmiş şəxs2 turbanı təmizləmək üçün onların həyətinə gəldiyini və dəfələrlə onları təhqir etdiyini, özünün ondan çıxıb getməsini istədiyini, bir neçə dəqiqə sonra Vəli kişinin arvadı Zərərçəkmiş şəxs1 da hadisə yerinə gəldiyini, bu zaman Vəli kişinin söyüş söyməsi səbəbindən qardaşı Sinanın onunla mübahisə etdiyini, Vəlinin onu dəmirlə vurduğunu, qardaşının onu itələdiyini, qonşuların töküldüyünü, onlar savaşan zaman Vəli kişinin arvadı Sədaqətin də yerdən bir ağac götürərək Sinanı vurmaq istədiyini, bu zaman özünün Sədaqətin əlindən o ağac alaraq yerə atdığını, özünün heç kəsi vurmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi izahatında onların həyətinə gələn suyun qonşusu Zülfiyyəgilin həyətindən keçdiyini, hadisə baş verən zaman su durbasının dolduğunu, açmaq lazım olduğunu, bu məqsədlə onların həyətinə keçdiyini, Zülfiyyəni gördüyünü, Allah bəlanı versin dediyini, o tərəfdən qızının qalxdığını, Zülfiyyənin oğlu Sinanın onun üstünə gəldiyini, ona söyüş söydüyünü, onu yerə yıxıb təpiklədiyini, ayaqladığını, həmin vaxt Sinanın bacısı Sunayın onu vurmadığını, həmin vaxt qonşuların onları araladığını, Sinanın əlindən qaçaraq polisə getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 izahatında hadisədən sonra barışmadıqlarını, özünün Sinandan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi izahatında onların həyətinə gələn suyun qonşusu Zülfiyyəgilin həyətindən keçdiyini, bir neçə il bundan əvvəl Zülfiyəgilin su turbasının yaxınlığında tövlə tikdirdiklərini, durbanın onların həyətinə düşdüyünü, durbanı doldurduqlarını, durbanı açmaq üçün yoldaşı Vəlinin suyun yanına çatanda gedin açın dediklərini, özünün Zülfiyəgilə burda tövlə tikməsəydiniz belə olmazdı dediyini, bu zaman Zülfiyyənin oğlu Sinanın və Sunayın yoldaşına cumduqlarını, bunu qonşuları olan Nəzakət, Aynurə, Nətavan və Həsənin gördüyünü, Sinanın Vəlini yerə yıxaraq döydüyünü, Sunayın da Vəlini döydüyünü, onları camaatın araladığını, Vəli polisə şikayətə getdiyi müddətdə Sinanın ona bıçaq çəkdiyini, bu saat ərinin gələcəyini dediyini, əri gələni kimi onun başını kəsəcəyini dediyini bildirmişdir. Məhkəmə iclasında Şəxsnun barəsində protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X6 verdiyi izahatında şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olduğunu bildirərək, onun barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarının bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunan təsviri (izahatının Zərərçəkmiş şəxs2 Şəxs tərəfindən döyülməsi ilə bağlı hissəsi) məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin izahatları ilə təsdiq olunmur. Bu səbəbdən də məhkəmə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 məhkəmə baxışı iclası zamanı verdiyi izahatının həmin hissəsini mötəbər sübut növü kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 08 sentyabr 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayonunun Çomaxtur kəndində qonşusu Zərərçəkmiş şəxs2 döyərək inzibati xəta (İXM-nin 157-ci maddəsi) törətmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 463 saylı Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ budunda və sağ baldırında sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməllərində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda onun 25 avqust 2025-ci ildə Şərur rayonunun Çomaxtur kəndində qonşusu Zərərçəkmiş şəxs2 döyməsi göstərilmişdir. Protokolun aşağı hissəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adları qeyd edilsə də, onların prosessual statusu (şahid və ya zərərçəkmiş) dəqiq müəyyən edilməmişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dəvət edilsə də, araşdırmalar nəticəsində onun iş üzrə zərərçəkmiş şəxs olmadığı müəyyən olunmuşdur. Protokolda yalnız Zərərçəkmiş şəxs2 qarşı hərəkətlər əks olunduğundan, məhkəmə də işi məhz bu ittiham çərçivəsində araşdırmışdır. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməmiş, hadisə zamanı heç kəsi vurmadığını, əksinə qonşular arasında yaranmış mübahisə zamanı qarşı tərəfin onu və qardaşını təhqir edib zor tətbiq etdiyini, yalnız qarşı tərəfin əlindəki ağacı almağa çalışdığını göstərmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi izahatında Şəxs onu vurmadığını, xəsarətlərin qardaşı Sinanın hərəkətlərindən yarandığını təsdiq etmişdir. Bu izahat hadisənin bilavasitə zərərçəkmişi tərəfindən verildiyindən və məhkəmə iclasında təsdiqləndiyindən inandırıcı hesab olunmuşdur. Zərərçəkmiş şəxs1 izahatı isə digər şahidlərin ifadələri, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahatı ilə ziddiyyət təşkil etdiyindən, onun Şəxs Zərərçəkmiş şəxs2 döyməsi barədə ifadəsi etibarlı sübut kimi qəbul edilməmişdir. İş materiallarına əlavə olunmuş 29 avqust 2025-ci il tarixli, 463 №-li məhkəmə-tibbi ekspertiza rəyində zərərçəkmiş Zərərçəkmiş şəxs2 xəsarət yetirildiyi təsdiq olunsa da, həmin xəsarətlərin məhz Şəxs tərəfindən yetirilməsinə dair etibarlı və qəti sübut təqdim edilməmişdir. Məhkəmə bütün sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X2 yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar