Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-242/2024 06.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şərur rayon Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli 2 uşaq atası, bənna, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Qarxun kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şərur rayon Qarxun kəndində 22 avqust 2024-cü il tarixdə Qarxun kənd sakini Zərərçəkmiş şəxs döyərək fiziki ağrılar yetirmişdir, bununla da, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında 2023-cü ilin dekabr ayında həmkəndlisi Zərərçəkmiş şəxsla onun yaşadığı evi təmir etmək barədə razılığa gəldiklərini, ümumi təmir xərcini 4000 manata razılaşdıqlarını, sonradan onun Zərərçəkmiş şəxs yaşadığı evi təmir etməyə başladığını, 2023-cü ilin dekabr ayında, 2024-cü ilin yanvar və mart aylarında onun yaşadığı evdə işlədiyini, onun gördüyü işin ümumi məbləği təxmini 3000 manat olduğunu, lakin Zərərçəkmiş şəxs tikinti materiallarını vaxtında almamasının onun işini ləngitdiyini, ona görə də onun başqa sifarişlər qəbul etdiyiyini və Zərərçəkmiş şəxs işini yarımçıq sayladığını, eyni zamanda onun 2023-cü ilin sonlarında və 2024-cü ilin əvvəllərində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2400 manat pul aldığını, lakin onun materialları vaxtında almaması, material aldığı zamanlarda onun başqa işlərdə olmağı onunla arasında mübahisələrə səbəb olduğunu, 2024-cü ilin mart ayında onun qardaşı X2 Nəcəfovun evində yarım qalan təmir işlərini görməsi üçün göndərdiyini, Qurban Allahverdiyevin təxmini 650 manatlıq iş gördüyünü, onun Zərərçəkmiş şəxs Qurban Allahverdiyevə pul verməsini xahiş etdiyini, lakin Zərərçəkmiş şəxs Qurban Allahverdiyevə pul vermədiyini, beləcə onunla arasında mübahisələr olduğunu, buna görə də onun Zərərçəkmiş şəxs evində işləməkdən imtina etdiyini, həmin gündən sonra onunla arasında mübahisə olmaması üçün onun Zərərçəkmiş şəxs qarşısına çıxmamağa çalışdığını, 22 avqust 2024-cü il tarixdə onun Şərur şəhərinə getdiyini, Şərur şəhərində olanda Zərərçəkmiş şəxs gördüyünü, lakin onun onu görmədiyini, onun onu görməməsi üçün gizlicə avtomobilə əyləşib yaşadığım evə getdiyini, evə çatdıqdan sonra Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini gördüyünü, onun evə daxil olduğunu və övladı Barış Allahverdiyevə onun evdə olmadığını deməsini tapşırdığını, lakin Zərərçəkmiş şəxs getmək fikrinin olmadığını görüb onun yanına getdiyini, onunla arasında mübahisə olduğunu, onların bir-birinin köynəyinin yaxasından tutduqlarını, onun, ona “gəl gedək işini gör” sözlərini dediyini, onun isə ona onun yaşadığı evdə işləməyəcəyimi bildirdiyini, bu zaman Zərərçəkmiş şəxs başı ilə onu vurmaq istədiyini gördüyünü, buna görə sol dirsəyimi irəli atdığını və sol dirsəyinin onun burun nahiyəsindən dəydiyini, lakin aralarındakı mübahisənin bununla da bitdiyini və onların aralaşdıqlarını, Zərərçəkmiş şəxs avtomobilə əyləşdiyini və getdiyini, təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs övladı yaşadığı evə gəldiyini, qapını döyərək onu çağırdığını, lakin onunla arasında mübahisə olmaması üçün evdən çıxmadığını, sonra polis əməkdaşlarının onu izahat vermək üçün Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında 2023-cü ilin payız aylarında onun yaşadığı evi təmir etdirmək istədiyini, buna görə bənna olan həmkəndlisi Şəxs ilə razılaşdığını, həmin tarixdən sonra onun hissə-hissə olmaqla ilk dəfə 1000 manat, sonra 500, 300, 200, 150, 150 və 100 manat olmaqla ona ümumilikdə 2400 manat pul verdiyini, onların evin təmir qiymətini 4000 manata danışdıqlarını, Şəxs həmin vaxtlarda evi təmir etməyə başladığını və təxminən 10 gün işlədiyini, 2024-cü ilin yanvar və mart aylarında da o, bir neçə gün işlədiyini, lakin Şəxs sonradan evi təmir etməkdən imtina etdiyini və onun hər dəfə müxtəlif bəhanələrlə evi təmir etməyi gecikdirdiyini, hətta Şəxs 2024-cü ilin yaz aylarında Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyini, onun uzun müddətdir ki, ondan ona verdiyi pulu qaytarmasını tələb etmək üçün onu axtardığını, çünki onun artıq başqa bir bənna ilə razılaşdığını və hal-hazırda yaşadığı evi təmir etdirdiyini, 22 avqust 2024-cü il tarixdə saat 11:00 radələrində onun Şəxs yaşadığı evə getdiyini, onun övladının evdən çıxdığını və onun ondan atasının harada olduğunu soruşduğunu, onun, atasının evdə olmadığını dediyini, onun onunla söhbət edən zaman Şəxs evin pəncərəsindən həyətyanı sahəyə düşdüyünü və ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, onun ondan nəzakətli danışmasını tələb etdiyini, bu zaman Şəxs onun yanına gəldiyini və əvvəlcə başı ilə onun burun nahiyəsindən vurduğunu, sonra onun boğaz nahiyəsindən tutduğunu, onun da həmin vaxt onun köynəyindən tutduğunu, bu zaman Şəxs övladına “get evdən bıçaq gətir” sözlərini dediyini, bu vaxt kim olduğunu xatırlamadığı şəxsin gəldiyini və onları aralaşdırdığını, onun avtomobilə əyləşib Şərur Rayon Polis İdarəsinə gələrək onun barəsində şikayətçi olduğunu, onu bağışlamadığını qeyd edərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 89 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşağıdakı xəsarətlər: burun sümüklərinin yerdəyişməsinin sınığı, burun kökündə qançır və yara, boynunda sıyrıq küt mexanizmdən, bərk küt əşyanın-əşyaların təsirindən törənmişlər, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, şərur rayon Qarxun kənd sakini Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı toplanmış mayterial üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Qarxun kəndində 22 avqust 2024-cü il tarixdə Qarxun kənd sakini Zərərçəkmiş şəxs döyərək fiziki ağrılar yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Şərur rayon Qarxun kəndində 22 avqust 2024-cü il tarixdə Qarxun kənd sakini Zərərçəkmiş şəxs döyərək fiziki ağrılar yetirmişdir, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti halı, məsuliyyəti yüngülləşdirən halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-242/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-242/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver