Məhkəmə qərarları › İş №3(110)-243/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-243/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-243/2025 08.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Şərur rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq anası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış Şərur rayonu, Danyeri kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yanyınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında Şərur Rayon Məhkəməsinin 2(110)- 729/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X1 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X9, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmasına dair cavabdeh Şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qət edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin göndərildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclunun icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, Sabir adlı uşağın atasının yaşadığı evə getməkdən imtina etdiyini, bunu dəfələrlə müşahidə etdiklərini, borclunun ünvanına gedərkən isə onun evdə olmadığını, telefon vasitəsi ilə danışdıqlarını,telefonda danışan zaman borclunun uşağın atası ilə görüşmək istəmədiyini dediyi bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X7 ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X9, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmasına dair qətnamə qəbul edildiyini, böyük övladı Onurun məhkəmə qətnaməsinə əsasən atasına verildiyini, digər uşağı Mədətin isə atası ilə özbaşına evi tərk edərək yaşadığını və hazırda onunla yaşayan Sabir adlı uşağının isə hazırda onunla yaşadığını bildirdi. Uşaqlarının heç birinə ataları ilə görüşmələrinə təsir etmədiyini,atasının isə əksinə onda olan uşaqlarla onun görüşməsinə imkan vermədiyini,aliment ödəmədiyini qeyd etdi. Növbəti şənbə günü onunla yaşayan oğlu Sabiri mütləq şəkildə İcra və probasiya şöbəsinə gətirəcəyini görüşə hər hansı maneə yaratmayacağını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X7 izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X9, xx.xx.2013-cü il tarixdə doğulmuş X2 onunla yaşadıqlarını və hazırda anası ilə yaşayan xx.xx.2017-ci il tarixdə doğulmuş X6 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək ünsiyyətdə olmasına dair məhkəmə qətnaməsi olduğunu, lakin normal görüşüb-ünsiyyətdə ola bilmədiyini, Şəxs buna mane olduğunu, Sabirin onun evinə gəlməkdən imtina etdiyini, Şəxs cəzalandırılmasını istəmədiyini, sadəcə uşaqları ilə normal şəkildə görüşüb ünsiyyətdə olmaq istədiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(110)-729/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı X1 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X9, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmasına dair cavabdeh Şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Şərur Rayon Məhkəməsinin 3(110)-31/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki inzibati xətaya dair iş üzrə borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halları müəyyən edilmir. Ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 53,105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar