Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-244/2023 22.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1955-ci ildə Şərur rayonu Zeyvə kəndində doğulmuş, subay, 2 uşaqlı, orta ixtisas təhsilli, pensiyaçı, Şərur rayonu Kürçülü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Kürçülü kəndində yerləşən həyətində Zərərçəkmiş şəxs şəxsi münasibət zəmində sağ əlinin 3-cü barmağına küt alətlə vurmaqla qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırması zamanı şəxsin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, özünün və zərəçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında və verilmiş suallara cavabında, 2010-cu ildə əri X3 boşandığını, ərinin 2013-cü ildə Zərərçəkmiş şəxs ilə evləndiyini, 2020-ci ildə Afətin vəfat etdiyini, Afət vəfat edəndən sonra Ruhiyyə ilə Afətin evinin kimə məxsus olması barədə davamlı mübahisələri olduğundan münasibətlərin pozulduğunu, xx.xx.2023-cü il tarixdə həyətdə ketmanla işlədiyini, bu zaman Ruhiyyənin həyətə gəldiyini, maşından düşüb həyətə daxil olaraq onu söyməyə başladığını, onun əkdiyi pomidor kollarını yolmağa başladığını, Ruhiyyənin “Yaxşı edirəm buralar mənimdi” dediyini, onun da Ruhiyyəyə torpağın ona aid olmadığını dediyini, mane olmaq istəyərkən Ruhiyyənin onu itələdiyini, yerə yıxılan zaman da əlindəki kitmanın Ruhiyyənin əlinə dəydiyini, Ruhiyyənin yalan danışdığını, özünün 68 yaşı olduğunu və güclə ayaq üstə durduğunu, Ruhiyyənin onu itələyək yıxdığını, xəsarət almasına baxmayaraq ondan şikayət etmədiyini bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs X4 izahatında və verilmiş suallara cavabında 2013-cü ildə X5 ilə ailə həyatı quraraq Kürçülü kəndində yaşamağa başladığını, Afətə məxsus olan evin 2014-cü ildə keçmiş arvadı Şəxs ilə aralarında bölündüyünü, Həbibənin həmin payda yaşadığını, xx.xx.2020-ci il tarixdə əri Afətin vəfat etdiyini, həmin vaxtdan da Həbibə ilə münasibətlərinin pisləşdiyini, haliyyədə Şərur şəhərində atası evində yaşadığını, xx.xx.2023-cü il tarixdə Şəxs ona aid olan həyətyanı sahədə əkin-biçin işləri ilə məşğul olduğunu, ona iradını bildirdiyi zaman Həbibənin ona yaxşı eləmişəm dediyini, onun da orda əkilmiş pomidor kollarını yolmağa başladığını, Həbibə onu kitmanla vurmaq istədiyi zaman əlini qabağa verdiyini, kitmanın əlinə dəyərək ona xəsarət yetirdiyini, suallara cavabında polis idarəsinə vaxtında müraciət etdiyini, 11 iyulda şikayətinə baxılmadığını, sonradan yenidən Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirərək, onun barəsində qanunda nəzərdə tutulan tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli 1149 №-li rəyindən görünür ki, X2 bədən səhti üzərində aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi müəyyən edilmir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs zərərçəkən Zərərçəkmiş şəxs döyməsi sübuta yetməmişdir. Bunu da qeyd etmək lazımdır ki, zərəçəkənə yetirilən xəsarətinin müəyyən edilməsi üçün təyin edilən ekspertiza keçirilməsi barədə qərar hadisə baş verdiyi gündən 42 gün sonra qəbul edilmiş, verilən ekspet rəyində isə xəsarətin dərəcəsi və yetirilmə anı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-244/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-244/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver