Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-246/2023 26.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şərur rayon Ələkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şərur rayon Ələkli kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi İbadulla Polis bölməsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Ələkli kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs Rəşad oğlu izahatında Şərur rayon Ələkli kəndində yaşadığını, 2013-cü ildən bəri Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, himayələrində iki övladının olduğunu, 21 avqust 2023-cü il tarixdə onun işdən çıxıb özünə məxsus evə getdiyini, evə çatan zaman həyat yoldaşının anası Natəvan Səfərovanın yaşadığı evə getmək istədiyini bildirdiyini, özünün isə buna razı olmadığını, bu zaman həyat yoldaşının anası X2 Həsənovaya zəng etdiyini, onun isə anasına onlara gələ bilməyəcəyini bildirdiyini, daha sonra həyat yoldaşının ona “məni niyə qoymursan anamın evinə gedim. Sən niyə belə edirsən?” sözlərini dediyini, özünün bu sözlərdən sonra hirslənərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vurduğunu, daha sonra onun qolundan tutub kənara çəkdiyini, daha sonra evdən çıxıb mağazaya tərəf getdiyini, evə qayıdanda qayınanası Natəvan Səfərova və qayınatası Fəxrəddin Səfərovun onların həyətlərində olduğunu və qızının bütün yüklərinin qayınatası Fəxrəddin Səfərova məxsus “mersedes” markalı avtomobilə yığdıqlarını gördüyünü, daha sonra onların həyat yoldaşı Zərərçəkmiş şəxs onların evindən apardığını, 1 gün sonra onun Şərur Rayon Polis İdarəsi İbadulla PB-ə dəvət edildiyini, tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, onu bağışlamasını istədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon ələkli kəndində yaşadığını, xx.xx.2013-cü il tarixdə Şərur rayon Ələkli kənd sakini Şəxs Rəşad oğlu ilə ailə həyatı qurduğunu, himayələrində iki övladının olduğunu, 21 avqust 2023-ci il tarixdə həyat yoldaşına səhər saatlarında atası Fəxrəddin Səfərovun “əshabi-Kəhf” ziyarətinə gedəcəyini və onu da dəvət edtiklərini bildirdiyini və bu barədə ondan icazə aldığını, onun isə icazə vermədiyini, özünün də bu barədə artıq heç nə demədiyini, daha sonra həyat yoldaşının evdən çıxıb işə getdiyini, həmin gün təxminən 18:00 radələrində həyat yoldaşının evə qayıtdığını və onun içkili olduğunu anladığını, ona dişinin ağrıdığını, sabah onu diş həkiminə aparmaığını bildirdiyini, onun isə ona “Stansiya Daşarx get düzələrsən” dediyini, daha sonra onlar arasında olan köhnə söhbətləri açdığını və atası haqqında mənfi sözlər danışdığını, onunda ona “nə üçün bizə pul lazım olanda atamdan alırıq” dediyini, daha sonra onlar arasında mübahisə yarandığını və onun ayağa duraraq onun sifət nahiyyəsindən yumruqla vurduğunu və qolundan tutaraq onu kənara itələdiyini, daha sonra onun evdən çıxaraq harasa getdiyini, onun dərhal qızı Dilarə Həsənovanı qonşularına göndərdiyini, oradan atası Fəxrəddin Səfərova zəng etməsini bildirdiyini, daha sonra atası Fəxrəddin Həsənovun və anarı Natəvan Səfərovanın onların evinə gəldiyini, onun orada əşyalarını yığışdırıb getmək istəyəndə həyat yoldaşı Şəxs həyətə daxil olduğunu və onun atası ilə getməyinə maneəçilik törətsə də onların atası Fəxrəddin Səfərova məxsus “Mercedes” markalı avtomobil ilə ona məxsus Şərur rayon Stansiya Daşarx kəndində yerləşən evə gəldiklərini, onun barəsində polisə şikayət ərizəsi verdiyini, daha sonra onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Röyalla barışmadığını, ondan şikayətçi olduğunu, onun cəzalanmasını istədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 23 avqust 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı tərəfindən 23 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 23 avqust 2023-cü il tarixli, 1168 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – sol sifət nahiyyəsində və döş qəfəsində sıyrıqlar sağ bazu nahiyyəsində qançır küt mexanizmdən, bər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 05 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İbadulla Polis bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009289 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Ələkli kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Ələkli kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4- cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-246/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-246/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver