Məhkəmə qərarları › İş №3(110)-247/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-247/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-247/2023 26.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Muğanlı kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə Şərur rayon Alışar kəndində yerləşən evində olan zaman Zərərçəkmiş şəxs ona zəng edərək ona qarşı nalayiq ifadələr işlətdiyini, oğlu Asimin əməkhaqqısını niyə vermədiyini soruşduğunu, cavabında bu həftə mal bazarına gedə bilmədiyini, ona görə də, pulunun olmadığını, oğlunun pulunu gələn həftə verəcəyini bildirdiyini, daha sonra Bəxtiyarın onu qəbirstanlığın yanına dəvət etdiyini, özünə məxsus motosikletə əyləşərək həmin yerə getdiyini, Bəxtiyarın ondan sonra oraya gəldiyini, ona qarşı nalayiq ifadələr işlədərək “oğlumun pulunu niyə vermirsən?” dediyini, cavabında pulunun olmadığını, 25 manatı gələn həftə verəcəyini bildirdiyini, bundan sonra Bəxtiyarın onun yaxasından tutduğunu və ona “səni öldürərəm” dediyini, ondan qurtulmaq üçün onu itələdiyini və oradan uzaqlaşıb öz evinə getdiyini, Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir . Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Muğanlı kəndində yaşadığını, Şərur rayon Alışar kənd sakini X1 onun oğlu X2 günəmuzd işlətdiyini, lakin onun əmək haqqını vermədiyini, onun da 22 avqust 2023-cü il tarixdə səhər saatlarında Məmmədəli Məmmədova zəng etdiyini və oğlunun əmək haqqını verməsini tələb etdiyini, onun isə onu Alışar- Muğanlı kənd qəbiristanlığının yaxınlığına dəvət etdiyini və oğlunun əmək haqqını ödəyəcəyini bildirdiyini, onun həmin ünvana getdiyini, ora çatanda üzərinə onun idarə etdiyi motosikleti sürdüyünü, onun kənara çəkildiyini, sonra motosikletdən düşərək onu təhqir etməyə başladığını, daha sonra onun yaxasından tutaraq onu itələdiyini, yenidən onun boğaz nahiyəsindən yapışaraq onu boğmağa çalışdığını, yumruqla onun göz nahiyəsinə zərbə endirdiyini, əlindən qurtulmaq istəyəndə əli ilə itələyib yerə yıxdığını, bu zaman qışqıraraq ətrafdan kömək istədiyini, onun bundan qorxaraq oradan qaçdığını, daha sonra oğlu Asim Hüseynovun onun yanına gəldiyini və ondan nələr baş verdiyini soruşduğunu, olanları ona danışdığını, olanları ona danışdığını və bu sözlərindən sonra oğlunun Məmmədəli Məmmədovun arxasınca getmək istədiyini, lakin buna imkan vermədiyini, daha sonra Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Məhəmmədəli ilə birlikdə onların həyətində işlədiklərini, bu zaman Məhəmmədəliyə zəng gəldiyini, zəng vuranın Bəxtiyar olduğunu, Məhəmmədəlidən onun oğluna borclu olduğu 25 manat pulu istədiyini, Məhəmmədəlinin ona bazar günü heyvan satıb ödəyəcəyini bildirdiyini, aralarında mübahisə olduğunu, Bəxtiyarın Məhəmmədəlini qəbirstanlığa çağırdığını, Məhəmmədəlinin evinin qəbirstanlığın yaxınlığında yerləşdiyini, onun çölə çıxdığını, özünün həyətdə qaldığını, çıxmadığını, onların öz aralarında uca səslə danışdıqlarını, Məhəmmədəlinin Bəxtiyarı döyməsi barədə məlumatının olmadığını bildirmişdir İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı tərəfindən 23 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 23 avqust 2023-cü il tarixli, 1159 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət sağ gözündə qan sızma küt mexanizmdən, bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi AbMəmmədov Ruslan Etibar oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002849 saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə Muğanlı kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(110)-85/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Muğanlı kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar