Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-249/2024 26.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1995-ci ildə Şərur rayon Axaməd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaqlı, orta təhsilli, Axaməd kənd İƏDN-də bağban işləyən, Şərur rayon Axaməd kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Axaməd kənd sakini Şəxs barəsində protokol tərtib olunub ondan ötrü ki, o xx.xx.2024-cü il tarixdə Şərur rayon Axaməd kənd sakini Zərərçəkmiş şəxs məxsusu kamneranın kabelini kəsmişdir, bununla da o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırması zamanı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında yodaşı ilə ayrıldığını, bir uşağı ilə birlikdə Axaməd kəndində yaşadığını, həmin kəndə heç kimlə heç bir probleminin olmadığını, sadəcə Zərərçəkmiş şəxs ilə problemlərinin olduğunu, onlarda nə problem olursa hamısını ondan bildiklərini, onun pəncərənin şüşəsinin qırıldığını, bunu onun etdiyini dediklərini, sonra Qasımov Ələkbərin öz həyətinə kamera çəkdirdiyini, kameranı onun həyətini çəkəcək şəkildə yerləşdirdiyini, bu barədə polisə məlumat verdiyini, polislər Qasımov Ələkbərdən kameranı aşağı endirməsini tələb etsə də onun heç bir addım atmadığını, kameranın onun həyətini çəkməsini istəmədiyini, onun şəxsi həyatı ilə çox maraqlandıqlarını, aralarındakı mübahislərin səbəbi onun qızını xalasının oğlunun boşaması olduğunu, Ələsgərin qızının onun şəkillərini gizli çəkdiyini, onların kamerasının kabelini kəsmədiyini, kimin kəsməsi barədə məlumatının olmadığını, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etdiyini bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs izahatında Sona ilə aralarında mübahisələrdən sonra bu barədə polisə bildirdiyini, polislərin həyətinə kamera çəkməyini bildirdiklərini, onun da borc-xərc ilə həyətinə kamera çəkdirdiyini, bir gündən sonra Sonanın kameranın onun həyətini çəkdiyini bildirdiyini, kameranı öz həyətinə tərəf çevirdiyini, lakin sonra Sonanın kameranın kabelini kəsdiyini, onun kabeli kəsdiyini görmədiyini, lakin başqa şübhələndiyi şəxsin də olmadığını, buna görə Şərur RPİ-yə gedib şikayət etdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 930 saylı ekspert rəyindən görünür ki, üzərində marakalanma göstəricisi olmayan, üstündə boz rəngli rezin izolyasiyalı, alt qatda metal örtüklü olub, hər biri ayrılıqda izolyasiya olmuş, 3 damarlı ümumi diametri 5 mm olan 50 metr uzunluğundan kabelin istifadəyə olunmasını nəzərə alaraq 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 25 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, məhkəmə araşdırması zamanı şəxsin inzibati xətanın törədilməsi ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Həmçinin şəxs qeyd olunan əməli törətmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, o inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-249/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-249/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver