Məhkəmə qərarları › İş №3(110)-25/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-25/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-25/2021 18.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx xxxx 2021-ci il tarixdə saat 23:00 radələrində Şərur rayon Dərəkənd mərkəzində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXMnın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixdə çərşənbə axşamı ilə əlaqədar dostları ilə pivə içdiyini, pivə içdikdən sonra kənd mərkəzində yanan tonqalın başına getdiyini, saat təxminən 23:00 radələrinə qədər orada olduğunu, bu zaman sahə müvəkkilinin köməkçisi Elvin adlı polis əməkdaşının ona yaxınlaşdığını, “onlara artıq gecdir, evinizə dağılışın” dediyini, sərxoş olduğu üçün onun qanuni tələbinə tabe olmadığını, sonra polis əməkdaşının onu polis şöbəsinə dəvət etdiyini, üzərində şəxsi axtarış keçirildiyini, tibbi müayinə olunduğunu, sərxoş olmasının müəyyən olunduğunu, tutduğu əməldən peşman olduğunu, Novruz bayramında ailəsinin yanında olmaq istədiyini, xx xxxx 2021-ci il tarixdə ailə quracağını bildirərək, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, 2014-cü ildən DİO-da xidmət etdiyini, 2016-cı ildən bəri Şərur rayon Polis şöbəsində polis nəfəri işlədiyini, xx xxxx 2021-ci il tarixdə Şərur rayon Dərəkənd ərazisində xidmət edən zaman saat 23:00 radələrində kənd mərkəzinə tərəf getdiyini, orada tonqal yandırıldığını, gec olduğu üçün orada olan Şəxs “tonqalı söndürün, evinizə gedin” dediyini, bu zaman Şəxs onun qanuni tələbinə tabe olmayaraq oradan uzaqlaşmaq isəmədiyini, buna görə də həmin şəxsi Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini və barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə bayramla əlaqədar Şərur rayon Dərəkənd kəndinə təhkim olunduğunu, sahə inspektoru X1 ona zəng edərək Şərur rayon Dərəkənd sakini Şəxs səs-küy salaraq nizam-intizama tabe olmadığını bildirdiyini, həmin yerə yaxınlaşaraq Şəxs nizam-intizama dəvət etdiyini, buna baxmayaraq həmin şəxsin öz hərəktlərinə davam etdridiyini, daha sonra həmin şəxsi Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini və barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin ifadələrini və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:00 radələrində Şərur rayon Dərəkənd kənd mərkəzində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş 0080 saylı inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 2330-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxx 2021-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərində hər hansı bir predmet aşkar edilməmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli 40 saylı alkoqolun qəbulu və sərxoşluq halını təyin edən tibbi müayinə protokoldan görünür ki Şəxs spirtli içki qəbul etmiş və alkoqolun sərxoşluğu yüngül dərəcə qeyd edilmişdir İş materialında olan xx.xx.2021-ci il tarixli 010053 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:00 radələrində Şərur rayon Dərəkənd mərkəzində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda inzibati xəta törətmiş şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar