Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-25/2023 03.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X5 və Şərur rayon Prokurorunun böyük köməkçisi X6 iştirakı ilə, xx.xx.2006-cı ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat Şərur şəhəri, K.Seyidov küçəsində səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı və ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə dostu X9 ilə ona məxsus olan “İphone 13” markalı telefonunu Naxçıvan şəhər sakini Ziya adlı şəxslə onda olan “Samsung A50” markalı telefonu Naxçıvan şəhərində dəyişdirdiklərini, təxminən 4 saat keçdikdən sonra həmin şəxsin dostu Fəridə zəng vuraraq telefonun şəbəkə problemi olduğunu və qaytarmaq istədiyini bildirdiyini, həmin şəxsə gətir Şərur şəhərində dəyişək dediklərini, sonra başqa bir şəxsin zəng vuraraq taksi sürücüsü olduğunu, Ziyanın onu telefonları dəyişmək üçün göndərdiyini bildirdiyini, həmin taksi sürücüsü ilə ət bazarının qarşısında görüşdüklərini, taksi sürücüsünə telefonunun heç bir problemi olmadığını, dəyişə bilməyəcəyini söylədiyini, sonra Ziya adlı şəxslə telefonda danışdığını, ona telefona format verdiyi üçün işləmədəyini bildirdiyini, bu zaman aralarında mübahisə yarandığını, ucadan danışıb nalayiq ifadələr işlətməyə başladığını, bu zaman Şərur şəhər sakini X7 onlara yaxınlaşaraq, taksi sürücüsünə sən taksi sürücüsən, sənə aidiyyəti yoxdur, sən get” dediyini, avtomobilin hərəkətə başlaması ilə Fəridin avtomobilə təpik və qolundakı saatla vurduğunu gördüyünü, özünün də uca səslə alayiq ifadələr işlətdiyini, sonra polis əməkdaşlarının gələrək onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, izahatlarının alındığını, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən çox peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X11 izahatında və verilən suallara cavabında izahatında Nizaminin sakit təbiətli olduğunu, onun bu günə qədər belə hadisələrə qarışmadığını, məktəbdə və yoldaşları arasında problem yaşamadığını, bundan sonra bu kimi hadisəlğrə yol verilməməsi üşün onunla daha ciddi şəkildə maraqlanacağını qeyd edərək, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şərur rayon Prokurorunun böyük köməkçisi X12 yetkinlik çatmayan şəxs barəsində tərtib inzibati xəta haqqında materialın qununvericiliyə uyğun tərtib olunduğunu, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılan şəxsin qanuni nümayəndəsinin dediyinə görə də, onun təhsil aldığı məktəbdə və dostları arasında müsbət xarakterizə olunduğunu, qərar qəbul edilərkən onun ilk dəfə inzibati xəta törətməsini, yetkinlik yaşına çatmamasını nəzərə alaraq, onun yüngül tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə qonşusu Ziya adlı şəxsin zəng vuraraq Şərur şəhərində telefon olduğunu, gedib həmin telefonu götürməsini istədiyini, dostu Oktay adlı şəxslə Şərur şəhərinə gələrək ət bazarının yanında telefonu alacağı şəxslərlə görüşdüklərini, həmin şəxslərin telefonu qaytarmayacaqlarını bildirdiklərini, Ziyaya zəng vuraraq onların telefonu qaytarmadıqlarını bildirdiyini, sonra Naxçıvan şəhərinə qayıdan zaman Kəngərli rayonu ərazisinə çatan zaman Ziyanın ona zəng vurub həmin şəxslərlə danışdığını, telefonu qaytaracaqlarını bildirdiyini, yenidən Şərur şəhərinə qayıdıb ət bazarının yanına həmin şəxslərlə görüşdüklərini, telefonları dəyişdirdiklərini, bu zaman tanımadığı iki nəfər şəxsin onların yanına gəldiyini, onları kənara çəkdiklərini, sözlü mübahisə etdiklərini, onlara qarşı xuliqanlıq hərəkətləri etdiklərini, onlarla savaşmaq niyyətlərinin olmadığını, avtomobilə əyləşib oradan uzaqlaşdıqlarını bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilərkən X13 da şahid X1 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir İş materiallarına əlavə olunmuş Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının xx.xx.2016-cı il tarixli 21 nömrəli qərarının surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Yusifov X3 İlqar Əli oğlunun qəyyumluğuna və himayəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 008973 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat Şərur şəhəri, K.Seyidov küçəsində səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5 maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halı və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilməli, lakin o yetkinlik yaşına çatmadığından və müstəqil qazancı olmadığından, inzibati cərimə onun qanuni nümayəndəsi X2 alınaraq dövlət nəfinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xəta törətmiş Şəxs yetkinlik yaşına çatmadığından və müstəqil qazancı olmadığından, inzibati cərimə onun qanuni nümayəndəsi X2 alınaraq dövlət nəfinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-25/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-25/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver