Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-25/2024 30.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X1 və Şərur rayon prokurorunun böyük köməkçisi X3 iştirakı ilə, xx.xx.2006-cı ildə Şərur rayon Babəki kəndində doğulmuş, azyaşlı, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şərur rayon Çərçiboğan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Babəki kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Şərur rayon Çərçiboğan kəndində, Dərvişlər kəndində və Çomaxtur kəndində xx.xx.2023-cü il tarixdə xırda talama etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında 15 dekabr 2023-cü il tarixində dostu Emilin ona zəng edərək iş olduğunu, axşam saatlarında gedəcəklərini dediyini, həmçinin Nuhuna zəng edərək ona dəmir gətirəcəklərini, ondan at arabasını aldığını, Emillə birlikdə Şərur rayon Dərvişlər kəndinə kartof daşımağa getdiklərini, Emilin telefonla daçışdıqdan sonra işin alınmadığını dediyini, qayıtdıqları zaman yol kənarında su borusu gördüklərini, borunun arxdan kənara qoyulduğunu, buna görə də onların həmin borunun istifadəyə yararsız olduğunu düşündüklərini, borunu götürüb at arabasına yerləşdirdiklərini, borunu at arabasına yerləşdirdikdən sonra hərəkət etməyə başladıqlarını, lakin arxalarında bir avtomobilin gəldiyini görüb şübhələndiklərini və at arabasını yolun kənarında saxlayıb arabadan uzaqlaşdıqlarını, həmçinin bir neçə gün əvvəl Emil və Eltun ilə birlikdə Şərur rayon Çərçiboğan kəndi ərazisindən istifadəyə yararsız olduğunu düçündükləri artezian borusu və su boçkası götürüb Şərur rayon Aralıq kənd sakini Nuhun adlı şəxsə satdıqlarını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X4 izahatında və verilən suallara cavabında Sənanın sakit təbiətli olduğunu, yoldaşları arasında müsbət xarakterizə olunduğunu, onun əvvəllər belə hadisələrə qarışmadığını, onun niyə belə bir hərəkət etdiyini başa düşmədiyini, bundan sonra bu kimi hərəkətlərə yol verilməməsi üçün onunla daha ciddi şəkildə maraqlanacağını qeyd edərək, məhkəmədən oğluna yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 izahatında və verilən suallara cavabında təxminən 3 il əvvəl 4 metr uzunluğunda, diametri 30 sm olan, dəmir materialdan hazırlanmış su borusu əldə etdiyini, həmin boru üçün 48 manat pul ödədiyini, borunu özünə məxsus çöl sahəsinin yanında, su arxına qoyduğunu, təxminən 15 gün əvvəl borunu arxdan çıxarıb arxın kənarına qoyduğunu, çünki arxı yenidən qazdığını, 15 dekabr 2023cü il tarixində axşam saatlarında oğlu Amil İbrahimovun ona zəng etdiyini və ona borunu naməlum şəxslərin oğurladığını, onun həmin şəxsləri tuta bilmədiyini bildirdiyini və ona onların qarşısını almağı tapşırdığını, onun həmin vaxt çayxanada olduğunu, çayxanadan çıxsa da onların qarşısını ala bilmədiyini, buna görə də avtomobilə minib həmin at arabasının arxası ilə getdiyini, Şərur rayon Yengicə kəndi ərazisində həmin şəxslərin at arabasını saxlayıb qaçdıqlarını, ona məxsus borunun da at arabasının üzərində olduğunu, ona məxsus su borusunu götürdüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 izahatında və verilən suallara cavabında 16 dekabr 2023-cü il tarixində günorta saatlarında Şərur rayon Çərçiboğan kənd sakini X5 onun mobil telefonuna zəng edərək Şərur rayon Çərçiboğan kəndi ərazisində çöllük ərazidə olan artezian quyusuna aid 01 ədəd 10 metr uzunluğunda, diametri 80 millimetr olan borunun oğurlandığını bildirdiyini, onun dərhal Çərçiboğan kəndi ərazisində xidmət edən sahə rəisi Uğur Səlimzadəyə mobil telefon vasitəsi ilə zəng edərək, oğurluq məlumatı barədə ona məlumat verdiyini, araşdırma nəticəsində həmin borunun Sənan, Emil və Eltun adlı şəxslərin apardıqlarının müəyyən olunduğunu, həmin su borusunun tapılıb gətirib yerinə qoyulduğunu, məhkəmədən onlar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 izahatında və verilən suallara cavabında uzun müddət əvvəl öz istifadəsi üçün 1 metr hündürlüyündə, həcmi təxminən 1 metr diametrində olan, dəmir materialdan hazırlanmış su çəni əldə etdiyini, həmin çəni üçün o vaxt ödədiyi məbləği xatırlamadığımını, çəni özünə məxsus çöl sahəsinin yanına qoyduğunu, 18 dekabr 2023-cü il tarixində günorta saatlarında həmin çöl sahəsinə getdiyini, bu zaman həmin boçkanın yerində olmadığını görüdüyünü, sonra bu barədə ərizə ilə polis orqanlarına müraciət etdiyini, polis əməkdaşları tərəfindən tapılan çənin ona aid olmadığını, tapılan çənin balaca olduğunu, onun çəninin isə 1 metr hündürlüyündə minlik borudan ibarət olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında və verilən suallara cavabında uzun müddətdir ki, at saxladığını, özünə məxsus at arabası olduğunu, onunla müxtəlif yük daşımaları həyata keçirib qazanc əldə etdiyini, 14 dekabr 2023-cü il tarixində saat 22:30 radələrində əvvəlcədən tanıdığım, Şərur rayon Çərçiboğan kənd sakini Emil adlı şəxsin onun mobil telefonuna zəng etdiyini və ondan yaşadığı evdən məhəlləyə çıxmağını xahiş etdiyini, onun ona məhəllədə olduğunu bildirdiyini, onun yanına getdiyini, Emilin əlavə iki nəfərlə birlikdə at arabası ilə yaşadığı evə gəldiklərini, at arabasında təxminən 10 metr uzunluğunda artezian borusu və iri su boçkasının olduğunu, Emilin ona həmin dəmir materialları satmaq istədiyini bildirdiyini, onun artezian borusunu görüb Emilgilin həmin borunu və su boçkasını oğurlamalarında şübhələnib onları almaqdan imtina etdiyini, lakin Emilin ona borunun istifadəyə yararsız olduğunu, su arxının içinə atıldığını bildirdiyini, ona inanıb borunu və su boçkasını almağa razılıq verdiyini, onun dəmir borunun və su boçkasının çəkisini ölçdüyünü, çəkisinə uyğun olaraq 24 manat pulu Emilə verdiyini, bir gün sonra saat 18:00 radələrində Emil və Sənan adlı şəxsin yaşadığı evə gəldiyini, ona anbardan kartof daşıyacaqlarını bildirdiyini, buna görə də onun atını və arabasını istədiklərini, onlara olan münasibətinə görə atını və arabasını onlara verdiyini, Emildən aldığı su boçkasını həmkəndlisi Əli adlı şəxsə satdığını, onun əldə etdiyi digər dəmir parçaları ilə birlikdə satdığından su boçkasının dəqiq satış qiymətini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şərur rayon prokurorunun böyük köməkçisi X9 yetkinlik çatmayan şəxs barəsində tərtib inzibati xəta haqqında materialın qununvericiliyə uyğun tərtib olunduğunu, məhkəmə iclasında Şəxs həqiqətəndə xırda talama əməlini törətməsini səmimi etiraf etdiyini, əməlindən çox peşman olduğunun şahidi olduğunu, əvvəllər belə hadisələrə qarışmadığını, dostları arasında müsbət xarakterizə olunduğunu, ilk dəfə inzibati xəta törətməsini, yetkinlik yaşına çatmamasını nəzərə alaraq, onun barəsində qanuna müvafiq qərar çıxarılmasını təklif etmişdir İş materiallarında olan; - xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şərur rayon Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs3 Məxsus 4 metr uzunluğunda olan su borusunun oğurlandığı müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şərur rayon Çərçiboğan kəndi ərazisində, çöllük sahədə artezian borularından birinin yerində olmadığı müəyyən edilmiş, baxışda iştirak edən Uğur Səlimzadənin artezian borularından birinin naməlum şəraitdə oğurlandığını bildirmişdir. -xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şərur rayon Çərçiboğan kənd sakini X2 ona məxsus 1 metr hündürlüyündə su boçkasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. - xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nuhun Əliyevin yaşadığı evin həyətyanı sahəsində 10 metr uzunluğunda, diametri 8 sm olan, dəmir materialdan hazırlanmış boru olduğu müəyyən edilmişdir. - 11 yanvar 2023-cü il tarixli 1277 nömrəli Məhkəmə Ekspertizasının Rəyindən görünür ki, dəmir materialdan hazırlanmış, bir metr hündürlüyündə, təxminən 100 litr həcmi olan su bidonunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 20.00 manat müəyyən edilmişdir. - 17 yanvar 2023-cü il tarixli 1279 nömrəli Məhkəmə Ekspertizasının Rəyindən görünür ki, uzunluğu 4 metr, diametri 0.3 metr olan dəmir materialdan hazırlanmış su borusunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 96.00 manat müəyyən edilmişdir. - 17 yanvar 2023-cü il tarixli 1280 nömrəli Məhkəmə Ekspertizasının Rəyindən görünür ki, uzunluğu 10 metr, diametri 80 millimetr olan dəmir materialdan hazırlanmış su borusunun orta istismar müddəti və intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 50.00 manat müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs, Emil Abbasovun və Eltun Nağıyevin barəsində toplanmış materiallar üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 017829 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Çərçiboğan kəndində, Dərvişlər kəndində və Çomaxtur kəndində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərini pozaraq xırda talama etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şərur rayon Çərçiboğan kəndi ərazisindən oğurlanan artezian borusu əvvəlki yerinə, artezianın yanına qoyulmuşdur. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus su borusu özünə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zəzərçəkmiş şəxslərin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar 01 ədəd artezian borusu və 01 ədəd su borusu zərərçəkmiş şəxslərə təhvil verilmişdir Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin yetkinlik yaşına çatmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; - 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28, 30, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan MR Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-25/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-25/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver