Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-25/2025 06.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Şərur rayon Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli 1 uşaq atası, Şərur günəş elektrik stansiyasında mütəxəssis işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Maxta kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şərur rayon Maxta kəndində 30 dekabr 2024-cü il tarixdə Maxta kənd sakini X4 fiziki güc tətbiq etməklə döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Maxta kəndində yaşadığını, 30 dekabr 2024-cü il tarixdə saat təxminən 17:30 radələrində kənd mərkəzində çayxanadan çıxaraq evə getdiyini, evə çatan zaman atası Abbasın həyat yoldaşı Vüsaləyə "qızım heç kim anasının qarnında öyrənmir ki, sən də, qayınanana bax ev işlərini öyrən" sözlərini dediyini eşitdiyini, Vüsalə onu görən zaman həyətə çıxdığını, bundan təxminən 15 dəqiqə sonra o həyətə çıxaraq Vüsaləni axtardığını, lakin tapa bilmədiyini, bundan 15 dəqiqə sonra Vüsalə evə gəldiyini, o ondan haradan gəldiyini soruşduğunu, o, ilk öncə ona həyətdə olduğunu bildirdiyini, o ona həyətə baxdığını və orada olmadığını bildirdiyini, bundan sonra Vüsalə ona qonşuları Əfsanə xala ilə məhlədə söhbət etdiyini bildirdiyini, o anasından Əfsanəyə zəng vuraraq ondan Vüsalə ilə danışıb-danışmadığını soruşmasını istədiyini, anası onların evi ilə danışdığını və Əfsanənin Naxçıvan şəhərində olduğunu öyrəndiklərini, bu zaman isə Vüsalə məscidin həyətinə getdiyini bildirdiyini, o onun yalan danışdığını digər otağa apardığını, orada Vüsalənin başından 1-2 şillə vurduğunu, bundan sonra atası gələrək ona əsəbləşdiyini, bundan sonra Vüsalə evdən çıxaraq atası gilə getdiyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Maxta kəndində yaşadığını, o 15 iyul 2023-cü il tarixdə həmkəndlisi Şəxs ilə ailə qurduğunu və onların bu nikahdan 1 övladları dünyaya gəldiyini, onlar son zamanlarda aralarında tez-tez mübahisələr olduğunu, sonuncu dəfə 30 dekabr 2024-cü il tarixdə təxminən 18 radələrində o evdə olan zaman qayınanası Seyran Məmmədova evin mətbəxində şirniyyat bişirdiyini, o isə 8 aylıq körpə qızını yatızdırmağa çalışdığını, lakin körpə narahat olduğu üçün yatmadığını, bu zaman Seyran Məmmədova ona körpəni yatızdırıb ona kömək etməyini dediyini, o isə ona uşağın yatmadığını dediyini, o isə ona uşağı zorla yatızdırmağını dediyini, buna görə onların arasında mübahisə yarandığını və onlar sözlü mübahisə etməyə başladıqlarını, bu zaman qayınatası Abbas Məmmədov evə gəldiyini və onlara sakitləşməklərini dediyini, buna görə onların mübahisə yekunlaşdığını və o evin həyətinə çıxdığını və evlərinə yaxın olan məscidin yanına gedib, oradan həyətə su gətirdiyini, o həyətə gələn zaman əri Şəxs da, evə gəldiyini, bu zaman Seyran Məmmədov onu yanına çağırıb onun barəsində ona danışdığını, o onun "sən niyə bu qızı döymürsən?" sözlərini eşitdiyini, bundan bir qədər sonra o evə daxil olan zaman anidən əri üzərinə gəldiyini və onun baş nahiyəsinə bir neçə sillə zərbəsi endirdiyini, o zərbənin təsirindən yerə yıxıldığını və bu zaman o onun, kürək nahiyəsinə təpiklə zərbələr endirdiyini, bundan sonra o onun ayaqlarından tutub onu evdə sürüməyə başladığını, bundan sonra o yenidən ona zərbələr endirdiyini, bundan sonra Abbas Məmmədov araya daxil olub onu kənara apardığını,o bundan sonra ayağa qalxıb qapının önünə getdiyini, bu zaman Seyran Məmmədov ona "səni atan saxlaya bilməz, atanın imkanı yaxşı deyil sözlərini dediyini, o da, ona "atamın məni saxlamağa hər cür imkanı vardır" sözlərini dediyini, bundan sonra əri meyvənin üzərindən bıçağı əlinə alıb ona tərəf gələn zaman o qapını açıb evdən qaçdığını və atası Qoşqar Ağayevin yaşadığı evə gəldiyini, bundan sonra o olanları atası Qoşqay Ağayevə danışdığını qeyd edərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur rayon Maxta kəndində yaşadıqları ünvanda gəlini Zərərçəkmiş şəxs və oğlu Şəxs arasında ailə-məişət zəminində mübahisə olduğunu, təqribən bu hadisədən sonra gəlini Vüsalə onların qapı qonşusu olan atası Qoşqayın evinə getdiyini, təqribən 2 saat sonra qayıdıb gəldiyini, yanında Vüsalənin anası Ramilə, nənəsi Nisə ilə birgə gəldiyini, onlarla oturub söhbət etdiklərini,daha sonra onlar çölə çıxarkən gəlini Vüsalə uşağı və şəxsiyyət vəsiqəsini verməklərini istədiyini, onlar razı olmadıqlarını, o həyat yoldaşı X1 ağıza alınmayacaq nalayiq söyüşlər söydüyünü və hamısı birlikdə çıxıb getdiklərini, səhəri gün oğlu Vüsal qızıllarının olduğu qarderobu açarkən qızılların yerində olmadığını gördüyünü və bunu ona dediyini, həmin qızılların içində həyat yoldaşı Seyranında qızıllarını apardığını, həmin qızıllar 1. Ortasında ayəti-kürsül yazıln qızıl incə sep, 2. Qalın qızıl üzük, 3. Başqa bir qızıl üzük, 4. əlavə olaraq briliyant qaşı olan qızıl üzük olduğunu, qeyd etdiyi qızıllar onun həyat yoldaşı Seyranın olduğunu, onlarında nə əşyaları varsa gəlib aparmaqlarını bildirmişdir. İş materialında olan: - xx.xx.2025-ci il tarixli, 01 nömrəli ekspert rəyindən görünür ki, X2 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, şərur rayon Maxta kənd sakini Şəxs xəsarət alması ilə bağlı toplanmış mayterial üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Maxta kəndində 30 dekabr 2024-cü il tarixdə Maxta kənd sakini X4 fiziki güc tətbiq etməklə döymüşdür, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsi döyməsi öz təsdiqini tapmır, ona görə də, hazırkı vəziyyətdə Şəxs Hüseyn oğlunun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-25/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-25/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver