Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-251/2025 10.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və ona dövlət hesabına təyin olunmuş müdafiəçi X4 iştirakı ilə, xx.xx.2004-cü ildə Şərur rayonunun Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq atası, orta təhsilli, işsiz, Şərur rayonunun Cəlilkənd kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materiala əsasən müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-375/2025 saylı icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən hesablanmaqla X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs icra sənədi qət edilmiş alimenti üzrsüz səbəbdən ödəmir və hazırda 1400 manat aliment borcu var. Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə yerinə yetirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokol barədə məlumat verərək əlavə etmişdir ki, Şəxs icra sənədinin icra olunmasının vacibliyini bildirdiyini, zəng edərək onu işə düzəltmək üçün şöbəyə dəvət etdiyini, lakin onun İcra və Probasiya Şöbəsinə yaxınlaşmadığını, onunla əlaqə saxlamağın mümkünsüzlüyü səbəbindən Şərur RPİ-nə məlumat verdiyini, icra məmurunun çağırışına gəlmədiyini, sonra bibisi qızının vasitəsilə onu idarəyə dəvət etdiyini, sonrakı gün gəldiyini, yaşadığı ərazidə at arabası ilə yük daşınması ilə məşğul olduğunu gündəlik normal qazanc əldə etsə də qət edilmiş alimenti ödəmədiyini və iş üzrə tələbkarın Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə ərizə təqdim etdiyini, daha sonra inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etdiklərini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında icra sənədi barədə xəbərdar olduğunu, yaşadığı ərazidə at arabası ilə yük daşıdığını, lakin bu işə 3 nəfər şərik olduqlarını, uşağı görə bilmədiyini, maddi imkanı yaxşı olmadığından hal-hazırda 1400 manat borcunu və ya onun hər hansı hissəsini ödəyə bilməyəcəyini, yalnız işlə təmin olunacağı təqdirdə əvvəl yaranmış olan və daha sonrakı ödəməli olduğu aliment borcunu ödəyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun xahişi əsasında dövlət hesabına təyin olunmuş müdafiəçi X7 məhkəməyə verdiyi izahatında borclunun işsiz olması səbəbindən icra vərəqəsində göstərilən tələbləri icra edə bilmədiyini, sosial vəziyyətinin ağır olmasını nəzərə alınaraq, humanizm prinsipinin əsas götürülərək, onun barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materiallarından da sənədlərlə müəyyən olunur ki, borclu icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(110)-375/2025 saylı icra vərəqəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi, 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə köçürülməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir; xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, borclu Şəxs 1400 manat pul alınaraq tələbkarın xeyrinə ödənilməlidir. Borclu icra sənədləri üzrə tələbi tam icra etməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli ərizədən görsənir ki,iş üzrə tələbkar aliment ödənilmədiyinə görə borclu barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün üçün İcra və probasiya şöbəsinə ərizə təqdim etmişdir. Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, o, pensiya və sosial ödəniş almır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 10 sentyabr 2025-ci tarixdən hesablanmalıdır. Məhkəmə xərci ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Ona görə də məhkəmə xərci olaraq inzibati xəta törətmiş şəxsə göstərilmiş dövlət hesabına hüquqi yardıma görə Şərur rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 1 (bir) saata görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 sentyabr 2025-ci il tarixdən saat 10:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Məhkəmə xərci olaraq inzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardıma görə Şərur rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 1 (bir) saata görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şərur rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-251/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-251/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver