Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-256/2023 06.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Babəki kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində xırda talama, yəni oğurlama, dəlduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 06 avqust 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Çəmənli kəndində yerləşən ərzaq mağazasına getdiyini, özünə 02 ədəd 1 litrlik pivə aldığını, həmin pivələri Şərur rayon Babəki kəndində yerləşən çöllük ərazidə təkbaşına içdiyini, həmin vaxt anidən Şərur rayon Çərçiboğan kənd sakini X2 evinə gedərək oradan oğurluq etmək qərarına gəldiyini, X5 və onun oğlu X6 ilə münsibətinin olduğunu və həmin vaxt onların Bakı şəhərində olduğunu bildiyini, həmin gün onların evinə getmək üçün gec olmasını gözlədiyini, 07 avqust 2023-cü il tarixdə saat təxminən 00:30 radələrində Şərur rayon Babəki kəndindən piyada Şərur rayon Çərçiboğan kəndinə yola düşdüyünü, saat təxminən 01:00 radələrində Məcnungilə çatdığını, əsas girişdən həyətyanı sahəyə daxil olduğunu, həyətyanı sahədə heç kimin olmadığından əmin olmaq üçün bir neçə dəfə Nihadı səslədiyini, həmin vaxt həyətyanı sahədə heç kimin olmadığından əmin olduğunu, mobil telefonunun işığını yandıraraq həyətyanı sahəni gəzməyə başladığını, həmin vaxt evin podval hissəsinin qapısının olmadığını gördüyünü və oraya daxil olduğunu, içəridə 02 ədəd direl olduğunu gördüyünü, dərhal onları götürərək podvaldan çıxdığını, həyətyanı sahənin aşağı hissəsi ilə oranı tərk edib piyada olaraq Babəki kəndində yerləşən evinə getdiyini, evə çatan zaman həyətyanı sahədən sarı rəngli kisə götürərək direlləri həmin kisənin içərisinə qoyduğunu, həmin kisəni isə evin həyətyanı sahəsində olan tövlənin üzərinə qoyduğunu və evə daxil olduğunu, 07 avqust 2023-cü il tarixdə evdə heç kimin olmadığı vaxt direlləri tövlənin üzərində götürərək yoxladığını və hər ikisinin isləmədiyini gördüyünü, daha sonra direlləri yenidən tövlənin üzərinə tulladığını, 08 avqust 2023-cü il tarixdə Şərur rayon Babəki kəndində yerləşən evində təkbaşına araq içdiyini, daha sonra axşamüstü X2 qardaşı X7 ilə birlikdə Şərur rayon ərazisində yerləşən “Ağdam” restoranına gedərərk orada pivə içdiklərini, saat təxminən 23:30 radələrində Şükür ilə birlikdə restorandan çıxaraq Babəki kəndinə gəldiklərini, onun öz evinə getdiyini, evdə olan zaman Məcnungilin evinə gedərək yenidən oğurluq etmək qərarına gəldiyini, 09 Avqust 2023-cü il tarixdə saat təxminən 01:00 radələrində velosiped ilə Şərur rayon Çərçiboğan kəndinə getdiyini, yenidən Məcnungilin evinə gedərək podvala daxil olduğunu, podvaldan bir ədəd qırmızı rəngli kisə tapdığını, podvalda olan elektrik naqillərini həmin kisəyə yığdığını, kisə tam dolduqdan sonra oradan çıxaraq piyada Babəki kəndinə getdiyini, orada kanalın içərisində oğurladığı elektrik naqillərini yandırdığını, mis hissələrini velosipetdə olan yeşiyin içərisinə yığdını və evinə getdiyini, misləri selefon torbanın içərisinə yığaraq həyətyanı sahədə olan təndirin içərisinə qoyduğunu, daha sonra evə girərək yatdığını, sabahsı gün yuxudan oyanaraq misləri qoyduğu yerdən götürüb velosipetin arxasına yığaraq yola düşdüyünü, Şərur rayon Aralıq kəndinə əvvəlcədən tanımadığı Əli adlı şəxsin yanına getdiyini, ona satılıq mis gətirdiyini bildirdiyini, əli ilə misləri tərəziyə qoyaraq çəkdiyini və mislərin 5 kq olduğunun müəyyən olunduğu, mislərə görə Əlinin ona 40 manat pul verdiyini, oradan çıxdıqdan sonra özünə 20 manatlıq kontur, siqaret və pivə alaraq pulun hamısını xərclədiyini, 12 avqust 2023-cü il tarixdə Şərur rayon Babəki kəndində yerləşən evində olan zaman kiminsə onu səslədiyini eşidib həyətyanı sahəyə çıxdığını, həmin vaxt onu səsləyələrin yolda duran polis əməkdaşları olduğunu gördüyünü, onların yanına gedən zaman polis əməkdaşlarının ondan Şərur rayon Çərçiboğan kənd sakini X2 evindən oğurluq edib-etmədiyini soruşduqlarını, o isə onlara səmimi olaraq oğurluq etdiyini bildirdiyini, daha sonra polis əməkdaşlarının onun və atasının razılığı ilə evə baxış keçirtdiklərini, onun polis əməkdaşlarına oğurladığı kabelləri satdığını, direlləri isə tövlənin üzərinə qoyduğunu bildirdiyini, zərərçəkmiş şəxsə məxsus 02 ədəd “makita” markalı dreli ona qaytardığını, elektrik naqillərininin müqabilində isə zərərçəkmiş şəxsə 60 manat ödədiyini, zərərçəkmiş şəxslə barışdığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında 2005-ci ildən bəri Şərur rayon Çərçiboğankənd sakini X5 ilə ailə həyatı qurduğunu, həyat yoldaşının təxminən 3 ay bundan əvvəl Bakı Şəhərinə getdiyini, o vaxtdan bəri onun 2 övladı ilə birgə Şərur rayon Çərçiboğan kəndində yerləşən evlərində yaşadıqlarını, 12 avqust 2023-cü il tarixdə onun təxminən 17:00 radələrində təsadüfən evinin zirzəmisinə daxil olan zaman orada onlara məxsus 02 ədəd drel, bir topunda 60 m uzunluğunda naqil olan ümumilikdə 3 top naqil, ümumilikdə 110 metr uzunluğunda olan kabellər və “marcus” markalı su matorunun olmadığını gördüyünü, daha sonra zirzəmidən çıxıb qaynı X4 zəng etdiyini və baş verənləri danışdığını, onun da Çərçiboğan kənd icra nümayəndəsinə baş verənləri bildirdiyini, daha sonra Şükür Əliyevin onlara gəldiyini, Şükür Əliyevin 102 zəng xidmətinə zəng etdiyini və olanları bildirdiyini, onların yenidən evin zirzəmisinə endiklərini, orada yuxarıda sadaladıqları bəzi əşyaları gördüyünü, onun və qaynı Şükür Əliyevin yenidən zirzəmiyə göz gəzdirdikdə oradan 02 ədəd drel və ümumi uzunluğu 50 metr olan mis materiallı naqilin oğurlandığını gördüklərini, daha sonra polis əməkdaşlarının onların evinə gələrək onun və Şükür Əliyevin iştirakı ilə yaşadığı evin zirzəmisinə baxış keçirdiklərini, həmin əmlakların yerində olmadığının müəyyən edildiyini, polis işçiləri tərəfindən həmin əmlakları Şərur rayon Babəki kəndind sakini Şəxs oğluladığının müəyyən edildiyini, Şəxs 02 ədəd “Makita” markalı dreli ona qaytardığını, elektrik naqillərininin müqabilində isə ona 60 manat ödədiyini, Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 837 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 adda (02 ədəd) tədqiqat obyektlərinin (işlək vəziyyətdə olmayan “Makita 780W, 230-240V, Made in PRC” markalanma yazıları olan preferatorlar) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 50 manat, təqdim edilməyən 01 adda tədqiqat obyeklərinin (uzunluğu 50 metr, işlənmiş, dördlük mis materiallı elektrik naqili) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 30 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş 0.10.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin polis sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002881 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində xırda talama, yəni oğurlama, dəlduzluq yolu ilə özgəsinin əmlakını talayaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş aktın surətindən görünür ki, Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs evinin zirzəmisindən talanmış 02 ədəd “Makita” markalı drel həmin şəxsin özünə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, evin zirzəmisindən talanmış 2 ədəd Makita markalı direl ona təhvil verilmiş və dəymiş ziyana görə 60 manat ödənilmişdir. Buna görə də Şəxs heç bir şikayət və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, X1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs izahatından, eyni zamanda məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Şəxs ona dəymiş ziyanı ödəmişdir, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; - 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 39, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-256/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-256/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver