Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-258/2023 09.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş X1 iştirakı ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1982-ci ildə Şərur rayon Cağazir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaqlı, orta təhsilli, Şərur rayon Gümüşlü kənd məktəbində təsərrüfat müdiri işləyən, Şərur rayon Gümüşlü kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-56/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 19500 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi ilə və 189 manat dövlət rüsumu alınaraq X1 xeyrinə ödənilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-1182/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 20000 məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq X3 xeyrinə ödənilməsi, xx.xx.2016-cı il tarixli 2(110)-899/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 8330 manat pul tutularaq X4 xeyrinə ödənilməsi göstərilməsinə baxmayaraq, Şəxs icra sənədlərinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, icra məmurunun, tələbkarın və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədləri barədə məlumatlı olduğunu, icra sənədləri üzrə məbləği ödəməli olduğu halda imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, hər ay 2 uşağın saxlanması üçün 240 manat aliment ödədiyini, borcunu hissə-hissə ödəyə biləcəyini, başqa heç yerdən maddi gəlirinin olmadığını, ayda 333 manat əmək haqqı aldığını, buna görə də borcu bütöv halda ödəyə bilmədiyini, bacardığı qədər borcunu tez ödəyəcəyini, buna görə də izahatında göstərilənləri nəzərə alıb məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən zərər çəkmiş X5 izahatında və verilən suallara cavabında Şəxs Şərur Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyini, borcunun hissəhissə ödənilməsinə razı olmadığını, özünün 70-dən yuxarı yaşı olduğunu, buna görə ayda 50-100 manatla ödənilməsinin onun yaşına və borcun məbləğinə uyğun olmadığını, əslində Vurğunun borclarını tam ödəməyə imkanı olduğunu, belə ki, onun bahalı maşın sürdüyünü, ikimərtəbəli ev tikdirdiyini, bilərəkdən avtomobilini və evini qardaşının adına rəsmiləşdirdiyini, borc tələbinin onun əmək haqqına yönəldilməsinə razı olmadığını, heç olmazsa 10000 manat verərsə onunla razılığa gələ biləcəyini, 2016-cı ildən bəri borcunu ödəməkdən yayındığını bildirib Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədlərinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, onun aliment borcunun olmadığını, X2 olan icra sənədi üzrə hissə-hissə cəmi 1500 manat ödəniş etdiyini, lakin həmin şəxsin qalan borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə icra sənədinin icrasından boyun qaçırdığını, 2014-cü il aid icra sənədi üzrə isə 20000 manat borcundan müxtəlif vaxtlarda az-az 1600 manata yaxın ödəniş etdiyini, lakin son iki ildir demək olar ki ödəniş etmədiyini, 2016-cı ilin icra sənədi üzrə isə 8330 manat borcunun ödənilməsi üçün tutmanın əməkhaqqına yönəldildiyini, tələbkar Novruzova Esmiranın dəfələrlə ali dövlət orqanlarına şikayət etdiyini bildirərək buna görə də borclunun barəsində inzibati protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-1182/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 20000 manat pul tutularaq X3 xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 2(110)-899/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs 8330 manat pul tutularaq X4 xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 56/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 19500 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi ilə və 189 manat dövlət rüsumu alınaraq X1 xeyrinə ödənilməsi göstərilməsinə göstərilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 3(110)-48/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs məcburi qaydada gətirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan Elektron İcra Sistemindən borclunun əmlak və gəlir məlumatlarına dair çıxarışdan görünür ki, Şəxs hazırda borcun yönəldilə biləcəyi heç bir əmlakı yoxdur. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əvvəllər verilmiş inzibati həbs növündə tənbehdən nəticə çıxarmamasını, həmçinin icra sənədlərinin sayını, icra sənədləri üzrə ödənilməli olan pul məbləğinin həcmini və həmçinin işin hallarını, habelə zərər çəkmiş şəxsin izahatında göstərdiyi xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İXM-in 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-258/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-258/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver