Məhkəmə qərarları › İş №3(110)-26/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-26/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-26/2023 03.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.2005-ci il tarixdə Şərur rayonu Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu Yengicə kəndində yaşayan Şəxs (Fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Şərur şəhəri, K.Seyidov küçəsində Şərur şəhər sakini X1 ilə uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə dostuna məxsus İphone markalı telefonu ”Naxçıvan elanlar” səhifəsində satmaq üçün paylaşdığını, həmin telefonu Ziya adlı şəxs ilə “Samsung A50” markalı telefon ilə dəyişdiyini, telefonu dəyişdikdən 3-4 saat keçdikdən sonra zəng vuraraq telefonun şəbəkəsində problem olduğunu bildirdiyini, Şərur şəhərinə gələrək telefonu dəyişdirməyi ona bildirdiyini, Ziya adlı şəxsin taksi göndərərək telefonu ona verməyini bildirdiyini, taksi sürücüsü ilə ət bazarının yanında görüşüdüklərini, ona telefonda heç bir problem olmadığını bildirdiyini, bu zaman Səfər adlı şəxs gələrək aralarında söz-söhbət olduğunu, taksi sürücüsü və yanında gələn adam maşına minib getmək istədiklərini, həmin vaxtı onların nalayiq ifadələr işlətdiyini zənn etdiyini, buna görə avtomobilə təpik atdığını, sonra polis əməkdaşlarının onları polis bölməsinə dəvət etdiklərini, tutduğu əməldən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs qanuni nümayəndəsinin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında və verilmiş suallara cavabında Şərur Rayon Məhkəməsinin qərarı ilə nikahlarının pozulduğunu, iki uşağının onunla birlikdə yaşadığını, Fəridin müsiqi kollecində oxuduğunu, onun bütün ehtiyaclarını özünün qarşıladığını, Fəridin heç bir yerdə işləmədiyini, məhkəmədən onu bağışlanmasını xahiş etmişdir. Şərur rayon prokurorunun böyük köməkçisinin çıxışı: Məhkəmə iclasında iştirak edən X3 izahatında yetkinlik yaşına çatmayan şəxs barəsində işin məhkəməyəqədərki icraatının qanunvericiliyə uyğun olaraq aparıldığını, Şəxs yetkinlik yaşına çatmadığından və ilk dəfə inzibati xətanı törətdiyindən onun barəsində yüngul tənbeh növünün tətbiq edilməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində dostu Şahin ona zəng edərək onunla birlikdə Şərur şəhərinə telefon dəyişmək üçün getməyini istədiyini, onunla Şərur şəhərinə gəldiyini, Şərur şəhərinə gəldikdə telefonu dəyişdirəcəkləri adamlarla görüşdüklərini, telefonu Fəridgilə verdiklərini, amma Fəridgilin onlara telefonu vermədiklərini, həmin vaxtı bir neçə şəxsin yanlarına gəldiklərini, mübahisəni Səfər adlı şəxsin başlatdığını, Səfər və adını bilmədiyi bir şəxs onların üstünə doğru gəldiyini, səs-küy saldıqlarını, Səfərin içkili olduğunu, özünə qarşi nalayiq ifadələr işlətiyini, onların mübahisə etmək istədiklərini başa düşdüklərini, buna görə avtomobilə mindiklərini, həmin vaxtı Fəridin avtomobilə təpik vuraraq saatını atdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə qonşusu Ziya adlı şəxsin ona zəng vuraraq Şərur şəhərindən telefon gətirməsini istədiyini, dostu Oktay ilə Şərur şəhərinə gəldiyini, telefonu alacağı şəxslə ət bazarının yanında görüşdüklərini, ona Ziyanın telefonunu verməyini, onun isə telefonu qaytarmayacağını bildirdiyini, Ziyaya zəng vuraraq telefonu qaytarmadıqlarını bildirdiyini, oradan çıxıb Kəngərli rayonuna çatdıqlarında Ziya yenidən zəng vuraraq qayıdıb telefonu götürməyini istədiyini, Şərura yenidən qayıdaraq həmin adamlarla görüşdüklərini, Fəridin telefonu verən vaxtı iki nəfərin onlara yaxınlaşdığını, Səfər adlı şəxsin mübahisəni başlatdığını, onların bizlə mübahisə etmək istədiklərini başa düşdüklərini, buna görə də maşına mindiklərini, Fəridin avtomobili təpiklədiyini və saat atdığını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını və qanunvericiliyin sadalanan normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində 50 manat inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müstəqil qazancı olmadığından 50 manat məbləğində inzibati cərimə onun qanuni nümayəndəsi Qanuni nümayəndə tutulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar