Məhkəmə qərarları › İş №3(110)-26/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-26/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-26/2025 06.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1985-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayon Zeyvə kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən protokol tərtib olunub ondan ötrü ki, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-223/2022 saylı 09.6.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 10167,5 manat borc, 120 manat dövlət rüsumu və 500 manat vəkil xərcinin tutularaq iddiaçı X5 ödənilməsinin göstərilməsinə baxmayaraq Şəxs uzun müddət ərzində icra sənədlərinin üzürsüz şəkildə icrasından üzürsüz səbəbdən boyun qaçırmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığı inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədi barədə məlumatlı olmadığını, Türkiyə Respublikasına yaşadığını, burada kimsəsinin olmadığını, İstabul şəhərində olarkən həmkəndlisi X1 həmin avtomobili Türkiyə Respublikasına gətirdiyini, 800 ABŞ dolları İbrahimə verdiyini, İbrahimin ondan əlavə olaraq 600 ABŞ dollar dəyərində paltar aldığını, pasportunda olan problemə görə həbs olunduğunu, həbsdən çıxdıqdan sonra avtomobilin olmadığını, xəbəri olmadan İbrahimin ona etibarnamə verdiyini, onun maşını almadığını, məhkəmə qərarından buraya gələn zaman xəbəri olduğunu, ona hər hansı məktubun gəlmədiyini, məlumatı olduqdan sonra apellyasiya vermək üçün buraxılmış müddətin bərpası üçün məhkəməyə ərizə verdiyini, məhkəmə iclasının fevral ayının 12-ə təyin edildiyini bildirərək izahatında göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə xəbərdarlıqlar göndərildiyini, borclu qeydiyyatda olduğu ərazidə yaşamadığından barəsində axtarış elan edildiyini, axtarış nəticəsində polis əməkdaşları tərəfindən tutularaq Şərur Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyini, borclu məhkəmə qərarından xəbərsiz olduğunu dediyini, tələbkarın da israrla icra sənədinin icrasını tələb etdiyini, bu səbəbdən də borclunun barəsində protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 223/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 10167,5 manat borc, 120 manat dövlət rüsumu və 500 manat vəkil xərcinin tutularaq iddiaçı X5 ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-223/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı Şəxs tərəfindən verilmiş ərizəyə baxılması xx.xx.2025-ci il tarixə saat 09:15-ə təyin edilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, borclu qeydiyyatda olduğu yer üzrə yaşamadığından məhkəmə qətnaməsindən xəbəri olmadığını bildirir, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası ilə əlaqədar ərizə vermişdir. Həmin ərizəyə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 09:15ə təyin edilmişdir. Hazırkı vəziyyətdə buraxılmış müddətin bərpası haqqında ərizəyə baxılmadan onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərini müəyyən etmək mümkün olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar