Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-263/2024 20.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində polis idarəsinin inzibati binasının həyətində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXMnın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində evdə olduğunu, sonra Şərur rayon Yengicə kənd sakini X1 ona zəng edib maşının yol patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına qoyduqlarını, gəl mənə kömək et maşını çıxaraq dediyini, fəridin yanına gedərkən YPX-nin rəisi Roman Rzayevi yolda gördüyünü, Roman müəllimə yaxınlaşıb Fəridin vəziyyəti haqqında məlumat almaq istədiyini, roman müəllimin ona sənlik bir şey yoxdur Fəridin özü gəlməlidir dediyini, daha sonra onun oradan ayrılıb Fəridi idman kompleksinin qabağından götürdüyünü və Şərur Rayon Polis İdarəsinə gəldiklərini, orada YPX əməkdaşları ilə söhbət edərkən PPX-nin komandiri İlyas Babayevin yanlarına gəldiyini, ona siz mənlə prinsip aparırsınız dediyini, onun mənim sənlə heç bir prinsipim yoxdur dediyini, daha sonra rəis müavini Şəhin Bağırovun, ondan sonra da Şərur RPİ-nin rəisi Orxan Axundzadənin qəbulunda olduğunu, polis əməkdaşlarına tabesizlik göstərmədiyini, sadəcə aralarında bir balaca mübahisə olduğunu, səhvini başa düşərək onlardan üzr istədiyini, etdiyi əməldən peşman olduğunu qeyd edərək, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Şərur RPİ-nin DYPB-də xidmətdə olarkən YPX əməkdaşlarının Konstruksiya dəyişikliyi edilməsi ilə bağlı n/v-nin sürücüsünün duracağa gətirilməsini ona bildirdiklərini, həmin n/v-nin sürücüsünə işıq sistemlərində olan qeyri-qanuni dəyişikliyi izah edərkən digər bir n/v-nin sürücüsünün ona yaxınlaşaraq yanındakı Fərid adlı şəxsin maşını üçün gəldiyini bildirdiyini, onun həmin şəxsdən kim olduğunu soruşduğunu və özünü Seymur adlı ilə təqdim etdiyini, digər n/v-nin sürücüsünə etdiyi dəyişiklik barədə izahını davam edərkən Seymur adlı şəxsin intizamsılıq göstərərk əsassız sözlər deməyə başladığını, həmin şəxsə PPX-nin tağım komandiri polis b/leytenantı İlyas Babayevin müdaxilə edərək intizama dəvət etdiyini, lakin həmin şəxsin öz hərəkətlərini davam etdirdiyini, dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq Seymur adlı şəxsin mübahisə etməyə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında xx.xx.2024-cü il tarixdə şərur rayon Polis İdarəsinin qarşısında olarkən DYP-nin inspektorları nəqliyyat vasitəsini duracağa təmin etmək məqsədi ilə 2 nəfər şəxslə söhbət apardıqlarını, üzərindən bir müdət keçdikdən sonra Seymur adlı şəxsin gəldiyini və gələrkən işverənlər çoxalıb dediyini və yanından Fərid adlı şəxslə getməyə başladığını, onunda fəridə bu rayonda ən böyük hörmət sənə olunub dediyini, niyə elə danışırsan dediyini, Seymur adlı şəxsən “işverənlər” çoxalıb, hər şeyi polisə məlumat verdiklərini, sonradan da “səni də tanıyıram mənimlə prinsip aparırsan” dediyini, mən onmu otağa dəvət etdiyini, orada bir az söhbət etdiklərini, o orada mənə qarşı bağqa nəsə nalayiq hərəkət etmədiyi, nalayiq ifadə işlətmədiyini, sadəcə ucadan danışdığını, başladığını, onu nizam-intizama dəvət etsə də öz əməllərini davam etdirdiyini, onların qanuni tələbinə qəsdən tabe olmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs polis işçilərinin tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan: - xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə Şərur şəhərində polis idarəsinin inzibati binasının həyətində polis işçilərinin tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli 0816 saylı "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokola əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 01 ədəd “Ayfon 11 Pro max” markalı telefon aşkar edilərək götürülmüşdür. - xx.xx.2024-cü il tarixli 0691 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-263/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-263/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver