Məhkəmə qərarları › İş №3(110)-263/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-263/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-263/2025 26.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Sədrlik edən: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: C qızının katibliyi, İnzibati xəta haqqında Şərur Rayon Polis İdarəsinin polis sahə protokol tərtib etmiş şəxs: rəisi X3, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1977-cı ildə Şərur rayonunun Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN– xxxxxxx), evli, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi əməklə məşğul Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-12/2-12197/2025 nömrəli məktubu ilə Şərur rayon Çərçiboğan kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Şərur rayonunun Arbatan kəndində qumar oynadığı aşkar olunmuş, həmin şəxs barəsində Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X6 tərəfindən İXM-in 525-ci maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, izahatında və verilmiş suallara cavabında, xx.xx.2025-ci ildə qohumu Səfərin toy məclisində iştirak etmək üçün Arbatan kəndinə getdiyini, toyda yeyib içdikdən sonra yoldaşları Razim, Həsən, Mürvət və Bağdat ilə birlikdə Səbuhi adlı yoldaşlarının evinə getdiklərini və orada kartla qumar oynadıqlarını, bu zaman Şərur rayon Baş İdarəsinin əməkdaşlarının hadisə yerinə gələrək onların qumar oynadıqlarını aşkar etdiklərini, bundan sonra masanın üzərində olan pul və kartları maddi sübut olaraq götürüb onları polis idarəsinə gətirdiklərini bildirmişdir. Həmçinin Şəxs izahatında etdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin sahə rəisi X6 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, qeyd olunan şəxsin digər şəxslərlə birlikdə kart vasitəsilə qumar oynadığını, həmin hadisənin videolentə alındığını və onun barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında Şərur RPİ-nin PPX bölüyünün polis nəfəri olduğunu,xx.xx.2025-ci il tarixdə bölük komandiri Allahverdi Allahverdiyevin ona qumar məlumatı oduğunu bildirdiyini, xx.xx.2025-ci il saat 01 radələrində Şərur rayon Arbatan kəndinə getdiklərini, Səbuhi adlı şəxsə məxsus evdə bir neçə şəxsin qanunsuz qumar oynadığını müşahidə etdiklərini, evin içərisinə daxil olaraq masanı və pulları yığışdırmaqlarının qarşısını aldıqlarını, həmin vaxt masanın üzərində 350 manat pul və oyun oynamaq üçün kartlar olduğunu, həmin maddi sübutları götürdükdən sonra şəxslərin izahatlarının alınması üçün polis idarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPX bölüyünün komandiri X1 verdiyi izahatında xx.xx.2025-ci il tarixdə Şərur rayon Arbatan kəndində toy məclisi olduğunu, orada bir qrup şəxsin qumar oynayacağı barədə məlumatın daxil olduğunu, həmin məlumat əsasında Şərur rayon Arbatan kənd sakini X4 məxsus evə baxış keçirildiyini, baxış zamanı orada Şərur rayon Çərçiboğan kənd sakini Şəxs, Arbatan kənd sakini X12, X7 və X8 qumar oynunda iştirak etdiklərinin aşkar edildiyini, qumar oynamaq üçün istifadə edilən kartları maddi sübut kimi götürdüklərini, ortada olan 350 manat pulu aktlaşdırıb götürdüklərini, daha sonra şəxsləri polis idarəsinə dəvət edərək izahatlarını aldıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, inzibati xəta haqqında protokolu, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Şərur rayonunun Arbatan kəndində qumar oyununda iştirak etmişdir. “Götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şərur rayon arbatan kəndində yerləşən X4 məxsus yaşadığı evdən oyun ləvazimatı olan 54 ədəd kart və bir ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, üç ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, altı ədəd 5 manatlıq, əlli ədəd 1 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 350 manat qumara qoyulmuş pul maddi sübut kimi qabalaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş DVD diskə baxış nəticəsində görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şərur RPİ-də ilkin izahatlarının alınması zamanı qumar oyununda iştirak edən digər şəxslərlə birlikdə törətdikləri əməllərini təsdiq edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 401-ci maddəsinin Qeyd hissəsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMin 525-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, hazırki qərar qanuni qüvvəyə mindikdən sonra oyun ləvazimatı olan qumar kartları (54 ədəd) məhv olunmalı, inzibati xətanın bilavasitə obyekti olmuş predmet- bir ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, üç ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, altı ədəd 5 manatlıq, əlli ədəd 1 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 350 manat pul isə dövlət nəfinə müsadirə olunmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş bir ədəd DVD-disk iş materiallarında saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. İş üzə maddi sübut kimi götürülmüş qumar kartları (54 ədəd) qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və inzibati xətanın bilavasitə obyekti olmuş predmet- bir ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, üç ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, altı ədəd 5 manatlıq, əlli ədəd 1 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 350 manat pul isə dövlət nəfinə müsadirə olunsun. İş materiallarına əlavə edilmiş bir ədəd DVD-disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar