Məhkəmə qərarları › İş №3(110)-265/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-265/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-265/2023 19.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Çomaxtur kəndində yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 015832 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur rayon Məhkəməsinin 2(110)-39/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ümumilikdə 5760 manat borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi barədə məlumatının olduğunu, nikahları pozulduqdan sonra Əfsanə ilə barışdıqlarını, uzun müddət bir yerdə yaşadıqlarını, birlikdə yaşadıqları müddətdə alimenti ödəmədiyini, sonra yenidən ayrıldıqlarını, borcundan 250 manatını ödədiyini, 2022-ci ilin iyul ayında tələbkarın yenidən Şərur rayon İcra və Probasiya şöbəsinə müraciət etdiyini, icra sənədini təzələdiklərini, xəstə olduğu üçün işləyə bilmədiyini, buna görə borcunu tam ödəyə bilmədiyini, vaxt verilərsə borcunu hissə-hissə ödəyəcəyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında Şərur rayon Məhkəməsinin 2(110)- 39/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) miqdarında aliment alınaraq 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 28 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməsi qət edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, tərəflər bir müddət bir yerdə yaşadıqları üçün tələbkarın ərizə ilə müraciət edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyini, daha sonra yenidən ayrıldıqları üçün xx.xx.2022-ci il tarixdə icra vərəqəsinin yenidən icra olunması üçün Şərur rayon İcra və Probasiya şöbəsinə göndərildiyini, icra sənədinin onun icraatına daxil olduğu vaxtdan borclunun bu günədək borclarını ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 vermiş olduğu izahatında Şəxs ilə nikahları pozulduqdan sonra təyin olunmuş alimenti ödəmədiyini, barışaraq təxminən bir ay bir yerdə yaşadıqlarını, həmin müddətdə icra sənədinin məhkəməyə qaytarılması barədə ərizə verdiyini, daha sonra yenidən ayrıldıqlarını, 2022-ci ildə icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə verdiyini, həmin vaxtdan bu günə qədər Nurlanın aliment ödəmədiyini qeyd edərək, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərəçəkmiş şəx X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs, X3 və X1 izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 2(110)-39/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, Şəxs hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) miqdarında aliment alınaraq 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 28 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 015832 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur rayon Məhkəməsinin 2(110)-39/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ümumilikdə 5760 manat borcunu ödəməkdən yayındığından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, eyni zamanda o, pensiya və sosial ödəniş almır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar