Məhkəmə qərarları › İş №3(110)-265/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-265/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-265/2025 26.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Sədrlik edən: ğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, İnzibati xəta haqqında Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi protokol tərtib etmiş şəxs: X3, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1968-ci ildə Şərur rayonunun Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN– xxxxxxx), evli, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi əməklə məşğul Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-12/2-12196/2025 nömrəli məktubu ilə Şərur rayon Arbatan kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Şərur rayonunun Arbatan kəndində qumar oynadığı aşkar olunmuş, həmin şəxs barəsində Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X6 tərəfindən İXM-in 525-ci maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, izahatında və verilmiş suallara cavabında xx.xx.2025-ci il tarixdə qohumu X10 Arbatan kəndinə toyunun ciyər axşamı olduğunu, orada yemək yeyərək içki qəbul etdiklərini, içkili vəziyyətdə olduğunu, yeyib içdikdən sonra qonşusugilə çay içmyə getdiklərini, çay içdikləri yerdə qumar oynadıqlarını, orada pulda olduğunu, bu zaman Şərur rayon Polis əməkdaşlarının onları aşkar etdiklərini bildirmişdir. Həmçinin Şəxs izahatında etdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin sahə rəisi, polis mayoru X6 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, qeyd olunan şəxsin digər şəxslərlə birlikdə qumar kartları vasitəsilə qumar oynadığını, həmin hadisənin videolentə alındığını və onun barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında Şərur RPİ-nin PPX bölüyünün polis nəfəri olduğunu,xx.xx.2025-ci il tarixdə bölük komandiri Allahverdi Allahverdiyevin ona qumar məlumatı oduğunu bildirdiyini, xx.xx.2025-ci il saat 01 radələrində Şərur rayon Arbatan kəndinə getdiklərini, Səbuhi adlı şəxsə məxsus evdə bir neçə şəxsin qanunsuz qumar oynadığını müşahidə etdiklərini, evin içərisinə daxil olaraq masanı və pulları yığışdırmaqlarının qarşısını aldıqlarını, həmin vaxt masanın üzərində 350 manat pul və oyun oynamaq üçün kartlar olduğunu, həmin maddi sübutları götürdükdən sonra şəxslərin izahatlarının alınması üçün polis idarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPX bölüyünün omandiri X1 verdiyi izahatında xx.xx.2025-ci il tarixdə Şərur rayon Arbatan kəndində toy məclisi olduğunu, orada bir qrup şəxsin qumar oynayacağı barədə məlumatın daxil olduğunu, həmin məlumat əsasında Şərur rayon Arbatan kənd sakini X4 məxsus evə baxış keçirildiyini, baxış zamanı orada Şərur rayon Çərçiboğan kənd sakini X7, Arbatan kənd sakini Şəxs, X8 və X9 qumar oynunda iştirak etdiklərinin aşkar edildiyini, qumar oynamaq üçün istifadə edilən kartları maddi sübut kimi götürdüklərini, ortada olan 350 manat pulu aktlaşdırıb götürdüklərini, daha sonra şəxsləri polis idarəsinə dəvət edərək izahatlarını aldıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, inzibati xəta haqqında protokolu, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Şərur rayonunun Arbatan kəndində qumar oyununda iştirak etmişdir. “Götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şərur rayon arbatan kəndində yerləşən X4 məxsus yaşadığı evdən oyun ləvazimatı olan 54 ədəd kart və bir ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, üç ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, altı ədəd 5 manatlıq, əlli ədəd 1 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 350 manat qumara qoyulmuş pul maddi sübut kimi qabalaşdırılaraq götürülmüşdür. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 401-ci maddəsinin Qeyd hissəsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında əlavə tənbeh kimi nəzərdə tutulmuş “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi” tənbeh tədbirinin təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirli bilinən şəxsə əsas tənbeh ilə yanaşı bu tənbeh növü əlavə tənbeh kimi təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələbinə görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirin müsadirə edilməsi İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas tənbehin (cərimə tənbeh tədbirinin) təyin edilməsindən asılı olmayaraq məcburi olsa da, iş materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 3(110)-263/2025 nömrəli qərarından görünür ki, bu məsələ artıq həmin qərarla öz həllini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, oyun ləvazimatı olan qumar kartlarının (54 ədəd), inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin- bir ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, üç ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, altı ədəd 5 manatlıq, əlli ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 350 manat pulun Şərur Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 3(110)-263/2025 nömrəli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq eilsin. Oyun ləvazimatı olan qumar kartlarının (54 ədəd), inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin- bir ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, üç ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, altı ədəd 5 manatlıq, əlli ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 350 manat pulun Şərur Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 3(110)-263/2025 nömrəli qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar