Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-266/2024 23.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1994-cü ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaqlı, orta təhsilli, sürücü işləyən, Bakı şəhərində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən protokol tərtib olunub ondan ötrü ki, Şəxs Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 3 icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, icra sənədləri üzrə cəmi 5086 manat borcu yaranmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmədə inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və Şəxs izahatı ilə onun əməlində inzibati xəta tərkibinin olmadığı müyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədləri barədə məlumatlı olduğunu, maddi imkanı aşağı olduğu üçün borclarını tam ödəyə bilmədiyini, belə ki kirayədə qaldıqlarını, anasının xəstə olduğunu, işlədiyi halda haqqını vermədiklərini, 2 ay işsiz qaldığı üçün maaş ala bilmədiyini, hal-hazırda işlədiyini və 800 manat əmək haqqı aldığını, 1 icra sənədi üzrə 1900 manat aliment borcunu tam bağladığını, digər icra sənədi üzrə 1600 manat borcunu da ödədiyini, qalan 1 icra sənədi üzrə 1550 manat borcunun qaldığını, qalan borcunu 2 ay içərisində ödəyəcəyini bildirib izahatında göstərilənlərin nəzərə alınaraq icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədlərinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətlərinin yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə xəbərdarlıqlar edildiyini, borclunun barəsində axtarış elan edildiyini, borclunun tutularaq Şərur RPİ-yə təhvil verildiyini, onun 2 icra sənədi üzrə borcunu tam ödədiyini, 1550 manat borcunun qaldığını bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilən 2(110)- 63/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçıya hədiyyə olunan və iddia ərizəsində 1-ci bənddə qeyd olunan təqribi çəkisi 3 qram olan üzük, 2-ci bənddə qeyd olunan təqribi çəkisi 10 qram olan sırğa-üzük dəsti, 3-cü bənddə qeyd olunan təqribi çəkisi 10 qram olan sep-qolbaq dəsti, 4-cü bənddə qeyd olunan təqribi çəkisi 4 qram olan üzük, 5-ci bənddə qeyd olunan təqribi çəkisi 4 qram olan üzükdən ibratət qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 1550 manat məbləğində pulun cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı X2 verilməsi göstərilmişdir. İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilən 2(110)- 80/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 16 noyabr 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi göstərilmişdir. İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilən 2(110)- 397/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1600 manat borc və ödənilmiş 36 manat dövlət rüsumu alınaraq X3 hesabına köçürülməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial təsdiqli ərizədən görünür ki, Şərur Rayon Məhkəməsi tərəfindən verilən 2(110)-397/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ona ödəniləcək pul vəsaiti Şəxs tərəfindən tam ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs tərəfindən 1900 manat aliment borcu ödənilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, borclu iki icra sənədi üzrə borclarını artıq tam ödəmişdir. Yanlız bir icra sənədi üzrə 1550 manat borcu qalmışdır. Borclu üzürlü səbəbdən borclarını ödəyə bilməmişdir. Hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-266/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-266/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver