Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-266/2025 18.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X3, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1984-cü ildə Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Cəlilkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, qaynaqçı işləyən İSMAYİLOV SƏRXAN İLHAM OĞLUNUN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 17 sentyabr 2025-ci il tarixli, 3-13-43-12/2-12319/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 17 sentyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 17 sentyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə THC (tetrahidrokanabinol) müsbət aşkar edilmişdir. Faktla bağlı Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan 06 may 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında təxminən 20 gün bundan əvvəl işləmək üçün Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, 3 gün işlədikdən sonra orada işləməyin xeyir etmədiyini görüb geri qayıtdığını, İğdır şəhərində olarkən iş yerində yeyib-içən vaxtı Türkiyə vətəndaşının ona marixuana təklif etdiyini, onu alıb qəbul etdiyini, səhəri gün kəndə gəldiyini, kəndə gəldikdən sonra həftənin 6-cı günü, yəni xx.xx.2025-ci il tarixdə qonşuda toy olduğunu, orada içib sərxoş olduğunu, “102” xidmətinə zəng vurduğunu, həmin gün evə gəldikdən sonra polis əməkdaşlarının ona zəng edib harada olduğunu soruşduğunu, onlara evdə olduğunu dediyini, polis əməkdaşlarının 2025-ci ilin sentyabr ayının 13-dən 14-nə keçən gecə təqribən saat 1-ə işləmiş gəlib onu Şərur Rayon Polis İdarəsinə apardıqlarını, valideynlərinin həmin vaxt bundan xəbərinin olmadığını, sentyabr ayının 15-də polis əməkdaşlarının onun Şərur rayonunun Cəlilkənd kəndində yaşadığı evə baxış həyata keçirdiklərini və yalnız bu zaman valideynlərinin onun polisdə saxlanılmasından xəbər tutduqlarını, elə həmin gün polis əməkdaşları tərəfindən Naxçıvan şəhərində Y.Budaqov adına Dispanserə aparıldığını, orada sidiyindən götürülmüş testin nəticəsinin müsbət çıxdığını, onun narkotik vasitə istifadə etməsinin aşkar edildiyini, həmin tarixdən tutulduğunu, polis idarəsində saxlanma yerində saxlandığını, son 1 il ərzində eyni maddə ilə məsuliyyətə cəlb edilmədiyini bildirərər, barəsində ədalətli qərarın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin NMQnin əməliyyat müvəkkili, polis mayoru X5 verdiyi izahatında xx.xx.2025-ci il tarixdə Şərur RPİ-nin növbətçi hissəsindən zəng gəldiyini, Şərur rayonunun Cəlilkənd kənd sakini Şəxs “102” xidmətinə zəng vurub narkotik vasitə istifadə etdiyini dediyi üçün oraya getməsinin bildirildiyini, gedib həmin şəxsi Şərur Rayon Polis İdarəsinə gətirdiyini, sonra xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhərində Y.Budaqov adına Dispanserə apardığını, orada testin nəticəsinin müsbət çıxdığını, onun narkotik vasitə istifadə etməsinin aşkar edildiyini, sonrakı proseslərdən onun xəbəri olmadığını, onun polis idarəsində nə qədər saxlandığını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili X4 verdiyi izahatında şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibini olduğunu bildirərək, onun cəzalanması məhkəmədən xahiş etmişdir. Qeyd etmək zəruridir ki, X4 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hansı tarixdən etibarən Şərur Rayon Polis İdarəsində saxlanılması ilə bağlı hakimin sualını cavablandıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdırma dövründə dindirilmiş şahidin izahatını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 17 sentyabr 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Y. Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə THC (tetrahidrokanabinol) müsbət aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 441 nömrəli narkoloji tibbi yoxlamaya dair rəydə Şəxs kannobionid narkomaniyası müşahidə edildiyi, onun məcburi müalicəyə ehtiyacının olmadığı, Şəxs xx.xx.2025-ci il tarixdə Dispanserdə sidik narko-testi vasitəsilə müayinə edildiyini və nəticənin THC (tetrahidrokanabinol) müsbət çıxdığı göstərilmişdir. İnzibati qaydada tutma haqqında 15 sentyabr 2025-ci il tarixli, 1755 №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 1650-də inzibati qaydada tutulmuşdur. Məhkəmə bu sübutla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, həmin protokolda şəxsin “17” 2025-ci il tarixdə həbsdən azad edildiyi qeyd olunsa da, bu protokol əsasında şəxsin hansı tarixdə həbsdən azad edilməsi dəqiq müəyyən etmək olmur. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir. Yəni narkotik vasitədən istifadə faktı artıq həm laborator nəticə, həm də şəxsin etirafı ilə təsdiq olunur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini iş üzrə onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
X6