Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-267/2025 22.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 X1 Zərəçəkmişin etibarnamə üzrə nümayəndəsi-qardaşı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şərur rayonunun Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, dekor işində işləyən, Şərur rayonunun Qışlaqabbas kəndində qeydiyyatda olmaqla Şərur rayonunun Məmmədsabir kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materiala əsasən müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-197/2025 saylı icra vərəqəsinə əsasən Şəxs 1300 manat pul vəsaiti tutularaq iddiaçı X6, 7000 manat pul vəsaiti isə iddiaçı X2 ödənilməsi, cavabdeh Şəxs iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15.92 manat dövlət rüsumu tutularaq iddiaçı X6, 85.73 manat dövlət rüsumu isə iddiaçı X2 ödənilməsi qət edilmişdir. Şəxs icra sənədi üzrə qət edilmiş pul tələbi üzrə borcunu ödəmir və hazırda 8401.65 manat borcu var. Borclu icra məmurunun qanuni tələblərinə yerinə yetirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokol barədə məlumat verərək əlavə etmişdir ki, Şəxs izahatı alınmış, ona icra sənədinin icra olunmasının vacibliyini bildirmiş, inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında evini satdığına görə 1500 manat beh aldığını, 1000 manatını məhkəmə zalında X6 ödəməyə hazır olduğunu bildirib həmin məbləği tələbkara təqdim etməsi üçün icra məmuruna təqdim etdi, bir həftə ərzində qalıq borcunu X6 tam şəkildə ödəyəcəyini, evin qalan pulunu 3 ay ərzində ödəniləcəyini və həmin pulu alan kimi X2 olan borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs X9 məhkəməyə verdiyi izahatında ev almaq üçün 9000 manat pul verdiklərini, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin pulu ödəmədiyini, pulun ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X5 məhkəməyə verdiyi izahatında ev almaq üçün Failə 9000 manat pul verdiklərini, evi aldıqlarını, Failin atasının açarı zorla onların əlindən aldığını, qardaşını gətirib o evə qoyduğunu, onları o evdən çıxardıqlarını, evi başqasına satdıqlarını, onlara pul ödəmədiklərini bildirmişdir. Nümayəndəsi olduğu şəxsin pulun ödənilməsini tələb etdiyini bildirdi. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 24. 04.2025-ci il tarixli 2(110)-197/2025 saylı icra vərəqəsinə əsasən Şərur rayon Qışlaqabbas kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs 1300 manat pul vəsaiti tutularaq Şərur rayon Qışlaqabbas kəndində yaşayış yeri üzrə qeydiyyatda olan iddiaçı X6, 7000 manat pul vəsaiti isə Şərur rayon Qışlaqabbas kəndində yaşayış yeri üzrə qeydiyyatda olan iddiaçı X2 ödənilməsi, cavabdeh Şəxs iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15.92 manat dövlət rüsumu tutularaq iddiaçı X6, 85.73 manat dövlət rüsumu isə iddiaçı X2 ödənilməsi qət edilmişdir; xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, borclu Şəxs 8401.65 manat pul alınaraq tələbkarların xeyrinə ödənilməlidir. Borclu icra sənədləri üzrə tələbi tam icra etməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, o, İİİ qrup əlil kimi 180 manat məbləğində təqaüd alır. Borclu tərəfindən zərərçəkmiş şəxslərə məhkəmə iclasında 1000 (bir min) manat məbləğində pul ödənilmiş və xx.xx.2025-ci il tarixdə əlavə 300 manat ödəniləcəyi bildirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 12-ci maddəsinə əsasən qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnzibati xəta haqqında iş materiallarına araşdıran məhkəmə borclu barəsində hər hansı məcburi icra tədbirinin aparılmadığını müəyyən edir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 44.1.3-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsası könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. İnzibati xəta haqqında iş materiallarına araşdıran məhkəmə tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim olunması faktını müəyyən etmir. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan normasının birbaşa normativ məzmunundan aydın olur ki, məcburi icra tədbirlərinin tətbiqi əsası könüllü icra üçün bildirişin verilməsi və icra sənədində göstərilən tələbin qeyd edilən müddətdə təmin olunmaması və bundan sonra borclu şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasında qeyd edilən tərkibin formalaşması mümkündür. Hazırkı işin yuxarıda qeyd edilən hallarına baxmayaraq icra məmuru qanuni əsas olmadan və formal olaraq belə qənaətə gəlmişdir ki, Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmurunun qeyd etdiyi hal, yəni məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz, yəni əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri araşdırma materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında şəxsin qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarını araşdıran məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və ya icra məmurunun qanuni tələbinə tabe olmaması məhkəmə baxışında sübuta yetirillmir. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki inzibati xətaya dair iş üzrə barəsində icraat aparılan şəxsin icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halları müəyyən edilmir. Ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 53,105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-267/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-267/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver