Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-269/2023 25.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər onun iştirakı ilə, xx.xx.1966-cı ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, bitərəf, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs2 və Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus 02 ədəd velosipedin oğurlanması müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında Şərur rayon Çomaxtur kəndində yoldaşı ilə birlikdə yaşadığını, 10 aprel 2023-cü il tarixində saat təxminən 10:00 radələrində Şərur şəhəri ərazisində ərzaq mağazalarından birinə girdiyini, 0.5 litrlik araq aldığını, sonra həmin arağı Şərur şəhəri ərazisində bazarın yan tərəfində içdiyini, sonra əvvəlcədən ustaya verdiyi odunkəsən aparatını götürdükdən sonra Çomaxtur kəndinə getməyə qərar verdiyini, Şərur şəhəri ərazisində Mərkəzi Poçtun qarşısından keçərkən orada bir ədəd “Bissan” markalı, qırmızı rəngli velosiped olduğunu gördüyünü, sonra ətrafa nəzər saldığını, yaxınlıqda heç kəsin olmadığını gördüyünü, ustadan götürdüyü odunkəsən aparatı həmin velosipedin yük hissəsinə qoyduğunu, velosipedə minərək oradan uzaqlaşdığını, evə çatdıqdan sonra velosipedi özünə məxsus evin həyətinə qoyduğunu, sonra evə gedərək yatdığını, təxminən 2-3 saat keçdikdən sonra polis əməkdaşlarının onun yaşadığı evə gəldiklərini, ondan velosiped götürüb-götürmədiyini soruşduqlarını, onun isə onlara Şərur şəhəri ərazisindən bir ədəd velosiped götürdüyünü dediyini, bundan sonra polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini orada velosipedi götürdüyünü etiraf etdiyini, həmin gün saat 17:00 radələrində Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs1 məxsus evə getdiyini, orada olarkən 2-3 dəfə Əzizilakin onun səsinə cavab verən olmadığını, bundan sonra oradan ayrılmaq istəyərkən həmin yanından yolun kənarında velosiped olduğunu gördüyünü, velosipedi götürüb yaşadığı evə getdiyini, 13 aprel 2023-cü il tarixdə polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, orada velosipedi götürdüyünü etiraf etdiyini, idarədə izahat verdikdən sonra yaşadığı evə getdiyini, evə getdikdən sonra barəsində araşdırmanın bitdiyini düşündüyünü, eyni zamanda maddi vəziyyəti ilə əlaqədar Türkiyə Respublikasına gedib işləmək qərarına gəldiyini, bir gün sonra Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyini, bir neçə ay işlədikdən sonra Naxçıvan Muxtar Respublikasına geri qayıtmaq qərarına gəldiyini, 23 oktyabr 2023-cü il tarixində axşam saatlarında Şərur rayon Çomaxtur kəndinə gəldiyini, 24 oktyabr 2023-cü il tarixində polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, əməlindən peşman olduğunu, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında və verilən suallara cavabında Şərur rayon Çərçiboğan kəndində ailəsi ilə birlikdə yaşadığını, 10 aprel 2023-cü il tarixində saat təxminən 11:00 radələrində özünə məxsus “Bissan” markalı, qırmızı rəngli velosipedi ilə ya.adığı evdən Şərur şəhərinə gəldiyini, velosipedi Şərur şəhərində yerləşən Mərkəzi Poçtun qarşısında saxlayıb Şərur şəhərində yerləşən bazara getdiyini, təxminən 15-20 dəqiqə sonra geri qayıtdığını, velosipedinin saxladığı yerdə olmadığını gördüyünü, bu zaman ona məxsus velosipedin oğurlandığından şübhələndiyini, sonra Şərur Rayon Polis İdarəsinə gələrək bu barədə ərizə verdiyini, həmin gün velosipedinin Şəxs tərəfinfən oğurlandığının məlum olduğunu, velosipedinin özünə qaytarıldığını, Şəxs bağışlamadığını qeyd edərək, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında və verilən suallara cavabında Şərur rayon Çərçiboğan kəndində yoldaşı ilə birlikdə yaşadığını, 10 aprel 2023-cü il tarixində günorta saatlarında yaşadığı evə getdiyini, bu zaman evin yanındakı yolun kənarında saxladığı özünə məxsus “Bissan” markalı, qırmızı rəngli velosipedinin yerində olmadığını gördüyünü, bundan sonra oğlundan həmin velosipedi götürüb-götürmədiyini soruşduğunu, onun isə ona həmin velosipedi götürmədiyini dediyini, bu vaxt onun ona məxsus olan velosipedin oğurlandığını anladığını, ona məxsus velosipedin oğurlanması barədə ərizə ilə Şərur Rayon Polis İdarəsinə müraicət etdiyini, daha sonra velosipedinin Şəxs tərəfindən oğurlandığını məlum olduğunu, velosipedinin özünə qaytarıldığını, velosipedinin zədələndiyini, düzəltdirmək 60 manat pul xərclədiyini, 30 manatını Şəxs aldığını qeyd edərək, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 10 aprel 2023-cü il tarixində özünə məxsus qırmızı rəngli, “Bissan” markalı velosipedi 10 aprel 2023-cü il tarixdə səhər saatlarında həmin səkinin sol tərəfində saxladığını, Şərur rayon Şərur şəhərində yerləşən ticarət mərkəzinə piyada getdiyini, təxminən 20 və ya 30 dəqiqə sonra velosipedi saxladığı yerə geri qayıtdığını və velosipedinnin saxladığı yerdə olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, Şəxs oğurladığı qırmızı rəngli, “Bissan” markalı velosipedin Çomaxtur kəndi ərazisində yol kənarında olduğu müəyyən edilmişdir İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 406 nömrəli rəyindən görünür ki, 01 ədəd “Bissan” markalı, 26lıq, qırmızı rəngli istifadə olunmuş velosipedin 2023-cü ilin aprel ayı üçün orta bazar qiyməti təxminən 55.00 (əlli beş) manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 407 nömrəli rəyindən görünür ki, 01 ədəd “Bissan” markalı, 26lıq, qırmızı rəngli istifadə olunmuş velosipedin 2023-cü ilin aprel ayı üçün orta bazar qiyməti təxminən 80.00 (səksən) manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış 99 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış 101 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 016601 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Çərçioğan kənd sakini Zərərçəkmiş şəxs2 və Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs1 Cəlal oğluna məxsus 02 ədəd velosipedin oğurlanması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zəzərçəkmiş şəxslərin və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, X1 əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir; - 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz; - 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan MR Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-269/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-269/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver