Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-27/2022 06.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-ci ildə Şərur rayonu Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş 06.04.2022-ci il tarixli, 012270 nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 4 icra sənədi üzrə 15390 manat borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Bakı şəhərində “Sədərək Ticarət Mərkəzində” ticarətlə məşqul olduğunu, həmin kreditləri sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə götürdüyünü, əvvəlcə dolların kursunun artdığını, sonra mağazasının yandığını, daha sonra da “Koronovirus” pandemiyası ilə əlaqədar bazarın bağlandığını, ona görədə ödənişləri ödəyə bilmədiyini, halhazırda işləmədiyi üçün ödəniş edə bilmədiyini, bu səbəbdən də icra sənədləri üzrə tələbkarlar qarşısında borcunun yarandığını, borcunu işləyərək hissə-hissə ödəyəcəyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-24/2016 saylı 09.03.2016-cı il tarixli icra sənədinin, 2(110)-959/2015 saylı 16.11.2015-ci il tarixli məhkəmə əmrinin, 2(110)-1008/2016 saylı 04.10.2016-cı il tarixli məhkəmə əmrinin və 2(110)- 232/2020 saylı 12.08.2020-ci il tarixli icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, lakin həmin şəxsin borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, çağırışlara vaxtında gəlmədiyini, borcunun 15390 manat olduğunu, tələbkarların da tez-tez zəng edərək borcunun ödənilməsini tələb etdiklərini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə ödənişləri qərəzli şəkildə həyata keçirməyərək, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-24/2016 saylı 09.03.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Şəxs və X6 3287.44 (üç min iki yüz səksən yeddi manat qırz dörd qəpik) manat məbləğində borc pul alınaraq iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi, Şərur Rayon Məhkəməsinin 2(110)-959/2015 saylı 16.11.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Şərur rayon Qışlaqabbas kəndində anadan olmuş, xx.xx.1979-cu il təvəllüdlü, haliyədə Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda duran Şəxs və Tovuz rayonu Qəribli kəndində anadan olmuş, 01.02.1992-ci il təvəllüdlü haliyədə Gədəbəy rayonu, Novo Saratovka küçəsində yaşayan X3 cəmi 2962 (iki min doqquz yüz altmış iki) dollar 42 (qırx iki) sent ödənilən gündə Azərbaycan manatının kursu ilə hesablanmaqla və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq, borclunun "xxxx" Kommersiya Bankı ASC-də olan hesabına ödənilməsi, Şərur Rayon Məhkəməsinin 2(110)-1008/2016 saylı 04.10.2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda duran, xx.xx.1979-cu il təvəllüdlü oğlundan 335.11 (üç yüz otuz beş manat on bir qəpik) pul tutularaq, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" Kommersiya Bankı ASC-nin cari hesab nömrəsinə ödənilməsi və Şərur Rayon Məhkəməsinin 2(110)- 232/2020 saylı 12.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 07 iyul 2015-ci il tarixli, 142/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 2567.27 (iki min beş yüz altmış yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları, faiz borcuna görə 1092.34 (bir min doxsan iki dollar otuz dörd sent) ABŞ dolları, cərimə borcuna görə 277 (iki yüz yetmiş yeddi) ABŞ dolları olmaqla 3936.61 (üç min doqquz yüz otuz altı dollar altmış bir sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 9.98 (doqquz manat doxsan səkkiz qəik) manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata ödənilməsi nəzərdə tutulmuşdur. İş materialında olan 06.04.2022-ci il tarixli, 012270 nömrəli saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədinə əsasən ümumilikdə 15390 manat məbləğində borcu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan 08.10.2020-ci il tarixli Xəbərdarlıq məktubundan da görünür ki, borcunu ödəməyi təqdirdə Şəxs inzibati və cinayət məsuliyyətinətə cəlb oluna biləcəyi barədə xəbardarlıq edilmişdir. İş materialında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və daşınmaz əmlak qeydiyyata alınmamışdır, eyni zamanda əməkhaqqı, pensiya və sosial ödəniş almır. İş materialında olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat vərəqindən görünür ki, Şərur Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs müvafiq icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-27/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-27/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver