Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-27/2023 06.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-57/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə aidiyyatı ilə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə 22 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 20 dekabr 2022-ci il tarixli, 046-55901 nömrəli məktubla baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-57/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 372.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmiş və o, xx.xx.2022-ci il tarixli TP5154807 nömrıli İnzibati tənbeh vermə haqqında qərara əsasən 60 manat məbləğində cərimə edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün 22 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 20 dekabr 2022-ci il tarixli, 046-55901 nömrəli məktubla Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3(078)-57/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadla aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə sənədlər Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilməli, bundan sonra Azərbaycan Respublikasının İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, Azərbaycan Respublikasının İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəyə minsin. Yalnız qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Lakin Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar barədə xəbərdar olması, qərarın ona Azərbaycan Respublikasının İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı inzibati materiala əlavə edilmədiyindən, həmin qərarın Şəxs münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan in zibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq, qərara aldı: Vətəndaş Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 22 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-27/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-27/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver