Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-271/2023 27.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Şərur rayon Kürdçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayon Kürçülü kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Kürçülü kəndində həmkəndlisi X3 qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə axşamüstü atası X5 məxsus Şərur rayo Kürçülü kəndində yerləşən çörək bişirmə sexində çalışan zaman çörək sexinin yanında bir qadının ətrafa təhqirlər edərək, keçdiyini gördüyünü, sonra çölə çıxdığını, bu zaman həmin qadının X4 olduğunu gördüyünü, daha sonra həmin qadının ona və ailəsinə qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman ondan onlara qarşı nalayiq ifadələr işlətməməyi xahiş etdiyini, lakin onun sözlərinə məhəl qoymayaraq, onun 1993-cü ildə İ Qarabağ döyüşlərində şəhid olan əmisi X8 ruhunu təhqir etdiyini, onun bu sözlərindən sonra ona yaxınlaşdığını, əsəbləşərək uca səslə ondan çıxıb getməsini tələb etdiyini, daha sonra onların yanına polis əməkdaşının gəldiyini, Mehribanın onun avtomobilinə tərəf getdiyini, təhqirə davam etdiyni üçün arxadan onu təpik atdığını, lakin təpiyin ona dəymədiyini, Mehriban Kərimovanı xəsarət yetirmədiyini bildirmişdir . Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında Şərur rayon Kürçülü kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə axşamçağı evdə olan zaman çöldən zəncir səsi gəldiyini eşitdiyini, bu zaman dərhal çölə çıxdığını, həmkəndlisi Rəfail Sadiqovun iribuynuzlu heyvanları apardığını gördüyünü, heyvanların zəncirinin ona məxsus qaz borusuna ilişdiyini, Rəfailə qaz borusunu niyə sındırırsan dediyini, Rəfailin ona qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman ona qarşılıq verdiyini, Rəfailin onu üzərinə gələrək, boğazından tutaraq onu divara çırpdığını, bu zaman başının divara dəydiyini, daha sonra onu boğmağa başladığını, onun əlindən çıxaraq yola tərəf qaçdığını, ağlayaağlaya polis əməkdaşlarına müraciət etmək üçün kənd mərkəzinə tərəf qaçdığını, bu zaman orada yerləşən “Tac” kafenin önündən keçən zaman orada olan şəxslərin çölə çıxaraq ona baxdıqlarını, daha sonra kafedən Coşqun Sadiqovun çıxdığını, ona qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra kafedən Şəxs çıxdığını, ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, Daşqının onun üzərinə gəldiyini görüb yolda dayanan avtomobilə əyləşmək üçün arxa qapını açdığını, bu zaman Daşqının onu kürəyindən təpiklə vurdğunu, ağlayaraq dərhal avtomobilə əyləşdiyini, avtomobilə əyləşən zaman sürücünün polis əməkdaşı olduğunu gördüyünü, sürücünün onu xəsətəxanaya aparacağını bildirdiyini, sürücüyə onu Şərur rayon Polis İdarəsinə aparmasını bildirdiyini, daha sonra Şərur Rayon Polis İdarəsinə gedərək ərizə ilə müraciət etdiyini, Şəxs bağışlamadığını, onun cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilmiş suallara cavabında xx.xx.2023cü il tarixdə təxminən saat 19:00 radələrində xidməti zərurətlə əlaqədar Şərur rayon Kürçülü kəndindən ona məxsus avtomobillə keçərkən “Tac” adlı kafenin qarşısından kütlənin yığışdığını gördüyünü, dərhal avtomobili dayandırdığını, Kürçülü kənd sakini Mehriban Kərimovanın kimsə ilə mübahisə etdiyini gördüyünü, bu zaman Şəxs onun üzərinə yeridiyini gördüyünü, Mehriban Kərimovanın onun avtomobilinə tərəf qaçdığını, avtomobilin arxa qapısını əyləşmək istəyən zaman Şəxs onun kürəyindən təpiklə vurduğunu gördüyünü, Mehribanın avtomobilə əyləşdiyini, onu xəstəxanaya aparmaq üçün dərhal oradan uzaqlaşdığını, Mehribanın Şərur rayon Polis İdarəsinə getmək istədiyi üçün onu Şərur rayon Polis İdarəsinə apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilmiş suallara cavabında xx.xx.2023cü il tarixdə Şərur rayon Kürçülü kəndində özünə məxsus “Tac” kafenin yanında olan zaman X1 təhqir edə-edə kafenin yanında keçdiyini gördüyünü, ilk anda ona əhəmiyyət vermədiyini, daha sonra həmin qadının onun şəhid olanqardaşının ruhuna təhqirlər etdiyini eşitdiyini, ondan kimi təhqir etdiyini soruşandan onları təhqir etdiyini bildirdiyini, bu zaman ona “hamıdan ərizə alacam səni dəlixanaya aparacam” sözlərini dediyini, daha sonra onunla sözlü mübahisə etdiyini, bu zaman oraya polis əməkdaşının gəldiyini, həmin qadının qolundan tutaraq polis əməkdaşının idarə etdiyi avtomobilə əyləşdirdiyini, daha sonra polis əməkdaşının Mehriban Kərimovanı oradan uzaqlaşdırdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə X1 bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 1412 nömrəli ekspert rəyindən görünür ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarət döş qəfəsinin arxa səthində qançırlar küt mexanizmdən, bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 016616 saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Kürçülü kəndində həmkəndlisi X3 qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Kürçülü kənd sakini X2 qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-271/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-271/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver