Məhkəmə qərarları › İş №3(110)-273/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-273/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-273/2023 01.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1948-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Yengicə kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Yengicə kəndində yaşadığını, Şərur rayon Yengicə kənd ərazisində həmkəndlisi Əli adlı şəxsdən 4,5 put torpaq sahəsini icarəyə götürdüyünü, həmin əkin sahəsinə arpa əkdiyini, həmin yerin onun Türkiyə Respublikasında yaşayan qudasına məxsus olduğunu, 15 oktyabr 2023-cü il tarixdə həmin arpa sahəsinə gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs həmin yerdə öz qoyunlarını otardığını gördüyünü, ona yaxınlaşaraq heyvanları həmin sahədən çıxarmasını istədiyini, həmin vaxt onların arasında mübahisə başlandığını, onun heyvanları qovaraq sahədən çıxartdığını, həmin vaxt qarğıdalı kolları arasından Südabənin bacısı oğlu Elşən adlı şəxsin çıxdığını gördüyünü, Elşənin də mübahisəyə qoşulduğunu, onun Elşənlə itələşdiyini, daha sonra onun öz evinə getdiyini, Südabəni döymədiyini, ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Yengicə kəndində yaşadığını, özünə məxsus kiçik buynuzlu heyvanları Yengicə kənd ərazisində yerləşən otlaq sahələrdə otardığını, 15 oktyabr 2023-cü il tarixdə heyvanlarını çöllük ərazidən evə apardığını, həmin vaxt Şəxs yanına gələrək nə üçün onun arpa sahəsində heyvanlarını otardığını soruşduğunu, onun ona həmin torpaq sahəsinin dövlətə məxsus olduğunu, onun olmadığını və həmin yerdə otarmadığını bildirdiyini, onların arasında mübahisənin başladığını, həmin vaxt İsanın əlindəki ağac ilə ona xəsarət yetirməyə başladığını, onun səsinə yaxınlıqda inəklərini otaran bacısının oğlu X1 gəldiyini, onun Elşənə İsaya heçnə etməməsini və bu barədə polisə müraciət edəcəyini bildirdiyini, daha sonra onun barəsində Şərur rayon Polis İdarəsinə şikayət etdiyini qeyd edərək, Şəxs bağışlamadığını, onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında Şərur rayon Yengicə kəndində yaşadığını fərdi təsərrüfatla məşğul olduğunu, 15 oktyabr 2023-cü il tarixdə Şərur rayon Yengicə kənd ərazisində olan otlaq sahəyə iribuynuzlu heyvanlarının yerini dəyişmək üçün getdiyini, həmin vaxt orada xalası Zərərçəkmiş şəxs səsini eşitdiyini, dərhal səs gələn tərəfə getdiyini, oraya çatan zaman xalasının başının qanadığını və həmkəndlisi Şəxs əlində ağac budağı ilə yanında olduğunu gördüyünü, onun məsələni başa düşüb Şəxs “sən utanmırsan yaşlı qadına əl qaldırırsan” sözlərini dediyini, həmin vaxt İsanın ona yerini otardığı üçün xalasını vurduğunu bildirdiyini, əsəbləşərək onunla tutaqlaşmaq istəsə də, xalasının buna icazə vermədiyini, daha sonra xalasına kömək edərək onun heyvanlarını evinə apardığını bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 1484 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş sol bazusunda qançır küt mexanizmdən, bər küt əşyanın (əşyanın) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTB-nin müstəntiqi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 016623 saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Yengicə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yengicə kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, inzibati xəta törədən şəxs Şəxs yaşının 65-dən yuxarı olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasına müvafiq olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar