Məhkəmə qərarları › İş №3(110)-273/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-273/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-273/2024 15.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Şikayət verən şəxs X5 və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X9 şikayətində bildirmişdir ki, Şərur rayon Yengicə kənd mərkəzində dərzi sexində dərzi işləyirəm. Sexin arxasında olan bir ədəd tut ağacının budaqlarının sexin kondisionerinin işləməsinə maneə yaratdığndan həmin budaqlar tərəfimdən kəsilmişdi. 05 sentyabr 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirərkən həmin tut ağacının 4.1-8, 4.1-8, 2.5 və 3 sm diametrində olan budaqlarının kəsildiyi aşkar edilmişdir. Mən onlara budaqların kondisionerin işləməsinə maneə yaratdığına görə də tərəfimdən kəsildiyini bildirdim. Ona görə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həmin tut ağacının budalarının tərəfimdən kəsilərək zədələndiyi qənaətinə gələrək xx.xx.2024-cü il tarixdə barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilərək baxılıb tədbir görülməsi üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühit və X4 Nəzarət Xidmətinə göndərilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühit və X4 Nəzarət Xidmətinin Meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən yaşıllıqlara dəymiş ziyanın hesblanılması və ödənilməsinə dair rəyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanılması və ödənilməsi Qaydası”nın təsiq edilməsi haqqında Qərarına uyğun olaraq yaş halda 1 (bir) ədəd tut ağacının budaqlarının kəsilərək zədələnməsi nəticəsində dəymiş ziyan hesablanılmş və barəmdə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 (bir yüz) manat miqdarında inzibati cərimə tənbeh növü seçilmişdir. Mən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühit və X4 Nəzarət Xidməti tərəfindən barəmdə seçilmiş 100 (bir yüz) manat inzibati cərimə tənbehi növü tətbiq edilməsi barədə İnzibati tənbeh vermə haqında Qərarı əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirəm.Belə ki, həmin ərazidə yerləşən tut ağacının daim yaşıl qalması üçün tərəfimdən mütəmadi olaraq qulluq olunur, həmin budaqlar isə tərəfimdən dərzi sexinin kondisionerinin işləməsinə maneə yaratdığı üçün tərəfimdən kəsilmiş, tut ağacının normal inkişafına hər hansı bir ziyan vurulmamış, iksini tut ağacının daim yaşıl qalması üçün tərəfimdən mütəmadi olaraq qulluq göstərilmişdir. Ona görə də Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühit və X4 Nəzarət Xidməti tərəfindən barəmdə qəbul etdiyi İnzibati tənbeh haqqında Qərarının ləğv olunmasını istəyirəm. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən şəxs X9 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında Yengicə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndənin ərazidə təmizlik işləri aparılmasını bildirdiyini, buna görə də, həmin tut ağacının budaqlarını kəsdiyini, oradakı ağaclara həmişə qulluq etdiyini, ziyan vermək məqsədilə ağacın budaqlarını kəsmədiyini qeyd edərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin nümayəndəsi X10 izahatında 05 sentyabr 2024-cü il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Şərur rayon Yengicə kəndində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində həmin kənd sakini X9 tərəfindən tut ağacının 4.1-8, 4.1-8, 2.5 və 3 sm diametrində olan budaqlarının kəsilməsi müəyyən edilmiş, onun barəsində X7 253.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərara uyğun olaraq tut ağacının 4.1-8, 4.1-8, 2.5 və 3 sm diametrində olan budaqlarının kəsilməsi nəticəsində dəymiş ziyanın məbləğinin 360 (üç yüz altmış) manat olması müəyyən olumuş, ona görə də X5 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən 100 (bir yüz) manat məbləğində cərimə olunduğunu qeyd edərək, məhkəmədən şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X11 izahatında və verilən suallara cavabında Şərur rayon Yengicə kəndində yaşadığını, X5 ərazidə təmizlik işləri aparılması məqsədilə həmin tut ağaclarının budaqlarını kəsdiyini, ziyan vermək məqsədilə ağacın budaqlarını kəsmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 şahid X11 ilə eyni məzmunlu izahat vermişdir İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy alınmadan Yengicə kənd xidmət mərkəzi ərazisində yerləşən yaşa dalda olan 1 kök üzərində 4 gövdə olmaqla (d= 5 sm, 5 sm, 2.5 sm, 3 sm) 1 tut ağacı kəsilərək götürülmşdür. X9 bildirmişdir ki, həmin tutu ağacı qaz boru xətti üçün təhlükə törədir. Fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsinə dair rəydən görünür ki, 05 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Şərur rayon yengicə kəndində həmin kənd sakini X9 tərəfindən ağacın zədələnməsi faktı aşkar olunmuşdur. İlkin araşdırma zamanı sözü gedən əraziyə baxış keçirilərkən yaş halda 1 (bir) ədəd tut ağacının 4.1-8, 4.1-8, 2.5 və 3 sm diametrində olan budaqlarının kəsilərək zədələnməsi aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasının təsdiq edilməsi haqında qərarına uyğun olaraq yaş halda 1 (bir) ədəd tutu ağacının budaqlarının kəsilərək zədələnməsi nəticəsində dəymiş ziyan 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilmişdir; - xx.xx.2024-cü il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 rayon Yengicə kəndində 05 sentyabr 2024-cü il tarixində xidmət mərkəzi ərazisində Meşə Fonduna daxil olmayan ağacın (1 ədəd tut) budaqlarını kəsərək zədələmişdir. X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;. - Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X14 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin çıxışını, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsinə əsasən Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. Məhkəmə qeyd edir ki, X9 şikayət ərizəsində Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, inzibati orqanın gəldiyi nəticə ilə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, məhkəmə baxışı iclasında verdiyi izahatında tut ağacının budaqlarını kəsməsini etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; -21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; - 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; -133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128- 134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar